Tükənmiş icra başçıları ilə hədəfə çatmaq mümkündürmü - və ya pambıq kimlərin "başını kəsəcək?"
Tarix: 22-11-2016, 10:38 | Çap et
Məlum olduğu kimi, Azərbaycanda birbaşa ölkə prezidentinin şəxsi nəzarəti ilə pambıq yığımı davam edir.
Xatırladaq ki, ölkədə pambıqçılığı inkişafı etdirmək üçün prezident İlham Əliyev bu ilin sentyabr ayında Sabirabadda müşavirə keçirib, müvafiq tapşırıqlar verib. Eyni zamanda, bu sahənin yüksək inkişafını səmərəli təşkil etmək üçün çox ciddi koordinasiya sistemi yaradıldığını elan edib.
Prezident bildirib ki, ümumi koordinasiya işlərini Prezident Administrasiyası öz üzərinə götürüb və adminsitrasiyanın şöbə müdiri Zeynal Nağdəliyev bu işlərlə şəxsən məşğuldur.
Prezident həmin müşavirədə onu da elan edib ki, builki hədəf 100 min ton pambıq tədarüküdür.
Maraqlıdır, bu hədəfə çatmaq olacaqmı?
Mia.az Dövlət Statistika Komitəsindən aldığı məlumatlara görə, bu il hələlik təxminən 51 min ton pambıq yığılıb. Noyabrın 7-nə olan bu statistika isə göstərir ki, hədəflənən nəticənin təxminən 50 faizinə əməl etmək mümkün olub.
Pambıq yığımı dövrü isə artıq başa çatmaq üzrə olduğundan qarşıdakı günlərdə 49 min ton pambığın yığılması isə mümkün deyil. Deməli, 100 min ton hədəfinə yetişmək olmayacaq.
Bu və ya digər məqamlarla bağlı fikirlərini Mia.az-a bölüşən informasiyalı şəxs deyir ki, o, şəxsən hədəfə yetişiləcəyinə inanmır:
"Bunun bir çox səbəbləri var. Məsələn, bu yaxınlarda fermerlərlə söhbətdə aydın oldu ki, onların təhvil verdiyi hər ton pambıqdan 12-15 faiz nəmlik adıylıa, təxminən bir o qədər də zir-zibil adı ilə çıxılır. Yəni təqribən hər ton pambığın 200 kq-ı zavod tərəfindən belə mənimsənilir. Sonra da rəqəmləri şişirdərək, müvafiq orqanlara təqdim edirlər. Bu isə daha çox icra başçılarının tələbidir. Çünki onların hamısı bilir ki, pis nəticə nəinki danlanmalarına, həm də vəzifələrinin itirilməsinə vəsilə olacaq”.
Məlumatlı şəxs prezidentin müşavirədə "Son illər ərzində sahibkarlara müxtəlif layihələri icra etmək üçün 1 milyard manatdan çox məbləğdə güzəştli kreditlər verilmişdir. Ancaq pambıqçılığın tənəzzülə uğraması göstərir ki, dövlət mütləq bu işlərə müdaxilə etməlidir. Mən Prezident Administrasiyasının bu işlərdə fəaliyyətini xüsusilə vurğulamaq istəyirəm. Vaxt məhdudiyyətinə baxmayaraq, biz məhz Prezident Administrasiyasının səyi və yerli icra orqanlarının rəhbərlərinin fəaliyyəti nəticəsində bu il bu dönüşə nail ola bildik”, - sözlərini də xatırladaraq, deyir ki, hazırda PA-nın rayonlar üzrə küratorları da demək olar ki, hər gün rayonlara səfər edirlər:
"Onlar yerli icra başçıları ilə demək olar gün ərzində 3-5 dəfə görüşür və ya telefonda danışırlar. Bütün gücləri ilə rəqəmlərin hər keçən gün artırılmasına çalışırlar. Ancaq bu məsələləri həll etmək üçün İcra başçıları mütləq zavod rəhbərlərini "dalana sıxmalı”, yerli fermerlərə vəd olunan sbusidayadan tutmuş, digər texniki və digər melorativ dəstəkləri gerçəkdən verməlidrlər. Oysa ki, icra başçıları fermerləri hədə-qorxu ilə işlədib, özlərini doğruldacaqlarını düşünürlər.
Onlar nəzər almır ki, indki şərtlərlə fermerlər nəinki qazanclı çıxa bilər, əksinə, zərərləri daha da böyüyür. Sizi əmin edirəm ki, bu saat elə rayonlar var ki, orada pambıq əkən fermer bir aydır yığıma da getmir. Elə bu yaxınlarda Ağdamlı sahibkarın mediaya açıqlamasında da bunun nədəni açıq göstərilib. Bəli, zavodun müxtəlif adlarla çıxdığı kq-lar və prezident sərəncamı ilə nəzərdə tutulan hər kq-a 10 qəpik əlavə ödəniş də verilməyib. Yaxud hər bir tona verilməli olan 100 manat ən yaxşı halda 70 manat məbləğində verilir. Qalan pulu isə pambığın nəmliyi və ya zibil-filan adıyla vermirlər. Bu, başda Ağdam olmaqla, demək olar bütün rayoinlarda belədir. Sanki kimlərsə sistemli şəkilldə prezidentə və ölkəyə qarşı işləyir, təxribatla məşğuldur.
Diqqətlə baxın, bu il ölkədə 52057 hektar torpaq sahəsində pambıq əkilib. Noyabrın 7-nə olan rəsmi məlumata görə isə, cəmi 50416 ton pambıq yığılıb. Bu, ümumu götürəndə, hər hektara heç 10 sentner məhsuldarlıq demək deyil. Elə rayonlar var ki, bu göstərici çox pisdir. Hektara 5-8 sentner pambıq yığıldığı rayonlar var. Əlbəttə, bu nəticənin belə olmasının əsas səbəblərindən biri qeyd etdiyimiz kimi, vəd olunan dəstəklərin fermerlərə verilməməsidirsə, digər və əsas səbəblər də var. Bunun 1-cisi nazir Heydər Əsədovun Türkiyədən gətirdiyi və zavodlar vasitəsi ilə fermerlərə zorla sırınan çiyidlərin keyfiyyətsizliyidirsə, digər səbəbi də torpaq sahələrində melorativ tədbirlərin son 20 ildə görülməməsidir. Belə ki, "Meliorasiya və Su Təsərrüfatı” ASC torpaqların erroziya uğrmasının qarşısını alan ana kolektorları son 20 ildə bir dəfə də olsun, təmizləməyib, üstəlik, əksin sahələrinin suvarılması adıyla hər ay kəndlinin pensiyasından supulu tuturdusalar da, ərazilərin su ilə təminatı istiqamətində də heç bir əməli iş yoxdur. Hansı ki, dövlət bunun üçün həmin ASC-yə milyardlarla manat pul ayırıb. Ancaq hamısı yeyilib, ortada isə iş yoxdur. Kəndlilər isə məhdid imkanları ilə bunu etmək gücündə deyillər”.
Mia.az-a verilən məlumata görə, builki pambıq yığımı bir sıra raynların rəhbər şəxslərinin son mövsümü ola bilər:
"Bu il çox pis nəticələri olan rayonların rəhbərləri üçün çox ağır sınaq olacaq. Razıyam ki, ölkədə pambıq əkən faktiki 28 rayonun rəhbərləri tələbləri qarşılaya bilməyiblər.
Məsələn, münbit torpaqları olan Cəlilabadın icra başçısı əkilən 426 hektar ərazidən noyabrın 7-nə olan məlumata əsasən, cəmi 260 ton pabıq yığdırılmasına nail olub.
Spiker Oqtay Əsədovun qudası Alı Qocayevin icra başçısı olduğu Samuxun təbiəti daha yağmurlu olmasına baxmayaraq isə, bu rayonda 330 hektardan 560 ton pambıq toplanıb.
Və yaxud götürək Zərdabı. Lütvəli Babayev PA-nın tələbi əsasında 832 hektar pabıq əkdirə bilsə də, noyabrın 10-dək cəmi 632 ton pambıq yığdıra bilib.
Kürdəmirin icra baçısı, həbsdə olan Vidadi Zeynalovun yaxın qohumu isə 1850 hektara yaxın ərazidən cəmi 1415 ton pabıq toplatdırmaqla, vəziyyətdən çıxmağa çalışır.
Sabirabadın icra başçısı Nazim İsmayılov da 6113 hektar ərazidən daha çox məhsul toplatdırmaqla, son aylar kreslosuna yönəlik basqılardan yaxa qurtarmağa çalışır. Ancaq o, hələki 5247 ton yığıma nail olub ki, bu da hər hektara heç 9 sentner məhsuldarlıq deyil.
Eyni sözləri Beyləqanın qalmaqallı icra başçısı Vaqif Abdullayev haqqında da demək olar. Siyahını uzatmaq da olar. Ancaq elə rayonlar var ki, onlar nisbətən "ağ günə” çıxa biliblər.
Məsələn, Bərdənin icra başçısı Vidadi İsayev əkin vaxtı PA-ya çağırılıb danlanmağından deyəsən nəticə çıxarıb. O, hər hektardan alınan məhsuldarlığa görə həmkarlarını xeyli qabaqlayır...
Demək istəyirəm ki, yığım tam başa çatdıqdan sonra, sözsüz ki, PA-nın ciddi nəzarəti ilə müvafiq qurumlar göstəricilərin hədəflənən nəticəyə niyə çatmamasının səbəblərini təhlil edəcəklər. Sizi əmin edirəm ki, obyektiv səbəblər istisna olmaqla, səhlənkarlığa yol verən, üzərinə düşənləri müxtəlif bəhanələrlə görməyən icra başçılarını yola salacaqlar. Məncə, yuxarıda adlarını çəkdiyim və daha pis nəticə göstərən icra başçılarının çox ilə vidalaşacaqlar. Çünki qarşıdakı mövsümdə daha böyük hədəflər var. Builki proses isə göstərdi ki, bu icra başçıları ilə həmin hədəflərə çatmaq mümkün deyil”.
Məlumatlı şəxs deyir ki, gələn il üçün hədəflər ən azı iki dəfə böyüdülüb:
"Yəqin prezidentin müşavirəsində dediklərini də xatırlayırsınız. Prezident də hədəflərin ən azı iki dəfə böyük olduğunu elan elədi. Yəni gələn mövsüm əkin sahələri ən azı iki dəfə artırılacaq. Sözsüz ki, buna uyğun olaraq məhsuldarlıq daha artıq tələb olunacaq.
Məsələn, gələn il Saatlıda 17 min hektar, Sabirabadda 15 min hektar, Biləsuvarda 10 min 500 hektar, Neftçalada 10 min hektar, İmişlidə 10 min hektar, Beyləqan da 8 min 500 hektar, Bərdədə 8 min 500 hektar, Ağcabədidə 8 min hektar, Salyanda 7 min hektar, Goranboy rayonunda 5 min hektar, Kürdəmirdə 4 min hektar, Yevlax, Ağdaş, Tərtər, Zərdab, Ağdamda 3 min hektar, Ağsu və Ucarda 2500 hektar, Füzulidə 1500 hektar, Hacıqabulda 1200 hektar, Göyçayda 1000 hektar, Samuxda 500 hektar, Cəlilabadda 500 hektar, Cəbrayılda 60 hektar pambıq əkiləcək.
İndi əsas suallardan biri də budur: tükənmiş, korrupsiyalaşmış bu icra başçıları ilə hədəflərə çatmaq olarmı?”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|