Maliyyə Bazarlarına Nəzarət Palatasının “Qanpulu” bazarlığı - İTTİHAM VAR
Tarix: 16-02-2017, 11:52 | Çap et
Bir neçə gün öncə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbərliyində kadr dəyişikliyinin baş verdiyi, Palatanın idarə heyətinin üzvü, hüquq və icraat departamentinin direktoru Fəxriyar Cabbarovun “öz istəyi ilə” yerini Əfqan Baxışova verdiyi xəbəri yayıldı. Aldığımız bilgiyə görə, F. Cabbarov heç də öz istəyi ilə görəvindən ayrılmayıb. Sən demə, Dövlət Sığorta Kommersiya Şirkətinin (DSKŞ) savaş əlilləri, şəhidlərin “qanpulu”nu yemə korrupsiyasına MBNP də ortaq olmaq yolunu tutub. El arasında “Sığorta Mamed” kimi tanınan DSKŞ sədri Məmməd Məmmədovun “qanpulu” ilə “bəslədiyi” ləğv edilən Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarət Xidmətinin (rəisi Namiq Xəliov) yerini Maliyyə Bazarlarına Nəzarət Palatası alsa da, yenə də əlil, şəhid ailələrinə qarşı “qanpulu dələduzluğu”na son qoyulmayıb. Qan kompensasiyalarını ala bilməyən Qarabağ əlilləri və şəhid ailələrinin Palataya müraciətləri Konstitusiyaya uyğun yox, yenə də rüşvət, korrupsiya prizmasından “çözülür”. Fəxriyar Cabbarovun işini itirməsi də bununla bağlıdır . DSKŞ – dəki sığorta dələduzluğuna hüquqi qiyməti verilməməsindən, şirkətin sədr müavini A.Hacıyevin MBNP–nın idarə heyətinin üzvü Fəxriyar Cabbarova 19.01.2017 tarixli rüşvət-korrupsiya “iyi verən”, Konstitusiya Məhkəməsinin (KM) 28.01.2014 tarixli Qərarına etiraz etdiyi cavabından yazmışıq. Fikir verin, Qarabağ əlilinin MBNP–yə daxil olan müraciətinə baxan Palatanın baş icraçı direktoru İbrahim Alışov və idarə heyətinin üzvü Fəxriyar Cabbarovun DSKŞ sədri Məmməd Məmmədova ünvanladığı 18.10.2016 tarixli 04/10- 3664 saylı “Konstitusiya Məhkəmıəsi Plenumunun 28.01.2014 tarixli Qərarını rəhbər tutaraq sığorta ödənişinin verilməsinin təmin edilməsi tələbi”nə 3 aydan sonra (??) 19.01.2017 – də şirkətin sədr müavini imtina ilə cavab verib. Özü də cavab icraçı direktora yox, idarə heyətinin üzvünə ünvanlanıb. Belə çıxır ki, icraçı direktoru ya saymırlar, ya da ona da şirkətin sədri ayrıca cavab yazıb. İstənilən halda “Vətəndaşların müraciətləri haqqında” qanunun pozulması göz önündədir. Amma pozulan təkcə bu qanun yox, həm də ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan Konstitusiyadır. Baxın, Palatanın Fəxriyar Cabbarovu DSKŞ-nin “çaldığı qanpulundan rüşvət - korrupsiya havasına” necə “əl götürüb oynayır”: Fəxriyar Cabbarov və istehlakçıların və investorların hüquqlarının müdafiəsi idarəsinin rəisi Günel Cavadovanın MBNP - nın adından imzaladıqları 30.01.2017 tarixli 10-871 saylı məktubla bildirlir ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə və Binəqədi rayon İcra Şöbəsinin 27.02.2013 tarixli qərarına əsasən qanunvericiliklə müəyyən olunmuş 880 manat sığorta ödənişi DSKŞ tərəfindən aidiyyəti üzrə Binəqədi Rayon İcra Şöbəsinin bank depozit hesabına köçürülmüşdür. Qanpulunun – sığorta ödənişinin qanını verən Qarabağ əlilinin yox, guya icra şöbəsinin hesabına köçürülməsi dələduzluğunu bir yana qoyaq. Axı qanunvericiliklə müəyyən olunan məbləğ 880 manat yox, bundan 10 dəfə çoxdur! Konusitutsiya Məhkəməsi Plenumun 28.01.2014 tarixli Qərarında sığorta məbləğinin 20.10.2006 –cı ildə müəyyən olunan 11 min manatdan az ola bilməzliyi təsbit olunub axı! Elə Palatanın DSKŞ-ya yuxarıda vurğuladığımız 18.10.2016 tarixli məktubunda Konstitusiya Məhkəməsi Plenumunun 28.01.2014 tarixli Qərarının 2-ci hissəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləğinin hal-hazıra qədər almayanlara ödənilməli olması tələb olunub. Fəxriyar Cabbarov özünün 3 ay 12 gün öncə imzaladığı məktubu unudub, yoxsa KM-in sözügedən qərarını? İstənilən halda bu “unutqanlığın” “qanpulu korrupsiyası”ndan qaynaqlanması açıq – aşkardır. Elə bu “qanpulu bazarlığı” da F.Cabbarovu “öz istəyi ilə” bazara nəzarətdən uzaqlaşdırıb . Dövlətin ayırdığı sığorta ödənişini yeməklə “sığorta” ayaması qazanan DSKŞ sədrinə Qarabağ əlilləri və şəhid ailələri artıq yeni “titul” ayırıblar: ”Qanpulu Mamed”. Layiqli addır! Palata da “Qanpulu Mamed”in “qanpulu” yemindən sığortalanmayıbmış! Qanını – canını verən (Anadolu türkləri demiş) ƏSGƏR - MEHMETCİK, qan (pulu) sümürən “Sığorta Mamed”! Bazar açıblar. Qan bazarı. Dövlət və hökumət başçılarının bazarı bağlamaq istəyi görünmür. Allah kəssin belə bazarı...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
|