Narazılıq yaradan bələdiyyə sədri başçıya güvənir? - İDDİA
Tarix: 28-10-2016, 11:09 | Çap et
Qəzetimizin ötən saylarından birində “Masallının Gəyəçöl bələdiyyəsindən yeni qalmaqal” sərlövhəli tənqidi material dərc olunmuşdu. Yazıda Masallı rayonu, Gəyəçöl kənd bələdiyəsinin keçmiş (əslində, bu sözün burada qətiyyən yerində işlənmədiyi ilə Gəyəçöl sakinləri kimi biz də tamamilə razıyıq) sədri Bəybəla Əsədovun, rəsmi olaraq bu vəzifədən kənarlaşmasından sonra da törətməkdə davam etdiyi özbaşınalıqlardan bəhs olunurdu. Məqalənin başlığında da biz diqqəti belə bir məqama çəkməyə çalışmışıq ki, Bəybəla Əsədovun bütün fəaliyyət dövrü mütəmadi olaraq müxtəlif qalmaqallarla müşayiət olunub. Həm də bu qalmaqallar əksər hallarda sadəcə ictimai müzakirələrlə sona çatmayıb. Ötən yazıda da qeyd etdiyimiz kimi, bələdiyyə sədrinin torpaq maxinasiyaları bir çox hallarda daha arzuolunmaz insidentlərə, o cümlədən əlbəyaxa davalara və döyülmələrə də gətirib-çıxarıb. Məhz elə bir müddət bundan əvvəl baş vermiş belə olaylardan birinin nəticəsində də, Bəybəla Əsədov fiktiv də olsa, tutduğu vəzifədən istefa verməyə məcbur olmuşdu. Həmin vaxt dərc olunan məlumatlarda bildirilirdi ki, bələdiyyə sədri əslən Masallı rayonundan olan iş adamı, Rusiya vətəndaşı İlham Abışov tərəfindən ağır xəsarətlər yetirməklə döyülmüşdür. Açıqlamalara görə, sahibkarın bələdiyyə sədrini döyməsinin səbəbi də gizli torpaq satışı ilə bağlı aralarında yaranmış mübahisə olub (həqiqətən, başqa səbəb göstərilsəydi, çox təəccüblənərdik). Qeys edək ki, o zaman bu torpaq spekulyasiyasının daha bir iştirakçısı, Masallı Rayon İcra Hakimiyyəti başçısının Gəyəçöl kənd inzibati ərazi vahidi üzrə nümayəndəsi də işdən azad edilmişdi. Lakin, görünür bu vəzifədə onu əvəzləyən Afərin Şükürov öz sələfinin aqibətindən heç bir nəticə çıxarmamışdır. Belə ki, yeni aldığımız məlumatlarda icra nümayəndəsinin Gəyəçöl kəndində törədilən bütün torpaq maxinasiyalarında aktiv iştirak etdiyi bildirilir. Bəybala Əsədov isə, xatırlatdığımız döyülmə olayı səbəbilə, bir müddət Masallı Rayon Mərkəzi Xəstəxanasında müalicə aldıqdan sonra, törətdiyi maxinasiyaların taktikasında bir dəyişiklik etmək qərarına gəlmişdi. Belə ki, bir tərəfdən özünü sığortalamaq üçün, digər tərəfdən də artıq adının təkcə Masallıda deyil, həmçinin bütün ölkədə həddindən çox tanındığını və deməli lazımsız diqqət cəlb etdiyini nəzərə alaraq, Bəybala Əsədov tutduğu vəzifəni öz gəlini Xəyalə Əsədovaya təhvil verir. Təbii ki, bu zaman bütün faktiki idarəçilik yenə də keçmiş sədrin nəzarətində qalır. Eyni zamanda da, öz acı təcrübəsindən müəyyən nəticələr çıxaran Bəybala Əsədov, bundan sonra artıq fırıldaq əməllərinin qurbanı olacaq adamı müəyyənləşdirərkən, daha ətraflı seçim aparır. Hətta son vaxtlar bu məqsədlə o, daha çox zəif qadınları və köməksiz insanları seçməyə üstünlük verir. Elə Gəyəçöl kəndində yaşayan Əliyeva Şəhla Haşım qızı tərəfindən təqdim olunmuş ərizədə deyilənlər də bunu təsdiq edir: “Gəyəçöl kəndində yaşadığım ev bizim dədə-baba mülkümüzdür. Bu yaxınlarda isə bilmişəm ki, həmin bizim bu evimiz mənim xəbərim belə olmadan, kənd icra nümayəndəsi və bələdiyyə sədri tərəfindən imkanlı bir şəxsə satılmışdır. Bunun necə mümkün olması mənim ağlıma belə sığmır. Dəfələrlə aidiyyəti olan orqanlara müraciət etsəm də, heç bir nəticə olmamışdır. Bələdiyyə sədri ilə icra nümayəndəsi də, öz çirkin əməllərinə davam etməkdə israrlıdırlar...”
Çox maraqlıdır ki, Bəybala Əsədovun ən müxtəli özbaşınalıqları barədə çeşidli xəbər və məlumatlar dəfələrlə ölkə mətbuatında dərc olunsa da, Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən bu qanunsuzluqların qarşısının alınması istiqamətində indiyədək heç bir addım atılmayıb. Digər tərəfdən də, artıq ardıcıl ikinci icra nümayəndəsinin Bəybala Əsədovun maxinasiyalarına şərik olması, istənilən halda bütün bu olub-bitənlərin bir izinin də məhz icra hakimiyyətinə apardığını deməyə əsas verir...
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|