Bu gün məktəblərdə qış tətili başa çatır .....                     "Elə bilir Allahın ona borcu var..." .....                     Əhalinin banklara nə qədər kredit borcu var? .....                     “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, .....                     USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır .....                     Naziləni Misirdə aldatdılar .....                     ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? .....                     "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." .....                     “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” .....                     Paytaxtın parklanma dərdi nə zaman bitəcək? .....                     Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür .....                     “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” .....                     Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? .....                     Adi mahnıdan qıcıqlanan bu toplum... .....                     Hüseyn Həsənovun qorxu dolu anları .....                     İrəvan bu addımı atsa, çökəcək .....                     Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... .....                     Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? .....                     Zəngəzurun verilməsi prosesi başladı .....                     Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                     'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... .....                     AYNA necə problemə çevrilib.... .....                     4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… .....                     Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                 

İcra başçıları üçün sınaq dövrü BAŞLANDI - Kütləvi dəyişiklik gözlənilir
Tarix: 22-03-2019, 10:31 | Çap et
İcra başçıları üçün sınaq dövrü BAŞLANDI
Xeyli müddətdir ki, əhalinin sosial-iqtisadi problemlərini yerindəcə öyrənmək üçün nazirlərin vətəndaşlarla görüşü keçirilir.

Hər nazir üçün qrafik müəyyənləşdirilib və görüşlər davamlı hal alıb.Amma görünən odur ki, nazirlərin yerlərdə keçirdiyi görüşlər istənilən effekti vermir.Regionlarda şikayətlərin həddindən artıq çox olması, problemlərin artan templə davam etməsi ölkə başçısı İlham Əliyevin sakinlərlə birbaşa təması zamanı da özünü göstərir.Dövlət başçısı yerlərə səfərlər zamanı məktubları birbaşa özü alır, onların hər birinin həllinə diqqətlə yanaşılacağını bildirir.İlkin nəticələr də özünü çox gözlətmir.

Bundan başqa ölkə başçısının tapşırığına əsasən, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçilərinin respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq görüşlər keçirməyə başlayıb. Artıq martın 14-də Bakının Yasamal rayonunda, Mingəçevir şəhərində, Ağdam, Ağdaş, Biləsuvar, Cəbrayıl, Biləsuvar, Hacıqabul, Kürdəmir, Qazax, Qəbələ və Quba rayonlarında vətəndaşlarla görüşlər keçirilib. Martın 15-də isə Prezident Administrasiyasının məsul işçiləri Bakının Binəqədi rayonunda, həmçinin, Yevlax, Ağstafa, Bərdə, Cəlilabad, Göyçay, Xaçmaz, Xocavənd (Beyləqan), Neftçala, Oğuz və Ucar rayonlarında vətəndaşları qəbul edib.

Bütün bunlar onu göstərir ki, nazirlərin mütəmadi olaraq regionlarda keçirdiyi görüşlər istənilən nəticəni verməyib.Bir çoxları yalnız statistika xatirinə keçirilib.Sakinləri narahat edən problemlərin həllinə yönəlmiş tədbirlər həyata keçirilməyib və ya qaneedici olmayıb.Ona görə də ölkə başçısının tapşırığına əsasən yerlərdəki problemlərin daha ətraflı öyrənilməsi və həlli üçün administrasiyasının məsul əməkdaşlarının görüşləri başlayıb.Bu görüşlər isə nazirlərin qrafikə uyğun görüşlərindən kəskin fərqlənir.Nazirlərin görüşünə gələn vətəndaşlar, əsasən “təşəkkür”ə görə qəbula yazılanlar olurdu.Bu haqda dəfələrlə müxtəlif fikirlər səslənib, işin məsuliyyəti isə yerli icra hakimiyyətlərinin üzərinə qoyulub.Qeyd olunub ki, məhz regionlarda problemləri olan vətəndaşlar “balaca padşah”ların tapşırığı ilə nazirlərin qəbuluna buraxılmayıb.Bu səbəbdən də problemlər həlledilməz qalıb.

Araşdırmaçı jurnalist Azər Həsrət də hesab edir ki, vətəndaşların şikayətlərinin ünvana çatmamasının səbəbi icra başçılarının “xidmətidir”. A.Həsrət “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, bu addım yaxın vaxtlarda icra başçılarının kütləvi şəkildə dəyişdiriləcəyinin anonsudur:

“Nazirlərin əslində regionlara gedib vətəndaşlarla görüşüb problemləri həll etmək cəhdləri var. Onlar vətəndaşları dinləyir, problemlərini həll etməyə çalışırdılar. Amma yerlərdəki icra başçılarının səhlənkarlığı ucbatından bu təmas arzuolunan səviyyədə alınmırdı. Özüm də şəxsən müşahidə etmişəm, müxtəlif rayonlardan mənə də müraciətlər olub ki, hansısa nazir rayona vətəndaşların problemini dinləməyə gəlir, yerli icra başçısı isə rayon haqqında mənfi imic yaradılmasın deyə, görüşə öyədilmiş şəxsləri göndərir. Amma həqiqətən problemi, dərdi olan insanlar nazirin görüşünə buraxılmır.Belə hallar bir çox rayonlarda olub.Hətta bir dəfə müşahidə etmişdim ki, nazir guya kənd adamları ilə görüşürdü, amma salonda oturan şəxslərin hamısının boynunda qalstuk var idi.İndi hansı kənddə insanlar qalstukla gəzir?Hansı kəndli, suçu, bağban qalstuk taxır?Mən özüm də kənd adamıyam, elə adamların evində heç qalstuk olmur.Amma nazirin qəbuluna gələnlərə baxırsan ki, “kəndlilər” qalstukda, bərli-bəzəkli geyimdə oturublar.Təbii ki, bu yalandır və bununla ölkə başçısını aldatmağa cəhd edirlər. O cəhdlərin başında duranlar isə artıq zamanı keçmiş, köhnəlmiş icra başçılarıdır. Düşünürəm ki, prezident real vəziyyəti öyrənmək üçün məhz ən yaxın adamlarını, Prezident Administrasiyasının əməkdaşlarını regionlara göndərir, onlar da əhali ilə təmas qururlar. Hesab edirəm ki, artıq həmin icra başçılarından da yaxa qurtarmağın vaxtı çatıb.Baxırsan ki, yaşı 80-ə çatır, amma ortada bir normal işi yoxdur.Yalnız və yalnız vətəndaşları narazı salmaqla məşğuldur.Kimisi torpaq satır, kimisi vətəndaşın torpağını əlindən alır, kimisi elə işlərlə məşğul olur ki, aparılan siyasəti yerlərdə kölgə altına qoyur.Düşünürəm ki, o adamlardan yaxa qurtarmağın zamanı çatıb. Ümid edirəm ki, ölkə başçısı vətəndaşlarla görüşə Prezident Administrasiyasının əməkdaşlarını göndərməklə, həmin prosesin anonsunu vermiş olur. Yaxın vaxtlarda icra başçılarının kütləvi şəkildə dəyişdirilməsinin şahidi olacağıq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04
"Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34
Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32
“İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29
USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24
Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36
ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32
"Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02
“Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58
Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55
Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52
“Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13
Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09
Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16
Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11
İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51
Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45
Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
1-02-2025, 12:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru