YÜZƏ YAXIN MÜƏLLİMİ HƏDƏ-QORXU İLƏ İŞDƏN ÇIXARIB - Xanım rektordan şikayət
Tarix: 21-07-2017, 12:53 | Çap et
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyevadan şikayət var. diaaz.space xəbər verir ki, universitetin “Səhnə danışığı” kafedrasının laborantı Tamilla Əliyeva oxu.az-a göndərdiyi videomüraciətdə rektorun universitetdəki özbaşınalıqlarından bəhs edir. Laborant xanım deyir ki, F.Əliyeva dövlət müəissəsində özünü özəl şirkətin sahibi kimi aparır və işçilərlə hörmət etmir: “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində teatrşünaslıq ixtisası üzrə təhsil almışam. 2011-ci ildən təhsil aldığım universitetdə çalışıram. Fərəh Əliyeva bizim universitetə rektor təyin edildiyi 3 il ərzində, özünün dili ilə desək, köhnə kollektivə əziyyət verir. Sənətkarlara, aktyor və rejissorlara hörmətsiz yanaşır, onları incidir. İşçilərə təhdid və hədə-qorxu gəlməklə işdən uzaqlaşdırır. Fərəh Əliyeva universitetə gəldiyi gündən bu günədək yüzədək işçimiz öz ərizəsilə işdən gediblər. İstəyirəm ki, onun prorektor Validə Məmmədova ilə birləşib universitetin kollektivinin başına açdığı oyunları hamı bilsin. Fərəh Əliyeva sənət dərslərinin saatlarını kəskin azaldır və bu yolla insanları işdən azad edir. Xalq artistləri Azər Zeynalov, əməkdar müəllimlər Ənvər Quliyev, Əzizağa Quliyev, əməkdar aktrisa, elmlər doktoru, dosent Fərxunə Atakişiyeva və bu kimi onlarla müəllimi incidərək öz ərizəsi ilə işdən getməyə məcbur edib. T.Əliyeva özünün də rektor tərəfindən hədələndiyini deyir: “İndi isə məni işimlə hədələyir. Magistraturada təhsil alan tələbəyə dissertasiya işini kompüterdə yığmağa kömək etdiyimə və həmin tələbəyə materiallar verdiyimə görə qəzəbinə tuş gəlmişəm. “Səninlə işləmək istəmirəm, elə edəcəm ki, özün bu universitetdən gedəcəksən” deyərək mənə hədə-qorxu gəldi. Mən onun hədə-qorxu gəldiyi ilk və sonuncu insan deyiləm. Bu universitetə 12 ilimi vermişəm. İşlədiyim müddətdə heç bir qüsura yol verməmişəm. İki dəfə Fərəh Əliyevanın qəbuluna girərək göz yaşı axıtmışam, iki atasız uşaq böyütdüyümü, övladımın xəstəliyini, hər gün Sumqayıtdan Bakıya bu iş üçün gəlib-getdiyimi söylədim. Göz yaşlarıma məhəl qoymadı. Mənim kimi yüzə qədər işçinin göz yaşlarına məhəl qoymayıb. Şəxsən Gülfanə Kərimovanı, Fəridə Babayevanı, Xalidə Həsənovanı, Vəfa Bayramova, Gülsabah Quliyeva, Əzizağa Quliyev, Maarifə Əsədullayeva, Pərvanə Ağayeva, Yeganə İsazadə, Azər Zeynalov, Tamilla Rəhimova, Vəfa Əliyev, Gülfarə Kərimova, Çinarə Məlikova, Zülfiyyə İsmayılova, Fərhunə Atakişiyeva, Raifa Səfərova, Mətanət Dadaşova, Fəxriyyə xanım, Səfalı, Türkan, Maral Manafova, Sədaqət xanım və bu kimi onlarla insanın çörəyinə bais oldu. Bizi incidir. Mən bilirəm ki, bütün çıxarılan insanlar mənim arxamda durublar. Onlar mənə mənən dəstəkdirlər. Fərəh Əliyeva bu ixtisas üzrə təhsil alanları işdən çıxarır, əvəzində isə Slavyan Universitetində təhsil alanları universitetə gətirir. Sənət dərslərinin saatını minimuma endirir, sonra da imtahanda müəllimə irad tutur ki, tələbəyə yaxşı dərs keçməmisən. Dərs saatını azaldıb, müəllimlərə deyir ki, materialı tələbəyə verin, gedib evdə öyrənsin. Bu, ondan irəli gəlir ki, Fərəh xanım bu ixtisası bilmir və bilmədiyi üçün də bizə əziyyət verir”. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi Nərmin Qaralova sözügedən sayta açıqlamasında Tamilla Əliyevanın səsləndirdiyi ittihamları əsassız adlandırdı: “O, universitetin “Səhnə danışığı” kafedrasının laborantıdır və hazırda bir çox əməkdaşlar kimi, o da məzuniyyətdədir. Ona rəhbərlik tərəfindən vəzifə səlahiyyətlərindən kənar işlərlə deyil, bilavasitə kafedra laborantı kimi vəzifə təlimatlarına uyğun işlərlə məşğul olması, onları keyfiyyətli və vaxtında yerinə yetirməsinə diqqət etməsi barədə ciddi xəbərdarlıq edilib. İşdən çıxarılacağı ilə hədələnməyib. Əməkdaşımıza məzuniyyətindən səmərəli istifadə edib, işinin müsbət yöndə inkişafı üçün üzərində çalışmağı tövsiyə edərdik”. N.Qaralova son 3 ildə işdən çıxan müəllimlərin universitet rəhbərliyinin tətbiq etdiyi yeni sistemlə ayaqlaşa bilmədikləri üçün getdiklərini bildirdi: “Fərəh xanım heç kimə təzyiq göstərməyib, sadəcə, hər bir müəllimdən keyfiyyətli iş tələb edib və edir. Xanımın adlarını sadaladığı şəxslər universitetdən öz ərizələrilə gediblər. Xalq artisti Azər Zeynalov Milli Konservatoriyaya kafedra müdiri gedib. Fikrət Sultanov təqaüdə çıxıb, lakin buna baxmayaraq, universitetin Bədii Şurasının sədridir. Keçən həftə elmi şurada hesabatla çıxış edib. Digər işdən gedənlər yeni sistemə uyğunlaşa bilməyənlərdir, bacarmadılar, işləmək istəmədilər, getdilər. Müasir zamanda təhsil sisteminin qarşısına qoyduğu tələblər – şəffaf, sağlam təhsil mühitinin yaradılması, müasir standartlara uyğun dünya səviyyəsinə çıxa biləcək kadrların hazırlanması Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də yerinə yetirilir. Bu səbəblə rəhbərlik Universitetin əməkdaşları qarşısında iş fəaliyyətlərində dönüş yaratmaq, tədris-pedaqoji fəaliyyətdə yeni metodologiyalara üstünlük vermək və innovativ metodlarla işləməyi bacarmağı əsas şərt kimi qoymuşdur. Lakin bəzi əməkdaşlar vəzifələrindən irəli gələn işlərlə məşğul olmaq əvəzinə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti haqqında ictimaiyyətdə mənfi rəy formalaşdırmağa çalışması, həqiqəti əks etdirməyən fikirlər səsləndirməsi, bununla da görülmüş işlərə kölgə salmağı gözlənilməzdir və təəccüb doğurur.”VİDEOYA BURADAN BAXA BİLƏRSİNİZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|