Gürcü millətçilərin antiAzərbaycan planı... - FAKT
Tarix: 22-02-2017, 16:41 | Çap et
Ötən ilin oktyabrında Gürcüstanda keçirilən parlament seçkilərində azərbaycanlıların sayca üstünlük təşkil etdiyi Kvemo-Kartli (Borçalı) bölgəsində seçkilərin nəticəsi hakim "Gürcü arzusu" partiyasını necə deyərlər "yasa batırıb". BakiPost.az xəbər verir ki, Gürcüstan müstəqillik əldə edəndən indiyədək adətən mütləq əksəriyyəti hakimiyyətdə olan partiyaya səs verən və əlahiddə siyasi fəallığı ilə seçilməyən azərbaycanlıların 2016-cı ilin oktyabr seçkilərində ortaya qoyduğu siyasi iradəni, siyasi palitrada daha fəal şəkildə iştirak etməyə iddialarının ilkin simptomlarını İvanaşvili iqtidarı hazırda ciddi təhlil etməkdədir. Ekspertlər hakim partiyanın soydaşlarımızdan aldığı zərbəni bir neçə səbəb üzrə qruplaşdırırlar: 1. Svan əsilli kriminal şəxs kimi tanınan Tamaz Naverianinin hakim partiya tərəfindən 2016-cı ilin oktyabr seçkilərində Marneulidən namizəd göstərilməsi. Əhalisinin 92% azərbaycanlı olan rayondan ötən əsrin 90-cı illərində soydaşlarımıza qarşı adam oğurluğu cinayətləri ilə xatırlanan şəxsin deputatlığa namizəd göstərilməsi seçicilərdə ciddi qıcıq doğurdu. Yerli azərbaycanlılar "Gürcü Arzusu"nun bu addımını onları heçə saymaq kimi qiymətləndirdilər və bütün maddi şirnikləndirmələrə və təhdidlərə baxmayaraq, seçkidə alternativ namizədlərə səs verdilər. 2. Hakim partiyanın verdiyi vədlər özünü ötən 4 ildə doğrultmadı. Sosial-iqtisadi güzəranlarında heç bir müsbət dəyişiklik hiss etməyən, əksinə daha da vəziyyətləri pisləşən insanlar eyni siyasi komandaya növbəti 4 ildə də mandat verməyə çəkindilər. 3. Azərbaycanlılar ilk dəfə olaraq məhz Saakashvilinin prezidentliyi dönəmində sosial, siyasi, mədəni hüquqlarının təminatı istiqamətində əhəmiyyətli dərəcədə müsbət dəyişikliklər hiss etdiyindən müxalif Vahid Milli Hərəkat Partiyasına səs verdilər. 4. Azərbaycanlılar öz seçimləri ilə artıq Gürcüstandakı siyasi proseslərdə "yedək"də getməklə razılaşmadıqlarının, fəal oyunçu olmağa iddialı olduqlarının ilk reflekslərini göstərdilər. Artıq siyasi palitrada öz yerlərini tutmağa müvəffəq olan Samirə İsmayılova, Əhməd İmmaquliyev kimi azərbaycanlı siyasi personajların sayının qarşıdakı illərdə artacağı şübhə doğurmur. Son zamanlar soydaşlarımızın vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində daha yaxından iştiraka meylinin artması da bu qəbildəndir. Doğrudur, seçkilərin nəticələri heç də azərbaycanlıların siyasi gözləntilərini tamlıqla doğrultmadı. Seçkilərdə açıq fərqlə rəqiblərini üstələmələrinə baxmayaraq, İvanaşvili iqtidarı Bolnisidən (Çörük Qəmərli) Samirə İsmayılovaya və Marneulidən (Borçalı) Əhməd İmamquliyevə parlamentə daxil olmağa icazə vermədi. Hakim "Gürcü Arzusu" partiyasından irəli sürülən 3 nəfər daha "sözəbaxan" azərbaycanlının deputatlığa namizəd göstərilməsi və onların hər üçünün mandat qazanması isə şübhəsiz ki, soydaşlarımız üçün uğurlu haldır.
Savalan Mirzəyev və Ruslan Hacıyevin gənc olması onların gürcü istişblementinin hər zaman "bazar" adamı kimi baxdığı azərbaycanlıların tapdanan hüquqlarının müdafiəsi istiqamətində daha çevik fəaliyyət göstərəcəyinə ümid yaradır. VMH-dan növbəti dəfə deputat seçilən Azər Süleymanovu (iqtidar onun növbəti dəfə deputat mandat qazanmaması üçün oktyabr seçkilərində mümkündürsə etdi.- red.) isə həm azərbaycanlılar, həm də Gürcüstanda yaşayan digər millətlərdən olan opponentləri hər zaman Azərbaycanla, Türk dünyası ilə bağlı məsələlərdə yüksək duyarlılıq göstərən, çəkinmədən separatçı Cavaxetiyalı siyasətçilərə qarşı çıxış edərək Gürcüstanın ərazi bütövlüyünü müdafiə edən şəxs kimi tanıyır. Ancaq yazının əvvəlində qeyd etdiyimiz kimi, oktyabr seçkilərindən sonra Gürcüstan iqtidarı özünəməxsus təhlillərə başladı. Buna baxmayaraq, ötən 4 ayda baş verənlər göstərir ki, bu "təhlil"lər təəssüflər olsun ki, azərbaycanlıların çoxluq təşkil etdiyi Kvemo-kartli bölgəsində sosial, siyasi, mədəni vəziyyətin yaxşılaşdırılmasına yox, əksinə daha da pisləşdirilməsinə, vəziyyətin gərginləşdirilməsinə yönəlib. Fikirlərini öyrənməyə çalışdığımız yerli azərbaycanlı ictimai fəalların dediyinə görə, bütün inzibati rıçaqlardan istifadə edəndən sonra da seçkinin nəticəni xeyirlərinə dəyişə bilmədiyini görən İvanaşvili iqtidarı Borçalıda yalnız saxtalaşdırma hesabına deputat mandatlarına sahib ola bildi. Seçkidən dərhal sonra isə azərbaycanlıların, xüsusi ilə kiçik və orta sahibkarlıqlıqla məşğul olan şəxslərin və gənclərin cəzalandırılmasına start verildi. İlk olaraq "qara məni basınca mən qaranı basım" prinsipi ilə hərəkət edən gürcü hakimiyyəti Qzılhacılı kəndində seçki saxtakarlığına etiraz edən 6 azərbaycanlını elə seçki günü həbsə atdı. Seçkidən ötən aylar ərzində isə Əhməd İmamquliyevə dəstək verən demək olar ki, bütün soydaşlarımızın ticarət obyektləri 70, 80, 90 min lari və daha çox miqdarda cərimələrə məruz qoyuldu. Bu proses hazırda da davam etməkdədir. Eyni zamanda yerli icra nümayəndəlikləri vasitəsi ilə Marneuli və Bolnisinin kəndlərində yaşayan azərbaycanlılara açıq şəkildə deyilir ki, kəndin infrasturkturunun yenidən qurulması və vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması üçün atılması nəzərdə tutulan bütün addımlar təxirə salınıb: "yolunuzun asfaltını da, körpünü də, kəndinizin içməli su, qaz, işıq məsələlərini də gedin səs verdiyiniz azərbaycanlılardan istəyin. Əgər xoşunuza gəlməyən nəsə varsa çıxın gedin Azərbaycana..." Yəni necə deyərlər, abxaz və osetinlərsiz Gürcüstan arzumuzu "reallaşdırdığımız” kimi, azərbaycanlılarsız, Borçalısız Gürcüstan istəyimizidə "həyata keçirə” bilərik.
Qarşıda isə yeni seçkilər gəlir: 2017-ci ilin payızında Gürcüstanda növbəti seçkilər keçiriləcək. Bu dəfə yerli seçkilər... Ekspertlər ağır sosial, siyasi durumun hökm sürdüyü Gürcüstanda yerli icra hakimiyyətlərinin seçilməsində ciddi rəqabətin və qarşıdurmaların olacağını proqnozlaşdırırlar. Elə bu günlərdə inzibati və iqtisadi təzyiqlər yolu ilə müstəqil Rustavi 2 telekanalının fəaliyyətinin dayandırılmasını da gürcü hakimiyyətinin sürətlə vətəndaşlar arasında nüfuzunu itirməsindən doğan həyəcandan qaynaqlandığı bildirilir. Gözlər isə ölkənin bir neçə qaynar bölgəsinə, xüsusi ilə azərbaycanlılarının çoxluq təşkil etdiyi Borçalıya (Kvemo-Kartli) yönəlib. Gərginliyin azaldılması üçün ən rasional addım kimi isə ekspertlər "Gürcü arzusu" partiyasının Marneuli (keçmiş Sarvan, Borçalı rayonu) perefektliyinə azərbaycanlı namizəd irəli sürməyində görürlər. Əks halda iqtidar partiyasının Vahid Milli Hərəkat Partiyasına və digər müxalif opponentlərinə qalib gəlməsi çətin olacaq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Bu gün, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Bu gün, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Bu gün, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Bu gün, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
|