Nəqliyyat Nazirliyi niyə ləğv edilmir? - MÜƏMMA
Tarix: 13-05-2016, 16:09 | Çap et
…Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, ölkəmizin Dövlət büdcəsi getdikcə sosial təyinatlı kimi formalaşır. Bu isə büdcə xərclərinin izafi xərclərinin azaldılmasını, yersiz və lazımsız idarəetmə aparatının ləğvini zəruri edir… Artıq bu istiqamətdə addımlar atılmaqdadır. Belə ki, Prezidentin sərəncamları ilə Dövlət büdcəsinə göz dikmiş, təkrar funnksiyaları həyata keçirən bir neçə iri komitə və şirkətlər, ağentliklər ləğv edilmiş, ortaq qurumlar yaradılmışdır…
Nəqliyyat Nazirliyi lazımdırmı?
Azərbaycan Nəqliyyat Nazirliyi bir vaxtlar dövlət Büdcəsindən yetərincə vəsait alan və xərcləyən, necə deyərlər, pula-pul deməyən iri dövlət stukturlarından biri idi. Zaman öz işini gördü… Elə nazir Ziya Məmmədov da. Bilənlər bilir və bilməyənlərin də bilməsi vacibdir ki, Ziya Məmmədovun Türkiyədə, digər Avropa ölkələrində, elə Azərbaycanın özündə kifayət qədər pulgətirən qazanclı obyektləri, şirkətləri… var. Kim bilmir ki, Azərbaycanda oliqarxlardan söz düşəndə ilk növbədə yada düşənlərdən biri də Ziya Məmmədovdur. Əlbəttə, biz qarşımıza heç də onun pullarını saymağı və yaxın-uzaq ölkələrdə olan şirkətlərini və iaşə-ticarət obyektlərini sadalamağı məqsəd qoymamışıq. Amma həm də məqsədimiz budur ki, neft gəlirlərinin təbii azaldığı, dövlət büdcəmizdə daha çox qənaətə zərurət duyulduğu bir vaxtda, Prezident İlham Əliyevin təbirincə desək, niyə də izafi xərclərə yol verilməlidir??? Buyurun: Azərbaycanda nəqliyyat sahəsini strukturlaşdırıb təsnifatlaşdıranda məlum olur ki, nəqliyyata-hava, su, dəmir yolu, avtomobil nəqliyyatı… aiddir. İndi gəlin strukturlaşdıraq: 1.Azərbaycanda hava nəqliyaatına çox hörmətli Cahangir Əsgərova məxsus “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti rəhbərlik edir. 2.Su nəqliyyatını isə bir müddət əvvəl çox hörmətli Aydın bəşirovun rəis olduğu «Xəzər Dəniz Gəmiçiliyi» İdarəsi, sonradan isə Prezidentin sərəncamı ilə bu qurum ləğv ediləndən sonra bazasında yaradılmış Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası idarə edir. 3.Dəmir yolundan isə danışmağa dəyməz. Çünki uzun illər bu sahəyə, yəni Azərbaycan Dəmiryolu İdarəsinə hörmətli rəis Arif Əsgərov müstəqil qurum kimi rəhbərlik edib, idarəçiliyini həyata keçirib. Formal olaraq o, Ziya Məmmədova (özü də uzun illər bu qurumun rəhbəri olub) tabe olsa da, Arif Əsgərovun da öz əli, öz başı olub… 4.Qaldı Avtomobil yolu, dahi Üzeuir bəyin «Məşədi İbad» operettasında Məşədi İbadın papaq səhnəsindəki epizoda nəzirə desək, bu sahədən heç danışmağa dəyməz. Çünki həmişə rəhbərlik sarıdan başı qalmaqallı «Azəravtoyol» SC-nin sonuncu dəfə sədri Cavid Qurbanov olub və onun Ziya Məmmədovdan nazir kimi nə dərəcədə asılı olduğunu onların özündən başqa heç kim dəqiq bilmir… Bizim də bildiyimiz odur ki, Cavid Qurbanov da müstəqil qurumun rəhbəri olub, sadəcə, formal olaraq Nəqliyyat Nazirliyinə tabe olub (SOKAR-ın Natiq Əliyevin nazir olduğu Energetika Nazirliyinə tabeliyi kimi).
Elə isə Nəqliyyat Nazirliyi niyə ləğv edilmir?
«Təzadlar»ın Araşdırma Qrupu «öz əli, öz başı» olan qurumların mövcudluğu və onların Dövlət Büdcəsindən əlavə vəsaitə şərikliyi problemini bir müddətdir araşdırır… Yerinə düşübdür ki, bizim araşdırmamızın sonuncu dəfə dərcindən, yəni ictimailəşdirilməsindən sonra Prezident İlham Əliyev büdcəmizin boğazına şərik olan və təkrarçılığa yol verən bəzi qurumların ləğvinə sərəncam verdi. Bu dəfə hədəf Nəqliyyat Nazirliyidir. Gəlin görək bu nazirlik və onun formal da olsa strukturuna daxil olan iri şirkət və ya idarələr hansı yükə malikdirlər… Məsələn, yuxarıda qeyd etdiyimiz nəqliyyat sahələri üzrə mövcud şirkətlər müstəqil fəaliyyət göstərdikləri halda (Nəqliyyat Nazirliyinin digər səlahiyyətlərinin son bir ildə tamamilə əlindən alınmasını isə az sonra şərh edəcəyik) Azərbaycan Nəqliyyat Nazirliyi 2016-cı ilin dövlət büdcəsindən aparatının saxlanmasına nə az, nə çox, 2 milyon 687 min 733,0 manat vəsait alıb. Sual olunur: strukturları müstəqil, səlahiyyətləri tamamilə əlindən alınmış bir apparat kimi və nəyi idarə edir ki, hələ bir büdcədən bu qədər də vəsait alır? Budur, 2016-cı ilin dövlət büdcəsində, ümumiyyətlə, Azərbaycanın nəqliyyat sferasına ayrılan vəsaitlərə nəzər salanda ortaya bəzi suallar çıxır. Məsələn, məlum olur ki, əlavə olaraq 2016-cı ilin Dövlət Büdcəsindən Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə isə əlavə olaraq 2 milyon 092 min 954,0 manat ayrılıb. Həmçinin: -Dövlət Dəniz Administrasiyasının aparatının saxlanılmasına- 2 milyon 711 min 611,0 manat; -Dövlət Mülki Aviasiya Administrasiyasının aparatının saxlanılmasına- 1 milyon 007 min 169,0 manat; Bu hələ harasıdır: Dövlət Büdcəsindən bu il təkcə “Azərbaycan Dəmir Yolları” QSC-nin səhiyyə müəssisələri-tibb müəssisələrinin idarəetmə aparatına- 1.968.937,0 manat, -“Azərbaycan Dəmir Yolları” QSC-nin səhiyyə müəssisələri-xəstəxanalarına isə 8.356.081,0 manat, səhiyyə sahəsində digər xidmətlər qrafasında isə əlavə olaraq «Azərbaycan Dəmir Yolları» QSC-nin səhiyyə müəssisələrinə əlavə 4.160.383,0 manat ayrılıb. Ən vacibi, bu il nəqliyyat sahəsinə ümumilikdə götürdükdə, nazir Ziya Məmmədovun dərkənarından asılı edilmiş 30 milyon 706 min 006,0 manat, həmçinin avtomobil yolları təsərrüfatına 25.021.006,0 manat, avtomobil nəqliyyatı fəaliyyətinin tənzimlənməsinə 5, 685.0 milyon manat, nəhayət, “Azərbaycan Hava Yolları” QSC-yə verilən subsidiya 10,010 milyon, «Bakı Metropoliteni” QSC-yə verilən subsidiya 37.998.199,0 manat, Azərbaycan Dövlət Dəniz Administrasiyasına isə verilən subsidiya isə 4.460.429,0 manat olmuşdur. Müqayisə üçün deyək ki, 2015-ci ilin dövlət Büdcəsindən isə ümumilikdə ölkənin nəqliyyat sektoruna-85 milyon 798 min 309,0 manat ayrılmışdı, o cümlədən təkcə Nəqliyyat Nazirliyinə 33 milyon 329 min 681,0 mana! (Davamı var) «Təzadlar»
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|