"Elə bilir Allahın ona borcu var..." .....                     Əhalinin banklara nə qədər kredit borcu var? .....                     “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, .....                     USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır .....                     Naziləni Misirdə aldatdılar .....                     ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? .....                     "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." .....                     “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” .....                     Paytaxtın parklanma dərdi nə zaman bitəcək? .....                     Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür .....                     “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” .....                     Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? .....                     Adi mahnıdan qıcıqlanan bu toplum... .....                     Hüseyn Həsənovun qorxu dolu anları .....                     İrəvan bu addımı atsa, çökəcək .....                     Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... .....                     Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? .....                     Zəngəzurun verilməsi prosesi başladı .....                     Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? .....                     “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” .....                     Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… .....                     Şagird yerdəyişməsi: NEQATİV HALLAR .....                     Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... .....                     "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" .....                     'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... .....                     AYNA necə problemə çevrilib.... .....                     4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… .....                     Rusiya "oyundankənar" vəziyyətə salınıb .....                     "Məktəblər kişi yetişdirə bilmir" .....                     Tramp-Xamenei dialoqu alınacaqmı? .....                     Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli .....                     "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə .....                     “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” .....                     Onun adı şübhəli tenderlərdə hallanır... .....                     Bu gün Azərbaycanda Gənclər Günüdür .....                     Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq .....                     “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi .....                     Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi .....                     Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                 

“Rəhbər”in dığa sevgisi - Azərbaycana qədər uzanan RİYAKARLIQ
Tarix: 6-05-2019, 11:10 | Çap et
“Rəhbər”in dığa sevgisi
Aqillər yaxşı deyib: “Riyakarın qiyafəti işıq, məzmunu kölgədir”. Təəssüf ki, saflığı, mənəviyyatı həyat tərzinə çevirmiş insanlar tərəfindən riyaya bürünmüş, məzmunu isə nəinki kölgə, hətta zülmət olanların fikirlərinin ehkam kimi qəbul edilməsi günümüzün acı gerçəkliyidir. Ən acınacaqlısı isə odur ki, zülmətin işıq kimi təqdim olunmasında müqəddəs dinimizdən və ondan qaynaqlanan dəyərlərdən sui-istifadə edilir. Təbii ki, belə olmasaydı torpaqlarımızın 20 faizini işğal etmiş, minlərlə azərbaycanlını, müsəlmanı, köməksiz qocaları, məsum körpələri, dinc əliyalın insanları heç də uzaq olmayan keçmişdə soyqırımına məruz qoymuş Ermənistan rəhbərliyini ən doğma, ən əziz insan kimi qarşılayan, bağrına basan, onlara hərtərəfli maddi və mənəvi dəstək göstərən “dini” liderlər bir azərbaycanlı müsəlman üçün mənəvi rəhbər qəbul oluna, ona “ağa” deyilə bilməzdi.
Bu il fevralın 26-da Xocalı soyqırımının 27-ci ildönümü günü, soydaşlarımıza qarşı qətliamın və dövlət terrorunun icraçısı olan Ermənistan rəhbərliyinin İrana səfəri, ona göstərilən münasibət, hətta ali dini lider Seyid Əli Xameneyi tərəfindən doğmalar, əzizlər kimi qarşılanması, müsəlmanların mənəvi lideri olmaq iddiasında olan İslam Respublikası rəhbərliyinin, hansı prizmadan baxılır baxılsın, ruhaniyyət məqamına olduqca qalın bir kölgə, hətta deyə bilərik ki, silinməyən bir ləkə saldı. Özünü dindar kütlələrə “İmamın naibi” kimi təqdim edənlər bu davranışları ilə İslam dini və xüsusilə şiə məzhəbində ciddi önəm daşıyan, mərceyi-təqlid kimi qəbul olunan şəxslər üçün vacib sayılan “Ədalət” prinsipi ilə daban-dabana ziddiyyət təşkil edir. Bu məqamda gerçək müsəlman, əsl müntəzir əqidə prinsiplərinə zidd mövqe sərgiləyənləri mənəvi rəhbər kimi qəbul etməsi nə dərəcədə düzgündür?! Axı, müqəddəs kitabımız olan “Qurani Kərim”də açıq-aşkar buyurulur: “Allah sizə .... sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır!”.(“Mumtəhənə” surəsi 9-cu ayə). Ermənistanla müharibə şəraitində olduğumuz son 30 ildə işğalçı ölkənin birbaşa və hərtərəfli dəstək aldığı iki ölkədən birinin İran olduğu heç kimə sirr deyil. Hətta, zaman-zaman işğalçı ölkədə İranı “həyat mənbəyi” də adlandırmışlar. Bundan əlavə hələ neçə illər əvvəl eşitdiyim bir məqam məni xüsusilə heyrətləndirmişdir. İmam Rza əleyhissəlamın müqəddəs hərəminin yerləşdiyi Məşhəd şəhərinə ziyarət etməyi hər birimiz özünə borc bilir. Sən demə, ziyarətgah “İslam Respublikası”nın nəzarətində olduğundan orada toplanan ianələrdən Ermənistanda müharibə iştirakçılarına yardım edilirmiş. Bəli, müsəlman şiə çoxluğundan ibarət Azərbaycanın torpaqlarını işğal edən qəsbkarlara müsəlmanların müqqəddəs ziyarətgahından yardım göstərilir. O, qəsbkarlara ki, İşğal altındakı ərazilərimizdə cismani zülmlərlə yanaşı bizi həm də mənəvi terrora məruz qoyublar, məscidlərimizdə heyvan saxlamaqla müqəddəsatımıza qarşı həqarət ediblər.

“Rəhbər”in dığa sevgisi

Bütün bu aşkar həqiqətlərin işığında nədənsə bəzi dindar həmvətənlərimiz özünü hələ də İran lideri Xameneyiyə bağlı hesab edirlər, onun hər addımına haqq qazandırır, necə deyərlər “Rəhbərlərinin dığa sevgisi”ni xoşgörüşlə qarşılayırlar. Di gəl ki, Azərbaycanda dini dəyərlər və mənəviyyata göstərilən qayğıya heç gözlərinin ucu ilə də baxmaq istəmirlər. Bəli, hər hansı ərazinin sökülərək yenidən qurulması zamanı “məscid təəssübkeşləri”, “Allah evinin müdafiəçiləri” kimi hay-küy salan bir dəstə qaragürhçular nədənsə “Hacı Cavad” məscidinin yenidən inşasına heç bir münasibət bildirmədilər, yaxud buna “ağa”larından göstəriş gəlmədi. Heç bunu gözləmək də bir az sadəlövhlük olardı. Çünki bu beyni yuyulmuşlar neçə illərdir, bir dünyəvi dövlətin başçısı tərəfindən çox sayda məscid və ziyarətgahların tikintisinə şəxsən təşəbbüs göstərilməsi, tikinti prosesinin nəzarətdə saxlanılması, yekunda ölkə rəhbərinin açılışa gəlməsini də heç görmək istəməyiblər.
Əvəzində isə, Xameneyi və digər İranlı müctəhidlərin “təvəlla və təbərra”, “əmr bil məruf” çağırışlarını əsas götürərək Azərbaycanda hər şeyi qara rəngdə göstərməyə çalışıblar. İslam dininin əsas buyuruqlarından biri “Müsəlmanlar qardaşdır” çağırışıdır. Lakin özlərini mənəviyyat carçısı, “İslam keşikçisi” sayaraq “müqəddəs vəzifələrinin sərhəd tanımadığı”nı bəyan edən “ağa”lar, müqəllidlərinə məscid inşa edən müsəlman dövlətini düşmən obrazında təqdim edir, eyni zamanda da məscidlərimizi təhqir edən erməni dığaları ilə dostluğu tərənnüm edən davranışlar sərgiləyirlər. Beləliklə Xameneyi öz müqəllidlərinə “ağa ilə dığanın dostluğu”nu “təvəlla” (“Allahın sevdiyi insanı sevmək”), “əmr be məruf”, (“yaxşı işlərə dəvət etmək”) müsəlman ölkəsi olan Azərbaycanın simasında “zalim”, “düşmən” obrazı yaratmağı isə “təbərra” (“Allahın düşmənləri ilə düşmənçilik etmək”) kimi təqdim edir.

“Rəhbər”in dığa sevgisi

Bizim hörmətli ruhanilərimiz isə belə ədalətsizlik qarşısında nədənsə susqunluq nümayiş etdirməklə antiazərbaycan mahiyyətli “dini” təbliğatın rəvac tapmasına ən azı meydan vermiş olurlar. İranpərəstlərin sıx toplaşdığı bəzi məscidlərdə ibadətlər və dini mərasimlər zamanı oxunan xütbələrdə “lənət” sədalarından qulaq tutulur. Üstəlik də, cəmiyyətdə razılaşmadıqları məqamları qabardaraq “lənətullahi alə qaumiz-zalimin” (“Allah zalım topluma lənət etsin”) ifadəsini işlətmək az qala İslam dininin beş vacibatından da “vacib əməl” kimi yerinə yetirilir.
Digər tərəfdən sosial şəbəkələrdə, o cümlədən “facebook”da İranı təbliğ etməklə, dövlət, cəmiyyət və xalq olaraq bizləri aşağılamağı özünə “müqəddəs vəzifə” seçmiş, müxtəlif adlar altında fəaliyyət göstərən “Baba Punhan”, “Mutteqi Bermeki” və s. saxta profillər də vardır ki, dindar həmvətənlərimizin dini hisslərindən sui-istifadə edirlər. Bu sui-istifadə hallarının ölkəmizdə cəmiyyətdaxili gərginlik yaratmağa, eləcə də insanların dövlətə qarşı çıxmasına hesablandığı reallıqdır. İşin acınacaqlı tərəfi odur ki, bütün bu yaramaz əməllər din adı ilə törədilir və özünü azərbaycanlı sayan, əslində İslam dini barədə bilikləri, eləcə də dünyəvi savadları İranın mollalarından, müctəhidlərindən daha geniş olan ruhanilər gərəkli mövqe nümayiş etdirmirlər.

“Rəhbər”in dığa sevgisi

Neçə müddətdir, Xameneyi öz müqəllidlərinə vəhdət yaratmaq barədə çağırışlar edirdi, amma bu çağırışların nəticəsi də təəccübləndirici oldu. Demək bu iranpərəst dindarlar vəhdəti Əli Kərimli və onun kimi radikal müxalifət düşərgəsi ilə yaratmaqda görür, onun ad gününü elə təbrik edirlər. O Əli Kərimli ki, Qərbin sadiq adamı kimi ateist, dindar, qeyri-dindar hər kəsi öz maraqları istiqamətində yönləndirməyə çalışır. Hətta başda Taleh Bağırovun rəhbərlik etdiyi “Müsəlman Birliyi Hərəkatı” olmaqla ölkəmizdəki bəzi dindar qruplar daha da irəli gedərək, İslam dünyasını paramparça etmiş imperialist Qərbin xas adamı Əli Kərimlini “haqsevər” adlandırmaqdan çəkinməmiş, şəninə təriflər söyləmişlər. Deyəsən Xameneyi sevərlərin nəzərində haqqın donu dəyişib, “Qərbə xidmət-Haqqa xidmət”ə çevrilib. Bu da təəccüblü deyil. Çünki, İranın mərkəzində ermənilərin Paşinyanın pişvazına “Qarabağ ermənistan torpağıdır” şüarı ilə çıxmasını təşkil edən “haqsevər”, “vəzifəsi sərhəd tanımayan” müctəhidlərin müqəllidlərindən bundan artıq nəsə gözləmək də yersiz olardı.

Ruhanilərimiz və savadlı, başbilən dindarlarımızın Azərbaycan dini mühitinə qarşı yönəlmiş bu dağıdıcı addımlar qarşısında susqun dayanması əslində məndə heç də bədbinlik yaratmır. Çünki hər şeyi zaman və insanlarımızın sayıqlığı həll edəcəyi inancındayam. Hələ 20-ci əsrin əvvəllərində yaşamış görkəmli ədibimiz Mirzə Cəlilin bir felyetonunda din adı altında yaramaz əməllər törədənlərə ünvanladığı müraciətində deyirdi:

“A mollalar niyə məni döyürsünüz.... ....heç eybi yoxdur, döyürsünüz döyünüz. Amma bunu da biliniz ki, ey mollalar ki, günlər dolanar, sular axar, zəmanə təzələnər və axırda yetim-yesir müsəlman qardaşlarım dostu ilə düşmənini tanıyıb haman yoğun dəyənəkləri əlinizdən alar və başlar... dəxi dalısını da demirəm”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Elə bilir Allahın ona borcu var..."
Bu gün, 20:34
Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Bu gün, 20:32
“İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Bu gün, 20:29
USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Bu gün, 20:24
Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36
ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32
"Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02
“Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58
Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55
Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52
“Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13
Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09
Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16
Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11
İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51
Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49
Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45
Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34
Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20
Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10
Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03
Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00
"Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57
'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53
AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41
4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32
Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21
"Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48
Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40
Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35
"İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33
“İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30
Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20
Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14
Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23
Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru