“Eldar Mahmudov nazir keçəndə göylə gedirdi” - ŞOK FAKTLAR
Tarix: 20-08-2016, 15:02 | Çap et
“Keçmiş MTN şefi Eldar Mahmudovun qohumlarının sifarişi ilə həbs olundum, ağır işgəncələrə məruz qaldım, məcbur edirdilər ki, Ziya Bünyadovun ölümünü, adam oğurluğunu boynuma alım. Başqalarının törətdiyi cinayətləri zorla boynuma qoymağa çalışırdılar. Dəhşətli işgəncələrə dözməyib Ziya Bünyadovun ölümünü üstümə götürdüm. İttihamlar təsdiqini tapmayanda qanunsuz silah gəzdirməkdə və narkotik maddə saxlamaqda ittiham edib işi məhkəməyə göndərdilər”
“İşgəncələrə dözməyib, Ziya Bünyadovu qətlə yetirdiyimi demişdim”
Bunu virtualaz.org saytına Bakı şəhər sakini, keçmiş məhbus Gülməmməd İbadov deyib. Onun sözlərinə görə, keçmiş MTN şefi Eldar Mahmudovun qohumları tərəfindən obyektləri əlindən alınıb. Həyatını alt-üst edən, başına gətirilən bütün faciələrin səbəbkarı uşaqlıq dostu, yaxın qonşusu Vahid Həşimov olub: “Heç bir günahım olmadan 8 il həbsdə yatdım. Məni həbsə atdıran “Dəyirman” ləqəbli Vahid Həşimovla onun qardaşı Tofiq idi. Uzun illər yaxın qonşu, dost olmuşuq, şərikli biznesimiz olub. 1997-ci ildə Vahidin qardaşı oğlu Turalı oğurladılar. İki gün sonra isə məni həbs etdilər. İşgəncələrə dözməyib Ziya Bünyadovun qətlini boynuma götürməyə məcbur olsam da, uşaq oğurluğunu götürmədim. Bir müddət sonra Tural Həşimovun oğurluğunda əli olanların özlərini həbs etdilər. (Sözügedən cinayət işinə görə 11 nəfərlik dəstə tutulub, onlardan biri - Balaqardaş Dadaşov isə hələ də axtarışdadır – red.) Həbs edilənlərin hamısı ilə üzləşdirilmə keçirildi, cinayətdə əlimin olmadığı sübuta yetirildi. İttihamlar təsdiqini tapmayanda isə silah-sursatla, narkotiklə ittiham verdilər. Vahidin o vaxtlar Hacı Məmmədovla yaxın əlaqəsi vardı”.
“O vaxtlar da, sonra da onu Eldar Mahmudov himayə edirdi”
G.İbadov deyir ki, bütün bunlar azmış kimi, muzdlu killer tutaraq qardaşı Qərib İbadova sui-qəsd təşkil ediblər. Atəş nəticəsində qardaşı ağır yaralansa da, təsadüfən sağ qalıb: “Mənə və qardaşıma məxsus istehsalat obyektləri olan ayaqqabı sexlərinin zorla, saxta sənədlərlə əlimizdən alındı. Torpaq sahələrim, Qaradağda daş karxanam vardı, hamısına əl qoydular. Mən həbsdən çıxandan sonra əvvəlki münasibətlərin bərpa olunmasını istədi. Bizim iki obyektimizin əvəzinə Balakişiyev küçəsi, 23 və Məhsəti küçəsi, 9 ünvanda yerləşən obyektləri satıb pulunu verəcəyini dedi. Satdı, amma bizə pul vermədi. Onu Eldar Mahmudov himayə edirdi, deyirdi kimə istəyirsən, get şikayət elə, pulum da, adamım da var. Mansur adlı bir cangüdəni vardı, bizə qarşı çox pis davranırdı. Həmin bu Mansurgil qardaşım Qəribə və arvadına təzyiq ediblər, boş kağıza qol çəkdiriblər obyektlərə görə. O obyektlərdən bir neçə ailə dolanırdı, evinə çörək aparırdı”.
“Tez-tez Akif Çovdarovun adını çəkirdilər”
G.İbadovun sözlərinə görə, Mansur adlı şəxs uzun illər Rusiyada yaşayıb. Rusiyanın sabiq prezidenti Boris Yeltsinin mühafizə xidmətinin rəis müavini olub, həbsdə yatıb: “Həbsdə olarkən guya onu Azərbaycana qarşı “verbovat” ediblər. O da Azərbaycana qayıdandan sonra bu barədə MTN-ə məlumat verib ki, guya ona Azərbaycanda terror aktları törətmək təklif olunub, o da razılaşıb. O vaxtdan MTN-də agent kimi işləyib. MTN-ə yaxın adam kimi Vahidin mühafizə rəisi olub. Bunlar mənim üstümə gəlirdilər ki, ya əl çəkməlisən tələblərindən, ya da yenidən içəri girəcəksən. Tez-tez Akif Çovdarovun adını hallandırırdılar ki, şefə məlumat verək, belə edək. Mansurgilin ciblərində vəsiqələri də vardı. Düzü, əvvəl çəkinmirdim, sonra ehtiyat edirdim ki, birdən doğrudan da məni təkrar tutarlar. Sonradan həmin o Mansurun özünü muzdlu qatil öldürdü. İndiyə qədər də bu cinayətin üstü açılmayıb”.
“Eldar Mahmudov nazir keçəndə göylə gedirdi”
Haqsızlığa dözməyən G.İbadov sonda məhkəmələrə üz tutub: “Biz Vahidlə o vaxt dəyirmanı da ortaq işlədirdik. Mənim heç nəyə ehtiyacım yox idi. Vahidin isə mənə 70 min dollar borcu vardı. Həmişə gözü mənim obyektlərimdə idi. Eldar Mahmudov nazir keçəndən sonra isə Vahid artıq göylə gedirdi. Hazırda tikinti sektorunda çalışır, 50-dən çox obyektləri var, amma mənim 2 obyektimi vermək istəmir. Məcbur olub məhkəməyə müraciət etdim. Çünki mənə qarşı böyük haqsızlıq oldu. Amma məhkəmədə də bu işlər obyektiv araşdırılmadı”.
“Azadlıqda yaşamaq sənə darlıq edir, içəri üçün darıxırsan”
Şikayətçi deyir ki, 2014-cü ildə keçmiş MTN naziri Eldar Mahmudova ərizə ilə müraciət edərək qohumlarının onu incitdiyini bildirib: “Heç bir cavab gəlmədi, heç bir ölçü götürülmədi. Əksinə, bir-iki dəfə zənglər gəldi ki, deyəsən, azadlıqda gəzmək sənə darlıq edir, içəri üçün darıxmısan. Vahidin qardaşı oğlu, MTN-də işləyən Tural tərəfindən ardıcıl olaraq bu cür zənglər gəlirdi. Eldar Mahmudov vəzifəsindən kənarlaşdırıldıqdan sonra yenidən şikayət etdim. Bir həftə sonra məni MTN-ə də, prokurorluğa da çağırdılar, geniş izahatımı aldılar, obyektlərin sənədlərini verdim. Baş Prokurorluqda ərizəmi araşdırdılar, əvvəl dedilər ki, cinayət tərkibi var, sonra dedilər yoxdur. Hökmün surətini istədilər, hakimin, prokurorun kim olduğunu xəbər aldılar, nəyə görə həbs olunmağımı soruşdular”.
“Nə türmədən, nə ölümdən qorxmuram, kəfənim boynumdadır”
G.İbadov deyir ki, E.Mahmudov vəzifəsindən kənarlaşdırılsa da, onun qohumları tərəfindən bu günə kimi təzyiqlər davam edir: “Günahsız həbsə atıldığıma görə bəraət almaq istəyirəm. Vahid yaxın dostu vasitəsilə bir ay əvvəl söz göndərib ki, nardaranlısan, səni də tutub atacaqlar içəri. Nardaranlı olduğuma görə mənə hədə-qorxu gəlirlər. Nə türmədən, nə ölümdən qorxmuram, kəfənim boynumdadır. Mən nə qazanmışamsa öz halal zəhmətimlə qazanmışam, ailəmə heç vaxt haram tikə gəlməyib. Bu adam arxayındır ki, Nardaranda belə hadisə olub, mən şikayət etmərəm daha. Hələ Şərurlu İsfəndiyarın da bu işlərdə əli var. Mənim ərizəm araşdırılmır, şikayətlərinə obyektiv baxılmır, hüquqlarım tapdanır, yenidən təzyiqlər olunur. Nardaranlı olduğuna görə susdurmaq istəyirlər, həbs etdirəcəkləri ilə hədələyirlər”.
G.İbadov ölkə başçısına, daxili işlər nazirinə, baş prokurora müraciət edib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
|