"Azərbaycanda mükafatımı oğurladılar, mənimlə zibil kimi davrandılar" - Millimizin sabiq üzvündən ŞOK
Tarix: 4-08-2017, 12:08 | Çap et
Azərbaycan millisinin sabiq atleti Layeş Abdullayeva şok açıqlamalar verib.
Yenicag.az xəbər verir ki, «The Guardian» nəşrinə danışan efiopiyalı marafonçu Azərbaycanda başına gələnlərdən söz açıb.
Azərbaycan millisinə 2009-cu ildə türk məşqçinin dəvəti ilə gəldiyini deyən 26 yaşlı atlet, ona Azərbaycan Atletika Federasiyası tərəfindən verilən vədlərin yerinə yetirilmədiyini qeyd edib:
“Yarışlarda qalib gələcəyim halda, mənə yaxşı maaş, ev, bahalı maşınlar vəd elədilər. Ancaq heç birini görmədim. Mənə mükafat kimi verilən pulumu oğurladılar, aldadıb dopinqə məcbur etdilər. İndi hamıya məsləhət görürəm ki, bu vədlərə inanmasınlar. ”
Məsələ burasındadır ki, Layeşə aylıq 300 dollar, yaxşı nəticə göstərəcəyi halda isə 1000 dollar maaş vəd olunub. Milliləşdirilmiş atlet Avropa üzrə gümüş medal qazansa da, o, cəmi 150 dollar maaş ala bilib:
“8 aydan sonra məşqçimdən soruşdum ki, niyə mənə 1000 dolları vermirlər, federasiya prezidentinə şikayət edəcəyimlə hədələdim. Bunu deyən kimi pulu cibindən çıxarıb mənə verdi. Deməli, elə üçüncü aydan pulu cibində saxlayırmış”.
Ancaq idmançı bundan sonra da Azərbaycanın maraqları uğrunda yarışmaqda davam edib. Layeşin sözlərinə görə, 2012-ci il London Olimpiadasında məşqçisi ona həb verib. Onun sözlərinə görə, 2011-ci ildə Stokholmda zədələnməsinə baxmayaraq, ona yarışmaq əmri verilib. Məşqçisi Mitin Sesak ona yaxınlaşaraq ağzını açmasını istəyib və dilinin üstünə bir həb qoyub. İdmançı ondan bunun nə olduğunu soruşanda isə məşqçi deyib ki, “qorxanda sənə kömək edəcək, güclü olacaqsan”.
Layeş dərman qutusunun üstünü oxuyub, «tribulus testosterone» yazıldığını görüb və internetdə onun əks göstəriciləri barədə informasiya əldə edib. Öyrənib ki, bunun bir mənfi nəticəsi də sonsuzluq imiş:
“Bu, məni çox qəzəbləndirdi. Daha yaxşı həyat uğrunda çarpışırdım, ancaq gələcəkdə uşağa qalmaqla bağlı problem istəmirdim. Amma onların vecinə deyildi”.
Layeş bu hadisədən 4 il sonra Azərbaycanı tərk edib. 2013-cü ildə hökumət ona bir yarışmanı udduğuna görə 25 min dollar veribmiş. Ancaq iddiasına görə, Azərbaycan Atletika Federasiyasının prezidenti həmin pulun 7 min dollarını götürüb və bundan sonra ona maaş verməyi də dayandırıb. “Azərbaycan üçün əlimdən gələni etdim. Çox çalışdım, yaxşı qaçdım, ancaq sonda mənimlə zibil kimi davrandılar”, -deyə Abdullayeva bildirib.
Qeyd edək ki, 1500, 3000, 5000 və 10000 m məsafələrə qaçışda yığmamızın şərəfini qorumuş atlet 2009-cu ildə Azərbaycan vətəndaşlığını qəbul etmişdi. O, millimizin heyətində Avropa çempionu (U-23, 5000 m və 10000 m) adını qazanıb. Həmçinin qitə və dünya çempionatlarında, İslamiadada komandamızın aktivinə müxtəlif əyarlı medallar yazdırıb. London-2012-də də ölkəmiz adından çıxış edib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|