Füzuli Ələkbərovdan ölkənin imicinə böyük zərbə: - sabiq nazir BMW-ni və dövləti necə aldadır?-ŞOK FAKTLAR
Tarix: 22-04-2019, 13:18 | Çap et
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun varidatı haqda yeni məlumatlar əldə etmişik.
diaaz.space xəbər verir ki, F.Ələkbərovun sahib olduğu mülklərin, torpaq sahələrinin bir hissəsinin siyahısı və fotoları AFN-in redaksiyasında mövcuddur. Nazir olduğu dönəmlərdə adı kifayət qədər geniş formada korrupsiyada hallanan sabiq məmur indi də dövlətə zərər vurmaqda davam edir desək, yanılmarıq. Belə ki, F.Ələkbərova və ailəsinə məxsus olan və gəlir potensialına malik əmlakların, boş torpaq sahələrinin istifadəsiz qalması, vergilərinin ödənməməsi müzakirə mövzusudur.
Söhbət hansı mülk və torpaqlardan gedir?
Yazımızın əvvəlində də qeyd edildiyi kimi, F.Ələkbərovun varidatı haqda redaksiyamıza ciddi faktlar məlumdur. Birinci yazı dərc edildikdən sonra sabiq nazirə məxsus olan Bakı şəhəri, Səbail rayonu, 156-cı məhəllə, Əliyarbəyov və X.Natəvan küçələrinin kəsişməsində, Fəvvarələr meydanının yaxınlığında yerləşən boş torpaq sahəsində fəaliyyət göstərən dayanacağın bağlanması haqda məlumat vermişdik. AFN-in araşdırmasının davamında aydın olur ki, əslində bağlanmalı olan obyektlərin sayı daha çoxdur. Çünki F.Ələkbərova məxsus şirkətlərdə ciddi qanun pozuntularına yol verilir. Mövzuya keçməzdən öncə onu qeyd edək ki, sabiq nazirin varidatının əsasını təşkil edən “Improtex” Şirkətlər Qrupudur. Şirkətlər Qrupuna “İmprotex Motors”, “İmprotex Trucks&Buses”, “İmprotex İndustries”, “İmprotex Travel” və Dubayda uzun illər fəaliyyət göstərən “IMEX AZ GENERAL TRADING L.L.C” (keçmiş İMEX Motors) şirkətləri (ünvan – UAE, Dubai,P .O.Box:15092, Al Bakhit Center, Office#403,Abu Baker Al Siddique street.) kimi şirkətlər daxildir.
1998-ci ildə təsis olunan BMW-nin Azərbaycanda yeganə rəsmi təmsilçisi “İmprotex Motors” şirkəti artıq 20 ildən artıqdır ki, böyük sayda BMW maşın və ehtiyat hissələrinin satışını təmin edir. Lakin bu satışlar nəticəsində həyata keçirilən maliyyə əməliyyatlarında bir sıra qeyri-şəffaf proseslər diqqəti cəlb edir. Belə ki, AFN-in araşdırması zamanı külli miqdarda vergidən yayınma hallarına yol verildiyi aydın olub. Son illərdə vergi siyasətində aparılan islahatlar “İmprotex” Şirkətlər Qrupunu məcbur edib ki, maliyyə fəaliyyətində kosmetik də olsa bəzi dəyişikliklər etsin. Təbii ki, yaranmış vəziyyət heç də şirkətə sərf etmir və əlavə qazanc üçün yollar axtarılır. Axtarış uzun sürmür. “Bacarıqlı” işlətməçilər bəyan olunmayan gəlirin daha da artırılması məqsədilə BMW şirkətindən xəbərsiz, tam qanunsuz – baş importyor müqaviləsinə zidd olaraq maşın və ehtiyat hissələrin alqı-satqısı ilə məşğul olmağa başlayırlar. Beləliklə, yalnız Azərbaycanda satışına icazə verilən maşın və ehtiyat hissələri ölkədən çox-çox uzaqlarda Çin, İran və bəzi Avropa ölkələrində guya Azərbaycana idxal olunma adı altında qanunsuz şəkildə satılır. İl ərzində Azərbaycanda 120-150 ədə BMW satıldığı halda, adları qeyd edilən ölkələrdə orta hesabla ildə 500-1000 ədəd arasında müxtəlif BMW modeli olan nəqliyyat vasitələri “xırıd edilir”. Azərbaycanda pərakəndə satışda maksimal olaraq ildə 120-150 ədəd maşın satan “İmprotex Motors”un bundan 3-4 dəfə artıq sayda maşının xaricdə satması və əldə olunan gəlirlərin rəsmən bəyan edilməyərək ofşor ölkələrdəki (əsasən BƏƏ) bank hesablarına köçürülməsi ciddi suallar ortaya çıxarır. Diqqətli oxucu bilməmiş olmaz ki, son illərdə Azərbaycanda BMW maşınlarının ciddi surətdə azaldığı müşahidə olunur. Bunun əsas səbəbi isə F.Ələkbərovun “BMW Bank”dan “Improtex” şirkətləri vasitəsi ilə külli miqdarda kredit götürməsi və bu kredit vəsaitlərindən təyinatına uyğun istifadə etməməsidir. Belə ki, əldə etdiyimiz məlumata görə, F.Ələkbərovun “BMW Bank”a təxminən 8 milyon avro kredit borcu var. Bankdan götürülən kredit məbləğlərinə BMW markalı avtomaşınlar alınaraq Azərbaycana gətirilməli olduğu halda, bu pul vəsaiti “Improtex” Şirkətlər Qrupunun digər fəaliyyət istiqamətlərinə (zavodun tikintisi, şirkətlər qrupuna daxil olan cəmiyyətlərin “PaşaBank” və Beynəlxalq Banka olan kredit borclarının ödənilməsi və s.) yönəldilib və F.Ələkbərovun şəxsi ehtiyaclarına xərclənib. Başqa sözlə, F.Ələkbərov ona məxsus şirkətlərin “PaşaBank” və Azərbaycan Beynəlxalq Bankına olan borclarını Almaniyanın “BMW Bank”ından alınmış kredit vəsaiti hesabına ödəyib. Məhz bu cür qanunsuz əməliyyatların nəticəsi olaraq BMW avtosalonunda daima avtomaşın çatışmazlığı mövcuddur və müştəri avtomaşın almaq istədiyi təqdirdə maşının dəyərinin yarısı alınaraq, yalnız 3 aydan sonra avtomaşının gətirilməsi mümkün olur. Bu hallar həm də BMW avtoservisinin fəaliyyətinə də ciddi şəkildə təsir göstərir. Belə ki, ehtiyat hissələri və avtoservisdə göstərilən xidmətlərin qiyməti real dəyərlərindən qat-qat artıq olmaqla lazımi keyfiyyətə də cavab vermir. Bununla da F.Ələkbərov BMW kimi nəhəng bir konsernin nüfuzunu Azərbaycanda heçə endirir desək, yanılmarıq. Ölkə bazarında bu və digər səbəblərdən satışın aşağı olması F.Ələkbərovu məcbur edib ki, xaricdə importyorluq sazişinə zidd olaraq satışlar həyata keçirsin. Bu isə istər BMW kimi nüfuzlu bir şirkətdə, istərsə də bu şirkətin digər portnyorlarında təbii ki, ölkəmizə qarşı mənfi fikir formalaşmasına səbəb olacaq addımdır. BMW şirkəti rəhbərliyinin hələlik baş verənlərdən bixəbər olması ölkəmiz üçün avantaj hesab edilə bilər.
Qeyd edək ki, Donald Tramp ABŞ-da hakimiyyətə gəldikdən sonra Çinə qarşı tətbiq olunan məlum ticarət sanksiyaları nəticəsində ABŞ-da istehsal olunan bəzi BMW modellərinin Çinə ixracında ciddi problemlər yaranıb. Bunun nəticəsi olaraq isə F.Ələkbərovun daha bir qanunsuz “obyekti” gəlirdən məhrum olub deyə bilərik. Eyni vəziyyət “İmprotex Trucks&Buses” şirkətində də mövcuddur. Artıq 15 ilə yaxındır ki, dünyanın ən iri yük maşınları istehsalçısı olan Almaniyanın MAN şirkətinin maraqlarını Azərbaycanda “İmprotex Trucks&Buses” şirkəti təmsil edir. Bu şirkət MAN ilə imzaladığı importyor sazişinə zidd olaraq Avropada tam gizli və qanunsuz şəkildə artıq bir neçə ildir ki, ehtiyat hissələrinin satışı ilə məşğuldur.
Burada da mallar üzrə maliyyə dövriyyəsi və əldə olunan gəlir tam şəkildə xaricdə yerləşən “İMEX Treydinq” şirkəti vasitəsilə aparılır və təbii ki, ölkəmizdə bəyan olunmur.
Son illərdə böyük çətinliklər və əziyyətlə beynəlxalq biznes aləmində Azərbaycanın müsbət imicinin gücləndirilməsində prezident İlham Əliyevin gördüyü böyük işlər fonunda F.Ələkbərovun dünyanın ən iri avtomobil istehsalçısı olan şirkətə qarşi törətdiyi bu əməllər ifşa olunarsa, necə qiymətləndirilər?! Belə hallar ümumilikdə ölkəmizin biznes mühitinə, müsbət biznes imicinə böyük xələl gətirir və ümid edirik ki, aidiyyatı qurumlar bununla bağlı tədbir görəcəklər.
Araşdırmalarımız davam edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Bu gün, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Bu gün, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Bu gün, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Bu gün, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
|