Heydər Əsədovun "Aqrolizinq" yanlışlığı... - Fermerlər bundan məmnun deyillər
Tarix: 19-07-2016, 10:33 | Çap et
"Aqrolizinq" ASC dövlət başçısının müvafiq sərəncamı ilə 2004-cü ildə yaradılıb. 2009-cu ildən etibarən qurum Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib. Müşahidə Şurası və İdarə Heyətindən ibarət Səhmdar Cəmiyyətə hazırda Elşən Məmmədov rəhbərlik edir. Gundelik-baku.com bildirir ki, uzun illər ölkədə müxtəlif məsul vəzifələr tutmuş təcrübəli maliyyəçi Heydər Əsədovun hələ Hesablama Palatasına rəhbərlik edərkən "Aqrolizinq"in fəaliyyəti ilə bağlı ciddi nöqsanların üzə çıxarılmasında müəyyən rolu olub. Səhmdar Cəmiyyətin bir sıra rayon şöbələrində yer almış korrupsiya hallarına dair sənədlərin prokurorluq orqanlarında araşdırma aparmağa ciddi əsas verdiyini nəzərə alsaq, qurumun sabiq rəhbəri Əli Bayramovun vəzifədən azad edilməklə məsuliyyətdən canını qurtarmasında hansı amillərin rol oynadığını yalnız ehtimal edə bilərik. Baxmayaraq ki, Əli Bayramov üçün sabiq nazir İsmət Abasovun baş nazirin müavini vəzifəsinə gətirilməsi göydəndüşmə oldu. Qeyd edək ki, 2005-2012-cu illər ərzində "Aqrolizinq" ASC-nin hesabına dövlət büdcəsindən və digər mənbələrdən 370,63 milyon manat maliyyə vəsaiti daxil olub. Ayrılmış vəsait hesabına həmin illər ərzində müxtəlif markalı 1033 ədəd taxıl biçən kombayn, 4252 ədəd traktor, 164 ədəd ekskavator. 8960 ədəd traktora qoşulan kənd təsərrüfatı texnikaları (kotanlar, kultivatorlar, ot biçən texnika, ot və küləş presləyən, malalar, taxıl səpən, gübrə səpən, çiləyicilər, traktor qoşquları və s.), yüz tonlarla gübrə, müxtəlif dəzgah və avadanlıqlar, həmçinin damazlıq heyvanlar alınaraq fermerlərə güzəştli şərtlərlə satıldığı bildirilir. Səhmdar Cəmiyyətin sabiq sədrinin maliyyə "raportlarında" həmin vəsaitlə alınmış zəruri texnika və avadanlıqların, həmçinin gübrə və damazlıq heyvanların zəngin statistikası cəlbedicidir. Balans, necə deyərlər qəpiyə-qəpik düz gəlsə də, Əli Bayramov yeyinti və korrupsiyaya görə sorğu-suala çəkilmədi. Hazırkı rəhbər Elşən Məmmədov isə Heydər Əsədovun kadrı kimi əlavə proteksiya və imkanlar əldə etməklə himayədarının qarşısında işgüzar imici qazanmaq üçən gərəkli səy göstərir. Lakin, bu səylərin fermerlərə fayda gətirəcəyinə şübhələr var. Heydər Əsədovun "Aqrolizinq"də apardığı kadr dəyişiklikləri necə deyərlər, heç bir işə yaramadı. Kənd Təsərrüfatı Nazirliyinin demək olar ki, ən gəlirli strukturlarından olan «Aqrolizinq» ASC-nin bu qurumda özünə “sığınacaq” tapmış başbilənləri nazir Heydər Əsədovun proteksiyasından sui-istifadə edərək şəxsi biznesinin hayına qalıblar. Söhbət əsasən fermerlər üçün nəzərdə tutulmuş güzəşt tariflərinin tətbiqi zamanı edilən maxinasiyalardan gedir. Belə ki, güzəştli lizinqlərin verilməsi prosesində fermerlərdən əlavə ödənişlərin tələb edilməsi halları var. Ümumilikdə,, "Aqrolizinqin" xidmət cədvəlinə nəzər saldıqda, bunu xidmət olduğuna inanmaq istəmirsən. 3 mart 2008-ci ildə təsdiq edilmiş qiymət cədvəlinə nəzər salanda fermerlərə göstərilən aqrotexniki xidmətlərin hansı hesaba başa gəldiyini yalnız təsəvvür etmək kifayətdir. Belə ki, tutalım, 1 hektar sahədə kartof yetişdirmək istəyən fermerlər üçün aqrotexniki xidmətlərin ümumi xərcləri təxminən aşağıdakı kimidir. Şum aparılması-24-25 manat, torpağın yumşaldılması-16 manat,səpinqabağı hamarlama işləri-7 manat 50- qəpik, kartof basdırılması-50 manat, kartof çıxarılması-40 manat, dərman çilənməsi-10 manat və üstəgəl suvarma, kultivasiya xərcləri nəzərə alınmaqla 1 hektar kartof yetişdirmək üçün kifayət qədər yüksək məbləğ tələb olunur. Bu məbləğin üzərinə bir neçə nəfər daimi işçi saxlamaq və bizim nəzərə almadığımız digər xərcləri gəldikdə isə yetişdirilən məhsulun maya dəyəri xeyli artır. Bu neqativ hal son nəticədə bazarda hazır məhsulun qiymətlərində artımla müşayiət olunur. Bu baxımdan, "Aqrolizinq" ASC-nin fermerlərə göstərdiyi xidmət istər-istəməz rus demişkən, "ayı xidmətinə" çevrilir. Belə xidmət isə fermerin marağında deyil. Qeyd edək ki, son zamanlar Kənd Təsərrüfatı Nazirliyinin kuluarlarında aqrotexniki xidmətlərin tarifinin artırılması məsələsinin gündəmə gəldiyi iddia edilir. Bu barədə müxtəlif fikirlər səslənir. Bəzi mülahizələrə görə elektrik enerjisinin və digər yanacaq növlərini qiymətlərndə baş verən artımlar fermerlərə göstərilən aqrotexniki xidmətlərin istər-istəməz bahalaşmasına səbəb ola bilər. Yazı ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Bu gün, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Bu gün, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Bu gün, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Bu gün, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
|