Məhkəmənin “BMW X5” oyunu: - qanunsuz həbs, süründürməçilik...
Tarix: 13-05-2019, 14:58 | Çap et
Siyəzən rayon sakini Mehman Bayramov əmlakına qanunsuz həbs qoyulduğunu iddia edir. Bakupost.az-a danışan şikayətçi deyir ki, Siyəzən rayon Məhkəməsinin hakimi Bəylər Ələkbərov ona məxsus "BMW X5” markalı maşına qanunsuz olaraq həbs qərarı çıxarıb və o, 7 aydır şəxsi əmlakından istifadə edə bilmir. Onun sözlərinə görə, 2017-ci ilin noyabr ayında Sumqayıt şəhərində bacısının adına alqı-satqı yolu ilə maşın alıb. Bu alqı-satqı prosesindən bir il sonra – 2018-ci ilin noyabr ayında isə ona Siyəzən rayon Məhkəməsindən zəng edilib və bildirilib ki, o, başqasına məxsus avtomobili istifadə edir: "Məhkəmədə mənə dedilər ki, sən başqasının əmlakını qeyri-qanuni ələ keçirmisən. Dedim, ola bilməz belə bir şey, mən bu maşını bir il əvvəl müqavilə ilə almışam. Sənədlərimi də göstərdim. Xeyri olmadı, öz iddialarında qaldılar”. M.Bayramovun sözlərinə görə, həmin gün məlum olub ki, Siyəzən rayon məhkəməsi heç bir xəbər vermədən, məhkəmə bildirişi göndərmədən onun əmlakı üzərinə həbs qoyub: "Dedim, qərarı mənə də göstərin, heç bir qərar da yoxdu ortada. Qərar çıxmamışdı hələ də. Təxminən 1 saat sonra bir qərardad çıxarıb mənə verdilər ki, maşınım üzərinə həbs qoyulub. Guya, mən bu maşını qeyri-qanuni özümünküləşdirmişəm. Bunun ardınca, bildim ki, bu məsələ məhkəmədə uzanacaq və bacımı məhkəməyə çağıracaqlar. Buna görə də elə həmin ay qeydiyyat şöbəsinə gedib, maşını bacımın adından çıxarıb öz adıma qeydiyyatdan keçirdim”. Şikayətçi deyir ki, 2018-ci ilin noyabr ayında Siyəzən rayon məhkəməsinə qərarın qanunsuz olduğu və maşını alqı-satqı müqaviləsi ilə aldığı barədə məktub yazıb, lakin məktubuna heç bir cavab verməyib: "Həmin ilin dekabr ayında məhkəmənin baxış iclası oldu. Azad adlı şikayətçi gəlməmişdi. Onlar öz ərizələrində göstərib ki, 2015-ci ildə maşını Elnur adlı adama satmaq üçün veriblər. Elnur da maşını satıb, lakin onlara pul verməyib. Buna görə də Elnur adlı şəxsə verdikləri etibarnaməni ləğv ediblər və həmin gündən Elnuru axtarırlar. Mən onlardan soruşdum ki, əgər belə bir dələduzluqla üzləşmişdilərsə, niyə həmin vaxt polisə müraciət edib, Elnuru məsuliyyətə cəlb etdirməyiblər. Sualıma heç kim cavab verə bilmədi”. M.Bayramov deyir ki, məhkəmədə zərərçəkmiş kimi təqdim olunan şəxsi tanımadığı, ondan heç vaxt maşın almadığı və bu şikayətin subyekti olmadığı barədə məsələ qaldırıb, lakin onun heç bir vəsatətinə məhəl qoyulmayıb: "Maşın hazırda məndədir. Lakin üzərində həbs var deyə, mən öz əmlakımdan istifadə edə bilmirəm. 7 aydır maşınım qapıda yatır. Məhkəmə nə maşının üzərində həbsi götürür, nə də zərərçəkən tərəfin xeyrinə qərar qəbul edir ki, mən işimi bilim. Prosesi 7-8 aydı uzadırlar. Mənə aid olmayan bir iddiaya görə, mən əmlakımdan istifadə edə bilmirəm”. Şikayətçinin sözlərinə görə, bu ilin mart ayında məhkəmə nəhayət, qərar qəbul etmək üçün addım atıb və iddia tərəfinin imzasının saxtalaşdırılıb-saxtalaşdırılmadığını dəqiqləşdirmək üçün sənədi ekspertizaya göndərmək barədə qərar çıxarıb: "İndi də 3 aydı ekspertizadan qərar gözləyirəm. Heç bir təqsirim olmayan bir işə görə əmlakımın üzərinə həbs qoyulması azmış kimi, məhkəmə tərəfindən prosesin bu qədər uzadılmasından da maddi zərər çəkirəm”.
Siyəzən rayon Məhkəməsinin katibliyindən Bakupost.az-a bildirilib ki, M.Bayramovun adıkeçən işlə bağlı hazırda ekspertizaya sənəd göndərilib və ekspertizanın cavabı gözlənilir: "Bu şikayətlə bağlı ilk iclasda iş baxılmamış saxlanılmışdı. Lakin iddia tərəfi yenidən şikayət verdiyi üçün məhkəmə sənədlərin ekspertizaya verilməsi barədə qərar qəbul edib. Hazırda ekspertizadan cavab gözlədiyimiz üçün işin gedişatı barədə əlavə verə bilməyəcəyik”. Məhkəmənin bu qədər uzun çəkməsi, ekspertizanın niyə bu qədər yubanması və günahı olmayan şəxsə maddi və mənəvi ziyanın niyə vurulması ilə bağlı suallara isə heç bir cavab verilməyib.
Mövzunu diqqətdə saxlayacağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Bu gün, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Bu gün, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Bu gün, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Bu gün, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
|