“Bir aylıq əməkhaqqımızı kəsməklə, dövlət büdcəsi dolacaq?!” - Cabbarovun gedişləri narazılıq yaradır...
Tarix: 25-08-2016, 12:00 | Çap et
Yaşı 65-ə çatmış müəllimlərin qanunvericiliyə uyğun olaraq fəaliyyətini davam etdirib-etdirməməsi təhsil nazirinin müvafiq əmrilə tənzimlənir. Təhsil Nazirliyindən verilən məlumata görə, həmin əmrə uyğun olaraq, hazırda ümumtəhsil məktəblərində yaşı 65-i keçmiş 3200 müəllimlə əmək müqaviləsi bağlanıb.Əmək Məcəlləsinə edilən dəyişikliklərə görə, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarələrdə çalışan şəxslər üçün yaş senzi 65 yaş həddində müəyyənləşdirilib. 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Bu müddətin 5 ildən çox uzadılmasına yol verilmir.
Əməkdar müəllim: “Müəllimin 1 aylıq haqqını kəsmək, ədalətsizlikdir”
Yaşı 65-i keçən orta məktəb müəlliminin Hurriyyet.org-a verdiyi xəbərə görə, müəllimlərin yaş senzilə əlaqədar tətbiq edilən qaydalarda bu il yenilik edilib. Belə ki, hər il yaşı 65-i keçən müəllimlərlə əmək müqaviləsinə dərs ilinin sonunda, iyunun 15-də xitam verilirdisə, bu il avqustun 15-dən xitam veriləcək. Bu dəyişiklik yaşı 65-i keçən müəllimlərin ciddi narazılığından sonra tətbiq olunmağa başlanıb. Amma əməkdar müəllim hesab edir ki, tətbiq edilən bu qaydada da çatışmazlıq var: “İndiyədək ilboyu işləyən, yaşı 65-dən yuxarı olan müəllimi məzuniyyətsiz işdən çıxarırdılar. Müəllimlər bundan çox narazı idi. Bu ildən başlayaraq, həmin müəllimlər məzuniyyəthaqqı aldıqdan sonra onlarla əmək müqaviləsinə xitam verilir. Ancaq burada da müəllimin hüququ tam bərqərar olunmur. Əgər məktəb rəhbərliyi yaşı 65-i keçən müəllimlə növbəti dəfə işləmək üçün əmək müqaviləsi bağlayacaqsa, əmrlə o müəllim işinə bərpa olunacaqsa, onun 1 aylıq əməkhaqqı niyə kəsilməlidir? Bu müəllim, sentyabrın 15-dən hazırlıqsız necə dərsə gələ bilər? İbtidai sinif müəllimləri həm də sinif rəhbəridir. Sinif rəhbərləri dərsə xüsusi hazırlaşmalıdır. Müəllim dərs proqramı hazırlamalıdır, müəyyən əyani vəsaitlərin alınması üçün pul xərcləməlidir. Bu vəsaitləri hansı pulla almalıdır? Nazirin qərarı var ki, avqust ayından dərsliklər siniflər üzrə bölünməlidir. Müəllim birbaşa sentyabrın 15-dən gəlib, bütün bu işləri, necə çatdıra bilər? Axı yaşı 65-i keçən müəllimin 1 aylıq əməkhaqqını kəsmək, dövlət büdcəsinə nə gəlir gətirə bilər ki, onun haqqını kəsirlər? Həm yüksək dairələrdən belə fikirlər səsləndirlir ki, müəllimlərin əməkhaqqı artırılmalıdır, həm də onun haqqı kəsilir. Bu, ədalətsizlikdir.” Məsələ ilə əlaqədar Təhsil Nazirliyinin İctimaiyyətlə iş sektorunun müdiri Cəsarət Valehovun mobil telefonu söndürüldüyündən, əlaqə cəhdimiz baş tutmadı.
Direktor: “Kollektiv müqavilənin şərtində qanun pozuntusu yoxdur”
Məktəb direktoru Şəmsi Qoca isə hesab edir ki, tətbiq olunan yenilik, əksinə ədalətlidir. Çünki indiyədək bəlli yaş həddini keçən müəllimlərlə əmək müqaviləsinə xitam dərs ilinin sonunda verilirdisə, indi bu müddət 2 ay uzadılıb: “Əmək Məcələsinin 70-ci maddəsinin e bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə - 65 yaşa çatdıqda, onunla bağlanan əmək müqaviləsi ləğv olunur. Əgər zəruri ehtiyac varsa, fiziki baxımdan sağlamlığı imkan verirsə, işgötürən onunla bir il müddətinə əmək müqaviləsi bağlaya bilir. 5 dəfə bu müqavilənin müddətinin uzadılmasına yol verilməsi mümkündür. Əgər məktəbdə sıxlıqdırsa, dərs saatları azdırsa, o müəllimin sağlamlığı imkan vermirsə, onu məktəbdə saxlamağa nə ehtiyac var, o, pensiyaya göndərilir. Dərs ilinin ortasında müəllimin 65 yaşı tamam olunubsa, müəllimlə müddətli əmək müqaviləsi bağlanır. Çünki dərs ilinin ortasında müəllimi pensiyaya göndərmək məktəbə sərf etmir. Ona görə də təhsil işçiləri, Təhsil Nazirliyi və Həmkarlar İttifaqı arasında kollektiv müqavilə var. Həmin müqavilənin şərtinə görə, yaşı 65-i keçən müəllimlərlə bağlanan əmək müqaviləsi iyunun 15-də başa çatsa da, müqaviləyə xitam verilməsi məzuniyyətdən sonraya, avqustun 15-ə təxirə salınır. Bu, əslində ədalətlidir. Həmkarlar İttifaqı məsələyə müdaxilə etdi ki, əvvəl həmin müəllimləri məzuniyyətə buraxın, sonra xitam verin. Biz də kollektiv müqavilənin şərtinə uyğun olaraq müqaviləyə avqustun 15-dən veririk. Burda heç bir qanun pozuntusu yoxdur”. Rəhbərlik etdiyi məktəbdə yaş senzilə əlaqədar müqavilə ilə çalışan 4 müəllimin olduğunu deyən direktorun sözlərinə görə, onlardan 2-sinin saxlanması, 2-nin isə pensiyaya göndərilməsi nəzərdə tutulub: “O müəllimlərdən hansıyla işləmək zəruridirsə, onlarla da əmək müqaviləsi bağlanacaq, 1 il işləyəcəklər. Bu şərtlə ki, o müəllimlərə ehtiyac olsun. Bizim məktəbdə 109 müəllim var, 4-ünün yaşı 65 yaşdan yuxarıdır. Əslində məktəbdə ümumi işçilərin sayının 2 faizindən artıq müəllim saxlana bilməz. Ona görə də 2-si getməlidir. Eyni zamanda müəllimlərin işə qəbulu müsabiəqsinə də bu boş yerləri çıxarmışıq. Yeni müəllim gəlməsə belə, o müəllimlərdən 2-si mütləq gedəcək”. Təhsil eksperti Nadir İsrafiolovun fikrincə, yaş senzilə əlaqədar müəllimlərin əmək fəaliyyətində konkret mexanizm olmadığına görə, bu məsələ daim tərəflər arasında mübahisə predmetinə çevrilir: “Misir Mərdanovun rəhbərliyi dövründən, müəllimlərin yaş senzi məsələsi ortalığa atıldı. O vaxt bir xeyli müəllim yaş senzinə görə işsiz qaldı. Bəziləri məhkəməyə müraciət etdi, bərpa olundu. Bəzi müəllimlər haqqında ədsalətsizlik edildi, 67 yaşlı müəllimi saxlayıb, 65 yaşlını çıxardılar və sair. Onlardan bəziləri məhkəmə yolu ilə öz haqlarını bərpa etdilər, mətbuat da bu məsləni çox ictimailəşdirdi. Müxtəlif qərarlar verildi. , Sovet dövründə bu məsələlərin konkret mexanizm vardı. Vaxtilə bu məsələ konkret olaraq Əmək Məcəlləsilə tənzimlənirdi, sonra müxtəlif qərar və sərəncamlarla tənzimlənməyə başlandı. Sonra belə bir qərar da qəbul etdilər ki, pensiya məsələsində müəllimin kollektivdə nüfuzuna görə baxsınlar və sair. Onlarla əlavə 1-2 il əlavə müqaviə bağlasınlar. Amma bu məsələ konkret qanunvericilklə həll olunmayıb. Elə region var ki, orda 67, 68, 69 yaşlı müəllim də var. Elə yer də var ki, 65 yaşı tamam olan kimi çıxarırlar. İndi bu məsələləri əmək müqaviləsilə həll edirlər, amma eyni zamanda əmək məcəlləsi də öz qüvvəsində qalır. Direktora necə sərf edir, o qaydanı da tətbiq edir. Ona görə də yaşlı müəllimləri asılı vəziyyətə salıblar. Halbuki təhsilimizin ən ağır yükü o müəllimlərin çiynindədir. Təhsilimizdə qazanılan az-çox uğur o müəllimlərin iş təcrübəsinin bəhrəsidir. Əgər hər hansı bir müəllimə bir ay müddətinə xəbərdarlıq elan olunursa, o, işdən çıxarıla bilər, bunun o müəllimə ödənişi, kompensasiyası verilməlidir. Konkret mexanizm yoxdur deyə, bu məsələdə bu gün də özbaşınalıq var”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
|