Qaynata ilə kürəkənin davasına "Xalqbank" qarışdı... - Mal-mülk davası...
Tarix: 20-09-2016, 11:51 | Çap et
Bu günlərdə Qafqaz Xəbər Agentliyinə Yevlax rayon Malbinəsi kənd sakini Vüqar Vahid oğlu Muxtarov bildirib ki, keçmiş qayınatası Yaşar Abdullayev tərəfindən əmlakı və pulları qəsb olunub. O qeyd edib ki, Şəki Apellyasiya Məhkəməsi isə onun sabiq həyat yoldaşı Elmira Abdullayeva (Muxtarova) ilə birgə nikah dövründə aldığı evə hüququ barədə Mingəçevir Rayon Məhkəməsinin qətnaməsini ləğv edib. “Birgə nikah dövründə qazandığımız əmlaklar (Mingəçevir şəhərində Puşkin küçəsi ,bina 10-da 2 otaqlı 5 nömrəli mənzil, 18792 manat bank əmanəti, əmək haqlarımızdan yığılan mənzilimizdə olan 9000 manat pul vəsaiti, 6444 manat dəyərində elektrik, məişət-mebel avadanlıqları və qızıl zinət əşyaları) keçmiş həyat yoldaşım Elmira Yaşar qızı Abdullayeva (Muxtarova) və atası Yaşar Səməd oğlu Abdullayev tərəfindən qanunsuz yollarla ələ keçirilib. Biz 6 il birlikdə yaşamışdıq. “XalqBank”ın Yevlax filalında kassir işləyirdim.Mingəçevirdə ev alandan sonra, iş yerimi bankın Mingəçevir filialına dəyişdik. Evi yoldaşımın adına keçirmişdim. Yoldaşımın tibbi problemi olduğuna görə, illərimiz müayinə və müalicələrdə keçdi. Hətta İrana da getmişdik. Mən buna rəğmən ailəmizin dağılmasını istəmir, kənardan uşaq götürməyi təklif edirdim. İranda həkimlər bizə məsləhət bildirmişdi ki, qanunla icazə olan ölkələrdə surroqat ana üsulundan faydalanmaq mümkündür. Mənsə Quran oxuyan adamam, buna qarşı çıxdım. Bundan sonra bir qədər mübahisələr yarandı, amma boşanma həddində olacaq bir şey baş verməmişdi. Yoldaşımın adına Beynəlxalq Bankın Mingəçevir filialında 18 min 792 manatlıq hesab var idi, iyunun 11-də məndən xəbərsiz o pulu bankdan çıxardılar. Bunu lap sonradan bildim. İyunun 22-də isə işdən evə gələndə gördüm ki, qıfılı dəyişiblər. Evin içində olan əşyaları, birgə nikah dövründə aldığımız qır-qızılı bölüşdürməyi təklif etdik. Rəhmətlik atam Vahid Muxtarov onun atası Yaşar Abdullayevlə görüşüb təklif etdi ki, əmlakı bölüşsünlər. Lakin Yaşar Abdullayev boyun qaçırdı. Bundan sonra, biz məhkəməyə müraciət etdik. Birgə nikah dövründə alınan əşyaları və pulu bölüşməyi tələb etdik. Lakin məhkəmə tələbimi qismən təmin etdi, o da evi bölüşdürməkdən ibarət idi. Mən buna da razı idim. Hakimin sözünə görə, pul birgə nikah dövründə bankdan çıxarılmışdı. Amma Yaşar Abdullayev məhkəmədə hakimə qışqırdı ki, mən gedəcəm başqa yerdə pul verəcəm, amma evi ona verməyəcəm”, – deyə V.Muxtarov Qafqaznews.az-a qeyd etdi. Onun sözlərinə görə, 2012-2013-cü illərdə evin qiyməti 36 min manatdan çox idi və qayınatası ondan mənimsədiyi 18 min manatı verərək məsələni bağlaya bilərdi: “Lakin o, mənimlə ədavətə üstünlük verdi, qızı da onun sözündən çıxmadı. Şəki Apellyasiya Məhkəməsinin hakimləri Elbrus Məmmədov, Namiq Məmmədov, Elman Rəhimovun və Ali Məhkəmənin “əməkdar hüquqşünası” Əsədov Bağır Həbib oğlunun məni birgə nikah dövründə qazandığımız əmlakların bərabər payda bölgüsündən məhrum edən Azərbaycan Qanunvericiliyinə uyğun olmayan qətnamə və qərarlarından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin www.president.az saytına şikayət etdim. 03 dekabr.2013-cü il tarixdə “Xalq Bank”ın Mərkəzi İcra Aparatının rəhbəri İbrahim Rzayev mənə dedi ki, “sən kimsən,Prezidentə şikayət edirsən?” və ərizə yazıb işdən çıxmağımı tələb etdi. Mən Yevlax filialının direktoru işləyən Sərxan Qurban oğlu Xubanlıya (onun əmisi Vadim Xubanov Mərkəzi Bankın sədr müavini vəzifəsində işləyir – red.) ərizə yazmayacağımı dedikdə, o, mənə məsləhət gördü ki, əmək kitabçam korlanmamış ərizəmi yazıb könüllü işdən çıxım.Mən də ərizə yazıb işdən çıxdım. İndi çox çətin vəziyyətdə, qardaşımın yanında yaşayıram”. V.Muxtarov ona MTN tərəfindən də təzyiqlər olunduğunu əlavə etdi: “10 dekabr 2013-cü il tarixdə məni Milli Təhlükəsizlik Nazirliyinin Yevlax rayon şöbəsinə çağırdılar. Atam da mənimlə birlikdə getdi. MTN Yevlax rayon şöbəsinin rəhbəri Vahid Məmmədov iş otağında atam və mənimlə birlikdə söhbət etdikdən sonra, mənim çölə çıxmağımı bildirdi. Atam otaqdan çıxdıqdan sonra dedi, oğul MTN rayon şöbəsinin rəhbəri mənimlə açıq danışdı və sonda dedi: “Vahid müəllim, sizi istəyib deyirəm, bir daha heç yerə şikayət etməyin, əgər şikayət etsəniz o biri uşaqların da işdən çıxarılacaq, pis günə qalacaqsınız”. Bu hadisədən təxminən 6 ay sonra atam ürək çatmazlığından dünyasını dəyişdi. Dünyasını dəyişməmişdən 1 gün əvvəl mənə bərk-bərk tapşırdı ki, heç bir yerə şikayət eləmə, şikayətə baxan yoxdur. Atan, anan yox, qardaşlarının da ailələri, balaları var, onları da işdən çıxararlar. Ümid edirəm ki, sizə müraciətimdən sonra mənə və ailəmə yeni problemlər yaradılmayacaq”. Qafqaznews.az saytının əməkdaşı Yaşar Abdullayevlə əlaqə saxladı. “Evi mən almışdım, qızımçün almışdım… Məhkəmədə də sübut eləmişik”, – deyə Y.Abdullayev bildirdi. “Necə sübut etmisiniz?” sualına Yaşar Abdullayev “Sübut eləmişik də”, – deyə cavab verdi. “Bəs 18 min 792 manat pulun bankdan xəbərsiz çıxarılması ilə bağlı nə deyə bilərsiniz? O pul sizin idi?”, – deyə soruşduq. “Bilmirəm, mənim puldan xəbərim yoxdur. Mənə zəng eləməyin”, – deyə Yaşar Abdullayev dəstəyi atdı. Biz “Xalqbank”ın baş ofisi ilə əlaqə saxladıq. Özünün kadrlar şöbəsinin müdiri olduğunu deyən, amma ad-soyadını bildirməyən xanım əməkdaş Qafqaznews.az-a dedi ki, Vüqar Muxtarov 2013-cü ilin dekabrın 4-də öz ərizəsiylə işdən çıxıb. “Onun şəxsi məsələsidir, hara şikayət edib, nədən şikayət edib. Bunun bizə aidiyyatı yoxdur. İşdən çıxıb, məzuniyyət günlərinə görə də kompensasiya alıb. Sübut eləsin ki, onu məcburən işdən çıxarmışıq”, – deyə bank nümayəndəsi Qafqaznews.az-a əlavə etdi. Adı keçən hər kəsin mövqeyini dərc etməyə hazırıq. Araşdırmamız davam edir. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
|