Əhməd Əhmədzadənin fərasəti - İTTİHAM
Tarix: 4-03-2019, 11:50 | Çap et
Bir müddət əvvəl sosial şəbəkələrdə müzakirə mövsusuna çevrilmiş məmurların Avropa ölkələrəndəki mülkləri, biznes şəbəkələri səngimək bilmir. Hər gün yeni bir nazirin, komitə sədrinin, səhmdar cəmiyyət sədrlərinin, hətta icra başçılarının xarici ölkələrdəki biznes əlaqələri barədə yeni məlumatlar yayılır. Bu məlumatlarda hər şey sənədlərlə,və şəkillərlə öz əksini tapdığından kimsənin münasibət bildirməyə sözü olmur. Amma bir şeyi unutmaq lazım deyil ki, xarici ölkələrə qoyulan bu sərmayələrə yönəldilmiş pullardan, hansı nazırliyin xəbəri olmayıb ki? Bu transferlərin hər birindən bütün güc strukturlarının, vergilər nazirliyinin,maliyyə nazirliyinbin və digər aidiyyatı qurumların hər birinin məlumatı olub. Bunlar sadə vətəndaşlar üçün bir yenilikdir və xaricə ötürülənlərin çox cüzi bir hissəsidir.Bizlərin, sadə vətəndaşların bilmədikləri hələ çox qaranlıq məsələlər var.
Son dövrlər xarici ölkələrdəki, mülkləri və biznes şəbəkələri barədə məlumatlar yayılmış Əhməd Əhmədzadəni götürək. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədridir. İlk baxışdan o qədər də güclü, yəni gömrük komitəsi, maliyyə və vergilər nazirliyi kimi güclü bir qurum təsəvvürü yaratmır. Amma gəlin görək son illərdə bu quruma dövlət büdcəsindən və prezidentin ehtiyyat fondundan nə qədər vəsait ayrılıb? Ötən yazılarımızda da qeyd etdiyimiz kimi son 4-5 ildə bu sahəyə ayrılan vəsaitlərlə görülən işlərin həcmini müqayisə etdikdə heyran olmaya bilmirsən.Məsələn 2014 cü ildə bu sahəyə ayrılmış 19,5 milyon manat vəsait 630 min nəfərə yaxın olan 34 şəhər və rayonun 241 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 300 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ayrılmışdı. Amma gedib yerində baxsaq buradakı həqiqi mənzərənin heç də Əhməd Əhmədzadənin verdiyi hesabatlarla eynilik təşkil etmədiyini görərik.
2018 ci ilin mart ayında isə Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı, Əlilənbəyli kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün kanalın yenidən qurulması layihəsi çərçivəsində tikinti işlərinin başa çatdırılması və daha 7551 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi məqsədilə 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitdən 22 358 000 manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.Gəlin birlikdə Sabirabad rayonunun adları çəkilən kəndlərinə baş çəkək. Buradakı həqiqi mənzərə də bizləri heyrətə gətirəcək.
2019 cu ilin fevralın 15 də isə sözügedən cəmiyyətə Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin davam etdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitdən 30 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb. Xatırlatmaq istərdik ki, bu son illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılmış vəsaitin bir hissəsidir. Bu sahəyə ayrılmış xırda, yəni 2-3-5 milyonları da nəzərə alsaq son illərdə yüz milyonlarla vəsaitin xərcləndiyini görmüş olarıq.
Ötən yazılarımızda da qeyd etdiyimiz kimi Prezident ilham Əliyev öz çıxışlarında ölkədə ərzaq təhlükəsizliyinin birinci məsələ olduğunu, kənd təsərrüfatının inkişafı üçün çox ciddi tədbirlər görüldüyünü, islahatların aparıldığını, son illər suvarmaya, meliorasiyaya çox böyük diqqət göstərildiyini dəfələrlə bildirmiş, ölkə əhalisinin ərzaqla təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq üçün kənd təsərrüfatı məhsulları istehsalının artırılması məqsədilə yeni sahələrin əkin dövriyyəsinə cəlb edilməsi, yeni suvarma kanallarının çəkilməsi, torpaqların elektron uçotunun aparılması ilə bağlı tapşırıqlar vermişdir. Prezident İlham Əliyev ölkədə kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək və ölkənin aqrar potensialını geniş təbliğ etmək məqsədi ilə hər il Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə milyonlarla vəsaitin ayrılmasını təmin etmişdir. Lakin ölkə başçısının kənd təsərrüfatı, xüsusın də meliorasiya və suvarma sahəsənə olan bu diqqəti və səxavəti müqabilində görün səhmdar cəmiyyət tərəfindən nə kimi hallara yol verilir.
Prezident İlham Əliyevin bu yaxınlarda 30 milyon ayırdığı Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin qış otlaqlarının su təminatı sistemlərinin istismarı idarələri sözügedən qurumda daha çox yeyintilərin baş verdiyi sahələrdən biridir. Ötən yazıda da qeyd etdiyimiz kimi, bu idarələr gözdən, könüldən uzaq, insanların görə bilmədiyi çölləri, yəni fermaları su ilə təmin edir. Bu idarələrdə çalışanların sayı bəlli deyil. Bəlli olmuş olsa belə onlara o qədər də yüksək maaş verilmir. Onlar daha çox çöllərdəki ferma sahiblərinin səxavəti hesabına yaşayır, maaşlarını isə idarənin müdirlərinə verirlər.Hələ ölü canları nəzərə almırıq. Bu kimi yollarla pulu daha çox çöllərdən yığan, sudan çıxaran Əhməd Əhmədzadə isə oğlunun vasitəsi ilə Avropa ölkələrində qurudur. Necə? Elektron kütləvi informasiya vasitələrinin yaydığı məlumatlara görə oğlu Cümə Əhmədzadə Londonun ən bahalı ünvanlarından biri sayılan Princes Gate 69-70 ünvanında mənzil alıb. Bu ünvanda 3 otaqlı mənzilin qiyməti 3.5 milyon funt sterlinqdən yaxyd 4.5 milyon dollardan başlayır. Mənzilin orderinə görə onu Londonda yerləşən Seda Zirek Design şirkətindən alıblar.
2014-CÜ İL MAYIN 11-DƏ CÜMƏ ƏHMƏZADƏ ÇEXİYANIN MÜDAFİƏ NAZİRLİYİ İLƏ BU ÖLKƏNİN HƏRBİ QÜVVƏLƏRİNƏ AİD BİNANI ALMAQ BARƏDƏ MÜQAVİLƏ BAĞLAMAQ yolu ilə atasının sudan çıxardığı pulları qurulayır.
Müqaviləni Çexiya Müdafiə Nazirliyi adından cənab Ľubošem HAJDUKEM imzalayıb. Müqaviləyə görə Çexiya Müdafiə Nazirliyi Lipno gölü sahilindəki istifadəyə yatarsız binanı Cümə Əhmədzadəyə satır. CÜMƏ ƏHMƏDZADƏNİN LİPNO İLƏ BAĞLI LAYİHƏSİ 150 MİLYON KRON, VƏ YA TƏXMİNƏN 7 MİLYON DOLLAR TƏŞKİL EDİB.
Əhmədzadənin İngiltərədəki oteli barədə dəqiq məlumat verilməsə də, onun mütəmadi olaraq Londondakı bahalı Hotel ME-də tez-tez göründüyü, burada Britaniyanın zənginləri üçün ziyafət təşkiı etdiyi bildirilir. Çox ehtimal ki, bu otel də Əhmədzadəyə aiddir, yaxud onun ortaqlarındandır. Hotel ME Londonda bir nəfərlik gecələmə 300 funt sterlinqdən başlayır.
Sosial şəbəkələrdə və elektron kütləvi informasiya vasitələrində yayılmış bu məlumat və şəkilləri təkzib etmək mümkün deyl. Sənədlərdən də görsəndiyi kimi hər şey Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadəyə məxsusdur. İndi kim deyə bilməz ki, Londonda və Praqadakı bu təmtəraqlı yaşayış sahələri, biznes şəbəkələri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə bölgələrdə suvarma sistemlərinin yaxşılaşdırılması, əhalinin suvarma suyuna olan ehtiyacının təmin edilməsi məqsədi ilə ayrılmış vəsaitlərdən silinməyib. Yolları isə çox sadədir. Yuxarıda qeyd etdiyimiz kimi Meliorasiya və Su təsərrüfatı Acıq Səhmdar Cəmiyyətinin adı olub fəaliyyəti görsənməyən idarələrinin yerlərdə gördüyü kosmetik işlərdən sonra qalan pullar hesabına. Həmin pulların müəyyən hissəsi,qəpik-quruşu yerli idarə müdirlərinə çatır. Hansı ki həmin idarə müdirləri Bakı şəhərdində bir neçə evlərə,ticarət obyektlərinə sahib olublar. Əhməd Əhmədzadənin Londonda, Praqada və digər gözəl şəhərlərdə mülkləri, biznes şəbəkəsi niyə də olmasın. Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Bu gün, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Bu gün, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Bu gün, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Bu gün, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
|