Naziləni Misirdə aldatdılar .....                     ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? .....                     "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." .....                     “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” .....                     Paytaxtın parklanma dərdi nə zaman bitəcək? .....                     Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür .....                     “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” .....                     Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? .....                     Adi mahnıdan qıcıqlanan bu toplum... .....                     Hüseyn Həsənovun qorxu dolu anları .....                     İrəvan bu addımı atsa, çökəcək .....                     Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... .....                     Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? .....                     Zəngəzurun verilməsi prosesi başladı .....                     Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                     'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... .....                     AYNA necə problemə çevrilib.... .....                     4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… .....                     Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                 

Xaçmaz Mədəniyyət Mərkəzinin direktoru iş yerlərini satışa çıxarıb? - İTTİHAM VAR
Tarix: 21-02-2017, 13:39 | Çap et
Xaçmaz Mədəniyyət Mərkəzinin direktoru iş yerlərini satışa çıxarıb?
Son illər regionlarda aztəminatlı ailələrə dəstək verilməsi, yeni iş yerlərinin açılması, bir sözlə, mövcud iqtisadi çətinliklər şəraitində yaşayan vətəndaşların sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə bir çox tədbirlər həyata keçirilir. Belə olduğu halda, Xaçmaz rayon Mədəniyyət Mərkəzinin direktoru Zöhrab Məmmədovla bağlı redaksiyamıza daxil olan şikayət məktublarını təəccüb və təəssüflə qarşıladıq. Şikayətçilərin yazdığına görə, Zöhrab Məmmədov rəhbərlik etdiyi mərkəzdəki ştatlara işə qəbulu özü üçün qazanc mənbəyinə çevirib.

Əgər xatırlayırsınızsa, “Təzadlar”ın ötən saylarında Xaçmaz rayonunun Qoçaqlı kənd sakini Koroğluyeva Gülnaz Hətəm qızının nümayəndəsi Vüsal Başaratvinin Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralova ünvanladığı müraciətini dərc etmişdik.
Müraciətdə Zöhrab Məmmədovun mərkəzdə aylıq 120 manat əmək haqqısı olan kompüter operatoru ştatına işə qəbul etdiyi Koroğluyeva Gülnazdan aldığı 1500 manat rüşvətin qarşılığında ona verdiyi maaş kartında cəmi 55 manat oturdulması ikinci tərəfin etirazına səbəb olduğu bildirilirdi. Z.Məmmədovdan bunun səbəbi soruşulanda, narahatlığa heç bir əsas olmadığını bildirib, növbəti aydan əmək haqqının 120 manat olacağını deyib. Lakin o gündən sonra nə karta maaş yüklənib, nə də Koroğluyeva Gülnaz direktora verdiyiı pulu geri ala bilib.
Şikayətdə eyni zamanda bildirilirdi ki, Xaçmaz rayonunun Qoçaqlı kənd sakini Başaratov Nəcməddin Zöhrab Məmmədova sürücülük ştatına 1500 manat, Nurahmədov Samir isə nəzarətçi ştatına 2000 manat pul verib. Hətta aldadıldığını bilən Nurahmədov Samir 1500 manatını geri almaq üçün Zöhrab Məmmədovdan Xaçmaz rayon Prokurorluğuna şikayət edib. Bundan xəbər tutan Zöhrab Məmmədov iki nəfərin şahidliyi ilə qalan 1500 manatı qaytaracağı barədə əlyazma qəbz imzalayaraq Nurəhmədov Samirə verib və onu prokurorluğa yazılan şikayəti geri götürməsinə razı salmağı bacarıb. Şikayətçilərin fikrincə, bütün bunlar Xaçmaz Mədəniyyət Mərkəzinin direktoru Zöhrab Məmmədovun insanların etibarından sui-istifadə edərək külli miqdarda pul mənimsədiyini deməyə əsas verir.
Biz də mətbuat olaraq Xaçmaz rayonunun Qoçaqlı kənd sakini Koroğluyeva Gülnaz Hətəm qızının nümayəndəsi Vüsal Başaratvinin Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralova ünvanladığı müraciətlə bağlı mövqeyini öyrənmək üçün Xaçmaz Mədəniyyət Mərkəzinin direktoru Zöhrab Məmmədovla telefon əlaqəsi saxladıq. Z.Məmmədov şikayətin əsassız olduğunu və bu barədə rəsmi mövqe bildirəcəyini söylədi. Lakin aradan neçə həftə keçməsinə baxmayaraq, hələ də Mədəniyyət Mərkəzinin direktorundan bir xəbər yoxdur. Çox vaxt isə telefonu bağlı olur.
***
Bu yazımızda isə şikayətçilərin özlərinin aidiyyəti qurumlara ünvanladıqları müraciətləri və redaksiyamıza təqdim etdikləri digər sənədlərlə bağlı araşdırmamızı təqdim edəcəyik.
Beləliklə, Xaçmaz rayonunun Qoçaqlı kənd sakini Başaratov Nəcməddin Hətəm oğlunun “Təzadlar”a daxil olan Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə invanlı müraciətini təqdim edirik.
Müraciətdə deyilir:
“Hörmətli cənab Kamran Əliyev!
Hörmətli cənab Əbülfəs Qarayev!
2015-ci ilin iyun ayında atam mənə dayım Ağabəyov Əlövsət Ağabəy oğlunun məsləhəti ilə Xaçmaz Mədəniyyət Mərkəzində boş iş yerlərinin olduğunu və evdə işsiz oturmaqdansa orada işə düzəlməyimi söylədi. Düzü, əvvəlcə razılaşmasam da, sonradan bekar gəzməyin faydası olmadıgını düşünüb işləmək qərarına gəldim. Dayımın dediyinə görə, Mədəniyyət Mərkəzindəki boş iş yerləri nəzarətçi və sürücü ştatları idi. Öyrəndim ki, Xaçmaz rayon Mədəniyyət Mərkəzinin direktoru Zöhrab Məmmədov sürücü ştatı üçün 1500 manat, nəzarətçi vəzifəsi üçün isə 2000 manat rüşvət istəyir. Onu da deyim ki, sürücü maaşı 120 manat, nəzarətçi maaşı isə 150 manat idi.
Dayıma zəng edib sürücü işləməyə razı olduğumu söylədim. Dayım bildirdi ki, qaynımın oğlu Samir Nurahmədov da nəzarətçi ştatına işə düzələcək, onunla görüşüb birlikdə Xaçmaza gedək. Dayım həm də səhəri gün Xaçmazda bizimlə görüşüb Zöhrab Məmmədovun yanına birlikdə gedəcəyimizi, lakin məsələni yalnız özümüz danışıb razılaşacağımızı bildirdi. Səhərisi Samirlə birlikdə Xaçmaz şəhərinə getdik. Şəhərə çatanda dayımla zəngləşib görüşdük. Sonra birlikdə Xaçmaz rayon Mədəniyyət Mərkəzinin direktoru Zöhrab Məmmədovla görüşməyə getdik. Zöhrab Məmmədov Mədəniyyət Mərkəzinin yaxınlığındakı çayxanalardan birində çay içə-içə söhbət etməyi məsləhət gördü. Çayxanada söhbət zamanı Zöhrab Məmmədovdan işimizin nədən ibarət olacağını və hansı sənədlərin lazım olduğunu soruşduq. Z.Məmmədov mənə işə gəlməyimə ehtiyac olmadığmı, sadəcə, işdə adımın gedəcəyini, bunun üçün isə şəxsiyyət vəsiqəsinin surətini və 2 ədəd 3x4 ölçüdə şəkil gətirməyimi söylədi. Yaxınlıqdakı kserokopiya yerində şəxsiyyət vəsiqəsinin surətini Samirlə birlikdə çıxarıb gətirdik. Sonra mən 2 ədəd 3x4 ölçüdə şəkli və 1500 manatı, Samir isə 2000 manatı sayıb Zöhrab Məmmədova verdik. Z.Məmmədov iyul ayının 25-dən sonra gəlib jurnala imza ataraq ilk ayın maaşını alacağımızı, maaş kartlarımızın isə 3 aydan sonra hazır olacağını bildirdi.
Bir aydan sonra Samirlə zəngləşib ilk ayın maaşını almağa getdik. Direktorun dediyi kimi jurnala imza atdıqdan sonra ilk ayın maaşı adı ilə hərəmizə 100 manat verdilər. Maaşın az olmasının səbəbini Zöhrab Məmmədovdan soruşanda, o, dedi ki, “narahat olmayın, kartınızı alandan sonra hər ay sən 120, Samir isə 150 manat maaş alacaq. 2 aydan sonra da gəlib maaş kartlarınızı alarsınız. Əgər işləmək istəyən tanışlarınız varsa, onları da gətirin, hazırda “motorist”, elektrik, kompüter operatoru və başqa boş ştatlarım var”.
Avqust ayında yenidən Samirlə birlikdə maaş almağa gedəndə direktor Z.Məmmədov müxtəlif bəhanələrlə pulumuzu vermək istəmədi, lakin çox söhbətdən sonra hərəmizə 30 manat verərək başımızı aldatdı.
Sentyabr ayında ailəmdə yaranan problemlərlə əlaqədar həyat yoldaşımdan boşanmalı oldum. Dekabr ayında isə həyat yoldaşımın qaldırdığı alimentlə bağlı məhkəməm var idi. Bu səbəbdən də məhkəməyə əmək haqqı ilə bağlı arayış təqdim etməliydim. Dekabrın 18-də Zöhrab Məmmədovun yanına gedib vəziyyəti ona danışdım. Eyni zamanda, aradan 5 ay keçməsinə baxmayaraq, nə tam maaşımı, nə də maaş kartımı vermədiyini xatırlatdım. Həm də xahiş etdim ki, mənə işlədiyim barədə arayış versin. O, problem olmadığını bildirərək, mənə əmək haqqımla bağlı arayış verdi. Lakin sonradan gördüm ki, arayışda mənim Xaçmaz rayon Mədəniyyət Mərkəzində sürücü yox, nəzarətçi vəzifəsində çalışdığım yazılıb. Düzü, 3 ay məhkəmələrə get-gəl yarandığından həmin ərəfədə bu işin üstünə düşmədim.
Məhkəmə ilə bağlı işim bitəndən sonra hər ay mütəmadi olaraq Zöhrab Məmmədovla ya zəngləşir, ya yanına gedib maaş kartımı verməsini, ya da ona verdiyim 1500 manatı geri qaytarmasını tələb edirdim. O isə çox vaxt “gəl, maaşını al” - deyə yanına çağırsa da, maaşı vermədən geri qaytarırdı. Axırda məcbur olub Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin müdiri Nazim Ağayevin qəbuluna düşüb Zöhrab Məmmədovdan şikayət etdim. O da Fərid adlı köməkçisinə zəng edərək, mənim adımı və soyadımı qeyd edib Zöhrab Məmmədovu rayon prokurorluğuna verəcəyini söylədi. Lakin bu şikayətimin də bir faydası olmadı.
Hörmətli cənablar, çox təəssüf ki, bu günə kimi Zöhrab Məmmədovdan pulumu geri ala bilmirəm. Sonradan öyrəndim ki, o, təkcə məni aldatmayıb, elə bizim kənddən 20-dən çox vətəndaşı işə düzəltmək adı ilə onların hər birindən 1200-3000 manat arası pul alaraq mənimsəyib”.
Sonda şikayətçi N.Başaratov mətbuat vasitəsilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevdən və mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdən xahiş edir ki, Xaçmaz rayon Mədəniyyət Mərkəzinin direktoru Zöhrab Məmmədov barəsində ciddi tədbir görülsün və onun mənimsədiyi pulların geri qaytarılmasına köməklik göstərsinlər.
Qarşı tərəfi də dinləməyə hazırıq.

(Davamı var)
\\tezadlar.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36
ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32
"Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02
“Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58
Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55
Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52
“Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13
Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09
Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16
Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11
İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51
Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45
Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru