Naziləni Misirdə aldatdılar .....                     ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? .....                     "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." .....                     “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” .....                     Paytaxtın parklanma dərdi nə zaman bitəcək? .....                     Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür .....                     “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” .....                     Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? .....                     Adi mahnıdan qıcıqlanan bu toplum... .....                     Hüseyn Həsənovun qorxu dolu anları .....                     İrəvan bu addımı atsa, çökəcək .....                     Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... .....                     Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? .....                     Zəngəzurun verilməsi prosesi başladı .....                     Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                     'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... .....                     AYNA necə problemə çevrilib.... .....                     4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… .....                     Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                 

Ağstafada tender fırıldaqları – ŞOK FAKTLAR
Tarix: 23-05-2016, 10:28 | Çap et
Ağstafada tender fırıldaqları
Ağstafa rayonunda məmur özbaşınalıqları, vətəndaşların süründürməçiliyə məruz qalması demək olar ki, adi hala çevrilib. Rayon sakinləri baş alıb gedən özbaşınalıqlarda əsas günahkar kimi icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevi göstərirlər. Əhalinin yetərli hissəsi başçının fəaliyyətindən narazıdır və bununla bağlı dəfələrlə aidiyyəti dövlət qurumlarına müraciət ünvanlayıblar. Məlumat üçün qeyd etmək istəyirik ki, Quliyev Məhərrəm Böyükağa oğlu 1968-ci ildə Lənkəranda anadan olub. 2003-cü ildən Lənkəran şəhər İcra hakimiyyəti başçısının müavini, 13.03.2006-cı ildən Azərbaycan Respublikası Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifələrində işləyib. 01 iyul 2011-ci ildən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. Gundelik-baku.com-un apardığı araşdırmalar nəticəsində məlum olub ki, 5 ildir rayona rəhbərlik edən Məhərrəm Quliyev bu müddət ərzində bir çox yeyintilərə imza atıb. Məsələ burasındadır ki, Satınalmalar üzrə Dövlət Agentliyi ilə həyata keçirilən tenderlərdə “qalib” birmənalı olaraq icra başçısı və onun yaxın ətrafına məxsus şirkət, yaxud fiziki şəxslərdir. Belə ki, 2015-ci ildə keçirilən tenderlərin siyahısına nəzər yetirdikdə eyni adların təkrarlanması belə düşünməyə ciddi əsas verir. Əldə etdiyimiz məlumatlara görə, başçıya ən yaxın şirkətlərin arasında “Turan- İnşaat” MMC xüsusi olaraq diqqəti cəlb edir: «Bu MMC 2015-ci ildə bir neçə tenderin qalibi olub. Ağstafa Rayon İcra Hakimiyyəti bərk inventarların satın alınması – 9440 manat, Ağstafa İcra Hakimiyyəti üçün avadanlıqların satın alınması- 5790 manat, inzibati binanın cari təmir işlərinin satın alınması – 9485 manat, Ağstafa Rayon İcra Hakimiyyəti Tatlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən uşaq bağçasının əsaslı təmiri işlərinin satın alınması – 28632,52 manat, Ağstafa Rayon İcra Hakimiyyəti Dağkəsəmən kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi maşın və avadanlıqların satın alınması – 9970 manat. Başçının maliyyə əməliyyatlarını həyata keçirdiyi digər şirkət «Tamerlan-R» MMC-dir. Ağstafa Rayon İcra Hakimiyyəti Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi yumşaq inventarların satın alınması – 10860 manat, Səhiyyə Nazirliyi Ağstafa Rayon Mərkəzi Xəstəxanası digər maşın və avadanlıqların satın alınması – 52550 manat, Ağstafa Rayon İcra Hakimiyyəti Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi dəftərxana və təsərrüfat mallarının satın alınması – 18660 manat, Ağstafa Rayon İcra Hakimiyyəti Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi İdarənin saxlanması xərcləri üzrə satınalmalar – 6330 manat, bu işləri sözügedən şirkət həyata keçirib. Beləcə kağız üzərində külli miqdarda büdcə vəsaiti havaya sovrulub. Ötən il keçirilmiş tenderlərin qalibləri sırasında fiziki şəxslər də var. Onlardan biri Abbasov Mehman Həsənəli oğludur ki, o daha çox mədəniyyət sahəsində işləyib. Mədəniyyət və Turizm Nazirliyinin Ağstafa Rayon Mədəniyyət və Turizm Şöbəsinin digər maşın və avadanlıqların satın alınması – 25150 manat- işini bu adam görüb». Araşdırmalar göstərir ki, Məhərrəm Quliyevin qanuna sığmayan əməlləri özünü bir çox sahədə, o cümlədən səhiyyə sektorunda da büruzə verməkdədir. Bir müddət əvvəl Ağstafa rayon Mərkəzi Xəstəxanasında dövlət vəsaitlərinin talan edildiyi üzə çıxıb. Korrupsiyanın dizə çıxmasının səbəbkarı olan baş həkim İlham Mustafayev hər yerdə bildirir ki, bu pulları təkbaşına yeməyib və onu Səhiyyə Nazirliyi ilə Ağstafanın icra başçısı Məhərrəm Quliyev arasında bölüşdürüb. Məlumatda vurğulanır ki, baş həkimin səriştəsizliyi və idarəçilik qabiliyyətinin aşağı həddə olması səbəbindən xəstələr də ciddi əziyyət çəkirlər. Onların cibinə girilməsi, müalicə üçün pulun alınması artıq adi hala çevrilib. Bundan əlavə, Ağstafada çalışan həkimlər isə İlham Mustafayevə aylıq haqq vermək məcburiyyətindədirlər. Sözügedən tibb ocağında tender oyunları da həyata keçirilib. Məsələn, ötən il baş həkim avadanlıqların alınması adı altında 75300 manat vəsaiti öz şəxsi məqsədlərinə sərf edib. Ardından isə inventarların satın alınması üçün ayrılmış 76500 manatı da həkimlərin ayağına yazaraq onlardan yığdığı pullarla prosesi reallaşdırıb. Ağstafa Mərkəzi Xəstəxanasını ərzaqla təmin etmək üçün 54 min manat pul sərf olunub. Amma dəftərxana ləvazimatlarının alınmasına isə 40 min manat. Elə yeyintinin əsas görünən tərəfi də budur. Faktiki rəqəmlər baş həkimin hansı işlərlə məşğul olduğunu üzə çıxarır. Göründüyü kimi, icra başçısı rayonda dövlət büdcəsindən maliyyələşən idarə və müəssisələrin keçirdiyi tenderləri öz nəzarətində saxlayaraq müəyyən maraqlarını reallaşdırır. Nəticədə dövlət büdcəsinə ağır zərbə vurulmuş olur. İnanırıq ki, əlaqədar dövlət qurumlarının rəsmiləri Ağstafa rayonunda hökm sürən məmur özbaşınalıqları ilə bağlı tezliklə ölçü götürəcəklər. Qarşı tərəfləri də dinləməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36
ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32
"Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02
“Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58
Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55
Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52
“Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13
Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09
Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16
Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11
İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51
Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45
Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru