“Sobsan Boya” şirkəti Şamaxıda insanları torpaqsız qoyub - Prezidentə şikayət
Tarix: 5-04-2019, 17:50 | Çap et
Azərbaycanda qeyri-neft sektorunun-xüsusilə kənd təsərrüfatının inkişafı məqsədilə son illərdə bir çox proqramlar qəbul edilib, iri layihələr reallaşdırılıb. Kənd təsərrüfatı sahəsində çalışanların əməyinin stimullaşdırılması üçün dövlət tərəfindən subsidiyalar ayrılır, kreditlər verilir. Cənab Prezidentin xüsusi nəzarətində olan bu sahədə artıq ilkin uğurlar qazanılıb. Təəssüf ki, Şamaxıdan aldığımız şikayət məktubunda göstərilən faktlar bunun tamamilə əksini göstərir. Belə ki, Rubrika.az saytına müraciət edən Şamaxı şəhər C.Məmmədquluzadə küçəsində yaşayan Niftalıyev Babası Dünyamalı oğlu mülkiyyət hüquqlarının tapdalanmasından, əmlakı olan torpaq sahəsinin zorla əlindən alınmasından şikayətçidir. Şikayətçi bildirir ki, artıq 20 ildən çoxdur ki, onların istifadəsində olan torpaq sahələri saxta sənədlər hesabına “Sobsan Boya” şirkətinə satılıb və etdikləri şikayətlərə heç kim məhəl qoymur. Şəhriyar qəsəbəsi ərazisində yerləşən və kənd təsərrüfatı təyinatlı torpaqlar xüsusi maraqlar müqabilində tamamilə saxta sənədlər hazırlamaqla qanuni istifadəçilərindən alınaraq “Sobsan Boya” şirkətinə verilib. İş o yerə çatıb ki, hətta vəfat edən şəxsin də adına saxta etibarnamə hazırlanıb və bu yolla torpaqların şirkətə verilməsi “qanuniləşdirilib”. Görünən odur ki, deyəsən Şamaxıda dövrümüzün yeni Şeyx Nəsrullaları peyda olub və ölən adamın adından etibarnamə alveri də edirlər. Özü də bu sənədi Rusiyadan gətirərək belə cinayətə imza atırlar. Şikayətçi bildirir ki, istifadələrində olan 15 ha torpaq sahəsindən uzun illərdir ki, kənd təsərrüfatı məqsədilə istifadə edirlər. Bu torpaqlar neçə-neçə ailənin dolanacaq mənbəyidir. Burada taxıl, meyvə ağacları əkilir, kənd təsərrüfatının inkişafı məqsədilə işlər görülür. Lakin, “Sobsan Boya” şirkəti sadə insanların dolanacaq yeri olan torpaqlarda süni göl yaradır, tikili inşa etdirmək üçün betontökmə işləri aparır. Yəqin ki, Şamaxıda kənd təsərrüfatı o qədər inkişaf edib ki, artıq əkinə yararlı torpaqlarda göl vurulur, ev tikilir. Dövlətin, Prezidentin kənd təsərrüfatına göstərdiyi diqqətə belə cavab verənlər də var! Rubrika.az saytına müraciət edən 83 yaşlı Niftalıyev Babası bildirir ki, istifadə etdikləri torpaqların onlara məxsus olduğunu sübut edən sənədləri olmasına baxmayaraq nədənsə vəfat edən şəxsin “etibarnaməsinə” daha çox etibar edirlər. Dirilərin torpaq hüququnu ölülərin əliylə pozanlara isə hələ ki, “dur” deyən yoxdur. Qəribəsi odur ki, “Sobsan Boya” şirkətinin əməkdaşları torpağın qanuni sahiblərinə hədə-qorxu gəlir, hətta özlərini “Mehriban xanımın adamları” kimi qələmə verirlər. Yəqin ki, onlar cənab Prezidentin, Mehriban xanımın Şamaxıya son səfərlərindən xəbərsizdirlər və onların hər zaman kimin yanında olduqlarını bilmirlər! “Sobsan Boya” şirkəti Şamaxıda rəngləri tündləşdirməklə çörəyi qara torpaqdan çıxan insanların gününü göy əskiyə büküb. Şikayətçi bildirir ki, şirkətin Cavid adlı əməkdaşı ilə dəfələrlə görüşüb, öz torpaq sahəsindən onlara kommunikasiya xətlərinin çəkilməsi üçün yer ayırıb. Lakin, şirkətin sahibləri ona yalançı vədlər verməklə sonda torpağına sahibləniblər. Rubrika.az saytına şikayət edən B.Niftalıyev bildirir ki, torpaq sahələrində min-bir əziyyətlə ağaclar əkiblər, onlara qulluq ediblər. Ancaq “Sobsan Boya” şirkəti onların əkdiyi ağacları çıxararaq yerində üzüm əkirlər. Və eyni zamanda həmin torpaqlarda qanunsuz, süni göl yaratmaqla bir daha Azərbaycan qanunlarını pozmuşlar. Nəzərinizə çatdırırıq ki, mövzu ilə bağlı şikayətçilər hətta Prezident Şamaxıda olduğu vaxt ona məktub təqdim edilmiş,lakin indiyə qədər heç bir cavab verilməmidir. Görünür üzüm suyuna olan sevgi dövlətin yaşıllıqlara, ekologiyaya olan münasibətinə güc gələndə belə olurmuş! Rubrika.az saytı vasitəsilə cənab Prezidentə müraciət edən B.Niftalıyev kömək istəyir: “Artıq ömrümün ixtiyar çağlarını yaşayıram. Amma bu yaşıma qədər üzləşmədiyim, şahidi olmadığım qanunsuzluqla, fırıldaqla üz-üzə qalmışam. Torpaqlarımızı əlimizdən alanlar, “Sobsan Boya” şirkəti Azərbaycan qanunlarına məhəl qoymurlar. Onların hazırladıqları bütün sənədlər qanunsuzdur-hətta vəfat edən şəxsin də adına etibarnamə hazırlayıblar. Lakin, bütün bunlara baxmayaraq biz bu gün öz halal torpağımızı əkib-becərə bilmirik. Cənab Prezident, siz hər zaman kəndlinin dayağı, himayədarı olmusunuz. Bizi öz doğma torpaqlarımızda əkin-biçinlə məşğul olmağa, halal çörəyimizi qazanmağa qoymayanlara meydan verməyin. Bizim ümüdümüz sizsiniz!”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu gün məktəblərdə qış tətili başa çatır - DİQQƏT
Bu gün, 00:04 |
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Dünən, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Dünən, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Dünən, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Dünən, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Dünən, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Dünən, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Dünən, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Dünən, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Dünən, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Dünən, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Dünən, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Dünən, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Dünən, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Dünən, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Dünən, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Dünən, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Dünən, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Dünən, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Dünən, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Dünən, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Dünən, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Dünən, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Dünən, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Dünən, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Dünən, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Dünən, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Dünən, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Dünən, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Dünən, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Dünən, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Dünən, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Dünən, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Dünən, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Dünən, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
1-02-2025, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
1-02-2025, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
1-02-2025, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
1-02-2025, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
1-02-2025, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
1-02-2025, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
1-02-2025, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
1-02-2025, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
1-02-2025, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
1-02-2025, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
1-02-2025, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
1-02-2025, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
1-02-2025, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
1-02-2025, 12:36 |
|
|
|
|