Naziləni Misirdə aldatdılar .....                     ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? .....                     "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." .....                     “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” .....                     Paytaxtın parklanma dərdi nə zaman bitəcək? .....                     Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür .....                     “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” .....                     Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? .....                     Adi mahnıdan qıcıqlanan bu toplum... .....                     Hüseyn Həsənovun qorxu dolu anları .....                     İrəvan bu addımı atsa, çökəcək .....                     Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... .....                     Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? .....                     Zəngəzurun verilməsi prosesi başladı .....                     Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                     'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... .....                     AYNA necə problemə çevrilib.... .....                     4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… .....                     Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                 

Mehdi Səlimzadə bunları bilmirmi? - Bilirsə, nədən susur?
Tarix: 10-02-2017, 11:00 | Çap et
Mehdi Səlimzadə bunları bilmirmi?
Azərbaycanın bölgələrində məmur özbaşınalığı, müxtəlif qanunsuzluqular, vəzifə sahiblərinin özünü hakimimütləq kimi aparmaları, dövlət əmlakının talanması, rüşvətxorluq, korrupsiya, vəzifə səlahiyyətlərindən istifadə etməklə cinayət törətmək halları baş alıb gedib. “Gündəm Xəbər” qəzeti olaraq, tez-tez bu mövzuda yazılar dərc edirik. Məhz elə bu səbəbdəndir ki, bizə müraciət edənlərin sayı gündən-günə artıq. Ölkənin müxtəlif bölgələrindən vətəndaşlar bizə müraciət edir, üzləşdikləri problemləri ictimailəşdirməyimizi xahiş edirlər. Biz də öz növbəmizdə redaksiyamıza ünvanlanan şikayət məktublarına həssaslıqla yanaşır, onları dərc edir, vətəndaşları narahat edən problemləri, məmur özbaşınalıqları, vəzifə cinayətləri ilə bağlı faktları tədbir görülməsi üçün aidiyyəti qurumların diqqətinə çatdırırıq. Bu gün də bu ənənəmizə sadiq qalaraq, Göyçay rayonundan aldığımız şikayət məktubunu dərc edəcəyik. Onu da qeyd edək ki, məktubu redaksiyamıza Göyçay rayonu, Mirzəhüseyinli kənd sakinləri ünvanlayıb. Şikayətçilər bildirir ki, Göyçay rayon Mirzəhüseyinli kənd sakinlərinə məxsus əkin torpaq sahələri bələdiyyə sədri Səyyaf Səmədovun cinayət əməllərinə görə məhv olur: “Mirzəhüseyinli kəndinin əkin torpaqlarının suvarılması üçün hələ Sovetlər dövründə, 1986-cı ildə Şirvan kanalından uzunluğu 5000 metr olan nikel metalından yeraltı su boru xətti çəkilmişdir. Həmin boru vasitəsi ilə biz, Mirzəhüseyinli kənd sakinləri əkin sahələrimizi rahatlıqla sulayırdıq”.
Lakin hazırda kənd sakinləri bu imkandan məhrum olublar. Əlbəttə ki, bələdiyə sədrinin sayeymərhəmətindən. Gəlin, şikayət məktubunun ardına diqqət yetirək: “Mirzəhüseynli kənd bələdiyyəsinin sədri Səyyaf Səmədov həmin 5000 metr nikel metalından olan boruları 2 ay öncə saxta akt tərtib edərək, texnikalarla qazıb çıxartdırıb və sataraq talan edib”. Diqqət edin, vaxtilə milyon manatlarla dövlət vəsaiti sərf olunaraq inşa olunan strateji əhəmiyyətli boru xətti bələdiyyə sədrinin əmri ilə ləğv edilib. Bunu necə adlandıracağımızı bilmirik. Bu, məmur özbaşınalığının görünməmiş həddidir. Bələdiyyə sədrinə kim bu səlahiyyəti verib? Maraqlıdır, rayonun rəhbərliyi, hüquqmühafizə orqanları hara baxır? Rayonda dövləti cinayət sayılacaq addım atılır, rayon rəhbərliyi, aidiyyatı qurumlar isə buna göz yumurlar. Bunu necə izah etmək olar? Boru kəmərinin ləğv edilməsi və böyük bir kəndin əkin sahələrinin susuz qalması bir yana, bəs, qiymətli metaldan olan boru xətinin doğranaraq satılıb talan olunmasına nə ad verək? Bəlkə bələdiyyə sədri 1986-cı ildə bu boru xəttini öz vəsaiti ilə salıb? Olmaya, boru kəməri onun şəxsi mülkiyyətidir? Bu qədər də özbaşınalıq olarmı? Bələdiyyə sədrinin bu qədər cəsarətli olması, dövlətə, qanunlara meydan oxumasının səbəbi nədir? Olmaya onu hansısa “güclü əllər” himayə edir? Ölkədə dövlət əmlakının talan edilməsi, məmurların vəzifə səlahiyyətlərini aşması, korrupsiya və rüşvətxorluğa qarşı hakimiyyətin yuxarı səviyyəsində mübarizə elan etdiyi bir vaxta bələdiyyə sədrinin belə bir qanunsuzluğa əl atmasını heç cür izah etmək mümkün deyil. Xatırlayırsınızsa, elə bu yaxınlarda "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirildi. Həmin konfransda çıxış edən Azərbaycan prezidenti İlham Əliyevin məmurlara xəbərdarlığı da yəqin ki, hamının yadındadır. Umid edirik ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, eləcə də Mirzəhüseyinli kənd bələdiyyəsinin sədri Səyyaf Səmədov həmin xəbərdarlığı unutmayıblar. Amma hər ehtimala qarşı biz bir daha prezidentin həmin konfransda məmurlara etdiyi xəbərdarlığı xatırlatmaq istəyirik: "Mən dəfələrlə demişəm ki, məmurlar xalqla yaşamalı, özü və ailə üzvləri təvazökar olmalıdır". Dövlət başçısı həmin iclasda bildirdi ki, məmurlar rüşvətxorluqla məşğul olmamalıdır: "Mən hər bir məmuru təyin edəndə deyirəm ki, get düzgün işlə, xalqa xidmət et. Təəssüf ki, bəziləri nəticə çıxarmır, nəticədə cəzalandırılırlar. Biz "Asan Xidmət"i yaratdıq, hələ bir şikayət eşitməmişəm. Bu, ictimai xidmətlər sahəsində yenilikdir. Bu, həm bizim iradəmizi göstərir, həm də bunu etməyin mümkünlüyünü göstərir. Hər şey məmurlardan asılıdır. Məmurlar işlərində nöqsana yol verərlərsə, cəzalandırılacaqlar". Maraqlıdır, yoxsa Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bu xəbərdarlığı özünə aid etmir? Olmaya onun müstəsna səlahiyyətləri var? Necə olur ki, dövlət başçısının bu cür xəbərdarlığıdan Göyçay rəhbərliyi heç bir nəticə çıxarmır? Bəlkə o, rayona nəzarət etmək iqtidarında deyil? Yox, əgər doğrudan da Mehdi Səlimzadə rayona nəzarət edirsə, bəs nədən onun dövlət əhəmiyyətli su boru xətinin qanunsuz olaraq, ləğv edilməsindən, bahalı, eroziyaya davamlı metaldan hazırlanan boruların bələdiyyə sədri tərəfindən dədə malı kimi doğranaraq satılmasından xəbəri yoxdur? Olmaya icra başçısı özü bələdiyyə sədrinə bu barədə göstəriş verib? Bəlkə ele boru xəttinin sökülüb satılmasından əldə olunan qazancın böyük hissəsi icra başçısının cibinə gedib? Əgər belə deyilsə, ümid edirik ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə mətbuata açıqlama verərək, bu məsələyə aydınlıq gətirəcək. Aydın olacaq ki, bələdiyyə sədrinə bu boru xətinin sökülməsi barədə göstərişi kim verib? Digər tərəfdən, əgər doğrudan da bu boru kəmərinin istismar müddəti başa çatıbsa, nədən bu barədə heç bir yerdə məlumat yoxdur. Hələ biz onu demirik ki, bir layihəni, bir infrastrukturu ləğv etməmişdən əvvəl onun alternativi, yenisi yaradılmalıdır. Uçarmaq asandır, qurmaq isə çətin. Nə yazıqlar olsun ki, Göyçayda vəzifə başında olanlar quruculuqla deyil, dağıdıcılıqla məşğuldurlar. Maraqlıdır, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə hara baxır? Onun bu məsələdən xəbəri yoxdurmu? Axı məhz Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ölkənin su təsərrüfatına cavabdehdir. Necə ola bilər ki, bu qurmun razılığı olmadan, region bələdiyyəsinin sədri belə bir addım ata bilər? Cavabsız suallar çoxdur. Ümid edirik ki, bu məsələ ilə bağlı məsuliyyət daşıyan qurum və rəhbər şəxslər bu sullara aydınlıq gətirəcəklər. Gəlin, Göyçay rayon Mirzəhüseyinli kənd sakinlərinin şikayət məktubunda yer alan digər faktlara diqqət yetirək. Sakinlər bildirilər ki, su boru xətti ləğv olunduqdan sonra nikel metaldan olan bor kəməri doğranaraq satılıb: “Həmin talançılıqdan 100.000 manatdan çox gəlir əldə edildi. Nəticədə isə Mirzəhüseyinli kənd camaatının əkin sahələrinin suvarılması dayandırıldı. Texnikalar əkin yerlərini qazıb taxılı məhv etdi. Bu misli görünməmiş cinayətdir ki, bələdiyyə sədri Səyyaf Səmədov həyata keçirdi. Həmin torpaqlar bizə aqrar islahatlar zamanı verilmişdir. Qanunu sənədlərimiz də var. Hər il əkib-becərib ailəmizi dolandırırdıq. Başqa iş yerimiz yoxdur. Ümüdümüz ancaq əkinçiliyə idi. Qarşıdan gələn yaz-yay fəsillərində biz əkinlərimizi sulaya bilməyəcəyik. Bu da kənd sakinlərinin acından məhv olmasına gətirib çıxaracaq. Çıxılmaz vəziyyətdə qalmışıq”.
Göründüyü kimi, bələdiyyə sədri strateji əhəmiyyətli boru xəttinin dağıtmaqla yanaşı, 800 nəfərlik bir kəndin əhalisini susuz, işsiz, çörəksiz qoymuşdur. Ona da qeyd edək ki, yazının əvvəlində bələdiyyə sədrinin kimlər tərəfindən himayə olunduğu haqqında suallar qoymuşduq. Bu suallara tam cavab tapa bilməsək də, hələlik məlum olan budur ki, Mirzəhüseynli Bələdiyyəsinin sədri Səyyaf Səmədov Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşxəndə Rəcəbovanın qudasıdır. Şikayət müəllifləri bildirilər ki, məhz bu səbəbdən bələdiyyə sədri bu cür cinayəti qorxmadan törətmişdir. Şikayət müəllifləri bildirilər ki, cinayətkar bələdiyyə sədri barədə tədbir görülməsə, Bakı şəhərinə gəlib Prezident Administrasiyasına şikayət edəcəklər: “Biz mətbuat vasitəsiilə Prezident İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova müraciət edərək, xahiş edirik ki, talançılıq cinayəti törədərək kənd sakinlərinə küllü miqdarda ziyan vurmuş Mirzəhüseyinli bələdiyyəsinin sədri Səyyaf Səmədovun barəsində ciddi tədbirlər görəsiniz”. Qeyd edək ki, məktubu kənd sakinlərindən Azadov Vasif Nizami oğlu, Mustafayev Vüqar Surxay oğlu, Hacıyev Fərid Əlimuxtar oğlu, Əhmədov Tərlan Vidadi oğlu, Soltanov Həmid Feyzulla oğlu, Süleymanov Füzuli Süleyman oğlu, Əliyev Coşqun Firuddun oğlu, Əliyev Vüsal Firuddun oğlu, İsmayılov Amil Alik oğlu, Soltanov Zabit Eynulla oğlu,İsmayılov Nicat Etibar oğlu, Kərimov Araz Qüdrət oğlu, Qurbanov Çingiz Qalib oğlu, İsmayılov Symur Miri oğlu, İsmayılov Tufan Ehtiram oğlu, Əliyev Rafiq Təvəkkül oğlu imzalayıblar. Onu da qeyd edək ki, son illər dövlət başçısı kənd təsərrüfatının inkişafı ilə bağlı bir sıra sərəncamlar imzalayıb, Nazirlər Kabinetinə, İcra Hakimiyyəti başçılarına tapşırıqlar verib. Bu tapşırıqlar kənd təsərrüfatının inkişafına təkan vermək məqsədi daşıyır. Dövlət başçısı özü şəxsən bölgələrə səfər edərək, yerlərdə vəziyyətlə tanış olur, kənd təsərrüfatının, konkret olaraq, əkinçiliyin inkişafı ilə bağlı tapşırıqlar verir. Əkinə yaralı topraqlarda taxil, pambıq və digər kənd təsərrüfatı məhsulalrının becərilməsi bu gün əsas məqsəd kimi qarşıya qoyulub. Kənd təsərrüfatı naziri, bir sıra icra başçıları müşavirə keçirərək bu istqamətdə addımlar atırlar. Bir sözlə, bölgələrdə kənd təsərrüfatının, sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlara hərtərəfli köməkliklər göstərilməsi bu gün əsas iqtisadi prioritetlər sırasındadır. Lakin görünür, Göyçay rayon rəhbərliyi bütün bunlardan xəbərsizdir və ya bilərəkdən, şəxsi qazanc naminə ölkə rəhbərliyinin tapşırıqlarına biganə yanaşır. İcra başçısı, bələdiyyə sədri kəndliyə, sahibkara şərait yaratmaq əvəzinə, onun suyunu kəsir, əkdiyi məhsulu zay edir. Bu sabotaj deyil, bəs nədir? R.S.Qeyd edək ki, yazı çapa hazırlanarkən, iş vaxtı bitdiyi üçün məsələ ilə bağlı Göyçay rayon icra başçısının, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mövqeyini öyrənə bilmədik. Mövzu ilə bağlı onların mövqeyini işıqlandırmağa hazırıq/










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36
ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32
"Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02
“Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58
Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55
Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52
“Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13
Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09
Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16
Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11
İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51
Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45
Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru