"Atamın meyitini bizdən gizlətmək istəyirdilər” — Əli Həsənovun nəvəsinin vurduğu piyadanın oğlu ilə MÜSAHİBƏ
Tarix: 9-08-2017, 13:28 | Çap et
Avqustun 3-də Nail Allahverdiyevin idarə etdiyi və ona məxsus olan “Mercedes Gelandewagen” markalı avtomobilin paytaxtın Heydər Əliyev prospektində ağır qəza törətməsi nəticəsində həlak olan piyada Vaqif Əsədovun oğlu Ramiz Əsədov “Ölkə.Az” xəbər portalına müsahibə verib.
Müsahibəsində R.Əsədov bir çox maraqlı məqamlara aydınlıq gətirib, sürücü Nail Allahverdiyevə layiqli cəza verilməsini istədiyini dilə gətirib, Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya müraciət edəcəyini söyləyib.
“Polisdə mənə dedilər ki, atanız rəhmətə gedib”
– Atanızın ölümü barədə ilk haradan xəbər tutdunuz?
– Polisdən öyrəndim. Qəza baş verən gecəsi atamı gözlədik, ancaq evə gəlmədi. O heç vaxt evə 12-dən gec gəlməzdi. Mən də gedib parka baxdım, tapa bilmədim. Daha sonra Polis İdarəsinə getdim. Orada mənə dedilər ki, atanız rəhmətə gedib.
“Əli Həsənov və ailəsindən heç kəs bizə başsağlığı verməyib”
– Qarşı tərəfdən sizə başsağlığı verilibmi, kömək edilibmi?
– Bəli, atamın ölüm xəbərini öyrənəndən sonra Nazirlər Kabinetinin bir neçə vəzifəli şəxsi başsağlığı vermək üçün evə gəlmişdilər. Ancaq Əli Həsənov və onun ailəsindən heç kəs bizə zəng etməyib, başsağlığı verməyib. Səhv etmirəmsə, Nail Allahverdiyevin ailəsindən də heç kəs bizə başsağlığı verməyib.
Bilirsiniz, atam harınlamış gəncin hərəkətlərinin qurbanı oldu. Əgər atam hər hansı gözlənilməz fəlakət nəticəsində dünyasını dəyişsəydi, bu bizi o qədər də yandırmazdı. Mən hər zaman demişəm ki, insanın başına gözlənilmədən hər şey gələ bilər. Misal üçün, insan yolla gedəndə başına nə isə düşə bilər, yolda hərəkət edən maşının təkəri partlaya bilər, həmin maşın da insanı vura bilər. Ancaq 240 km/saat sürətlə avtomobili idarə edərək, orta yoldan qıraq yola keçəsən və öz yolu ilə hərəkət edən piyadanın üzərinə çıxasan. Atamın 74 yaşı var idi, hər gün axşam parkda gəzirdi. Qəza olan da atam parkdan qayıdırdı.Yəni, bu böyük faciədir. Bu cür harın adamlar lazımı cəzalarını almasalar, onların qurbanları daha çox ola bilər. Mən Nail Allahverdiyevin layiqli şəkildə cəzalandırılmasını istəyirəm. Digər tərəfəndən isə mən özümün və ailəmin gələcəyinin sığortalanmasını istəyirəm. İstəmirəm ki, sabah oxşar hadisə mənim uşağımın da başına gəlsin.
“Bütün harın məmur övladlarının cəzalandırılmasını istəyirəm”
– Nail Allahverdiyev artıq həbs edilib. Bundan sonra nə tələbiniz var?
– Əsas tələbim Nailin layiqli cəza almasıdır. Tək Nail Allahverdiyevin deyil, bütün harın məmur övladlarının cəzalandırılmasını istəyirəm. Əgər bu gün biz bu hadisəyə sussaq və günahkarı bağışlasaq, sabah yenə də oxşar hadisələr təkrarlanacaq. Heç kəs deyə bilməz ki, sabah oxşar faciə ilə onlar üzləşməyəcəklər. Ona görə də biz bu hadisəyə susmalı deyilik, günahkarın cəzalandırılmasını tələb etməliyik. Əgər bu gün mən buna sussam və Nail Allahverdiyevi bağışlasam, sabah oxşar faciə qardaşımın və ya hər hansı qohumumun başına gəlsə, o zaman özümü bağışlaya bilməyəcəm. Ona görə də Nail həbs edilməli və layiqli cəzasını çəkməlidir ki, bu digər məmur övladlarına da dərs olsun. İstəyirəm ki, dövlətimiz bu cür günahkarlara ədalətli cəza kəssinlər. Çünki ölkə başçısı da dəfələrlə məmurlara xəbərdarlıq edib ki, övladlarınızın hərəkətlərinə nəzarət edin, harınlamağına imkan verməyin və sairə. İnanıram ki, Nail Allahverdiyev də ədalətli cəzasını alacaq. Daha 4-5 ay icbari cəza çəkməklə canını qurtara bilməyəcək. Yəqin ki, atamın ölümündə təqsirli bilinən şəxslərin layiqli cəza alması ilə bağlı ölkə Prezidentinə və Mehriban xanım Əliyevaya da müraciət edəcəyik. Mehriban xanımın qəbuluna düşməyə də çalışacam. Mən təhlükəsiz həyat yaşamaq istəyirəm. Axı nə üçün hansısa qudurğan məmur övladına görə Azərbaycanı tərk etməliyəm? Bura mənim də Vətənimdir. Mən bu torpaqda doğulmuşam və burada da yaşamaq istəyirəm. Bütün bunları hörmətli Mehriban xanıma müraciətimdə də qeyd edəcəm.
Bir məsələni də qeyd edim. Bilirsiniz, hadisə yeni törədiləndə atamın meyitini bizdən gizlətmək istəyirdilər. Qəza baş verən gecəsi polis atamın ölümü ilə bağlı bizə xəbər verməmişdi. Halbuki, atamın cibində hər zaman şəxsiyyət vəsiqəsinin və əlaqə üçün telefon nömrəsi olurdu. Onu biz bilərəkdən qoyurduq ki, başına iş gəlsə, xəbər edən olsun. Ancaq həmin nömrədən bizimlə heç kəs əlaqə saxlamamışdı. Atam hər gecə evə saat 12-dən gec gəlməzdi. Hadisə gecəsi isə saat təqribən 01:00 idi, atamdan xəbər yox idi, mən evdən çıxıb parka tərəf getdim, ancaq onu tap bilmədim. Həmin gecə saat 2-3 olardı ki, mən Polis İdarəsinə müraciət etdim. İdarədə bildim ki, atam rəhmətə gedib. Bütün bunlara görə də düşünürəm ki, atamın meyitini gizlətməyə çalışacaqdılar.
“Nailin ailəsi tərəfindən heç bir şirinikləşdirici təklif bizi maraqlandırmır”
– Nail Allahverdiyevin ailəsi tərəfindən bağışlanmaları xahiş olunsa, hansı addımı atardınız?
– Bilirsiniz, Nailin ailəsi tərəfindən heç bir şirinikləşdirici təklif bizi maraqlandırmır. Bunu ağlımızdan belə keçirmirik. Şükürlər olsun ki, evimiz var, birtəhər dolanırıq. Bizi maraqlandıran əsas məsələ odur ki, günahkarlar layiqli cəzasını çəksin.
– Digər valideyninizi nə vaxt itirmisiniz?
– Bəli, anam 2015-ci ildə dünyadan köçüb. Ailədə 4 övladıq, hazırda bu evdə bir bacım, bir də mən yaşayırıq. Böyük bacım və qardaşım ailə həyatı qurublar. 27 yaşım var. Bakı Musiqi Akademiyasını bitirmişəm. Qeyd edək ki, müsahibimiz fotolarının çəkilməsini istəmədi. Bildirdi ki, sosial şəbəkələrdə bir qrup ağzına gələni yazan var. İstəmirəm fotolarımın altına rəy yazıb ürək bulandırsınlar. Dərdimiz özümüzə bəsdir. Biz də müsahibin xahişini nəzərə alaraq üzünü çəkmədik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 670 min insan Rusiyadan geri göndərilə bilər - İLKİN MƏRHƏLƏDƏ...
Bu gün, 00:09 |
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
|