”Oğlum ”ailəmi burada çürüdə bilmərəm” deyib, getdi” - GİLEY
Tarix: 6-06-2019, 10:38 | Çap et
DİA.AZ: - “Bir otağın içində həm yatır, həm yemək yeyir, həm də çimirik. Sağ olsunlar, hələ buranı veriblər, çöldə qalmırıq. Yoxsa necə olardı bizim halımız?”
DİA.AZ bildriri ki, Kəlbəcərin Nəcəfalılar kəndindən köçkün düşmüş Gülşən Məmmədova belə deyir. O, Yevlaxın Mal Binəsi kəndində məktəbin həyətindəki kiçik tikilidə yaşayır. Deyir, bu balaca daxmada 3 övlad böyüdüb. Bu gün çəkdiyi çətinliklərdən danışmaq, həmin günləri xatırlamaq istəmir. Amma bundan sonrakı həyatını rahat yaşamağı arzulayır.
“Qızım ailə qurdu, köçdü. Oğlum isə evləndi, getdi. Dedi: “Ailəmi burada çürüdə bilmərəm”. Bakıda fəhləlik edir, kirayədə qalır. Qızım da ki, məktəblidir. Deyirəm, heç olmasa onun gəncliyi normal bir evdə keçsin. Yazıq uşaq, gözünü dünyaya açandan normal ev, şərait görməyib. Heç olmasa, bundan sonra bir ev verələr, normal şəraitdə yaşadam. İnanın, üzlərinə baxanda utanıram” – deyir, G. Məmmədova.
“Deyirəm, belə yaşayışdansa, ölmək daha yaxşıdır”
Gülşən Məmmədova deyir ki, normal şəraitləri olsaydı, oğlu Bakıya gedib, orada fəhləlik etməzdi. Rayonda da iş tapıb görə bilərdi. Ailənin ən böyük problemi evdir. Evləri olsa, qalan hər şeyi yoluna qoya biləcəyini deyir:
“Baxın də, bir otağın içində yatırıq, dururuq, yeyirik, içirik. Hər şeyimizi bir otağın içində etməkdən canımızdan bezmişik. Zülmdü e, qəbiristanlıq buradan genişdi, rahatdı. İnanın, gələndən rahatlıq tapa bilməmişik. Birdən həyatımdan elə bezirəm ki, deyirəm, belə yaşayışdansa, ölmək daha yaxşıdır”.
“Yay-qış odun işlədirik”
Ailə 1994-cü ildən burada yaşayır. G.Məmmədova yaşayışında heç bir yaxşı şərait görmür:
“Ayda 60 manat pul girir bu evə – çörəkpulu. Bir yerdə işləmirəm, 2 dəfə əməliyyat olmuşam, xəstə adamam. Belimdə yırtıq, böyrəyimdə daş var. İş qüvvəmi itirmişəm. Həmin 60 manatla dolanırıq. Ev-eşik, imkan, iş yox. Qaz, işıq yox. Güclə ordan-burdan bir xətt çəkmişik. Odun işlədirik yay- qış. Suyu isə daşıyırıq”.
“Şəraitsizlik ücbatından uşaqlarımın üzünə həsrət qalmışam”
Gülşən Məmmədova deyir ki, həyətdə gecələr ocaq qalayır, su isidir, çimirlər. Sual edir: İndi hansı dövrdür ki, ocaq qalayıb, su isidərlər?
“İşığı da çox istifadə edə bilmirik. Ay sonu gələndə altından çıxmaq olmur. Burada 4 nəfər yaşayırdıq. Gəlinimlə oğlum gedəndən sonra qızımla qalmışam. Deyirəm, darıxıram, gəlin. Qızım da qardaşına həsrətdir. Deyir: “Hara gələk, ora nə yerdir, nə şəraitdir ki?” Böyük qızım da ailə qurub. O da köçkünlə evlidir və Mehdiabadda yaşayır. O da ayda, ildə bir gəlir. Şəraitsizlik ücbatından uşaqlarımın üzünə həsrət qalmışam”.
“Qızım mənə dedi ki, belə şəraitdə neyləyirdin məni dünyaya gətirib?”
G.Məmmədova deyir ki, belə şəraitdə yaşamaq çox çətindir. Tez-tez oturub ağlayır. Şəraitindən gileylənir:
“Mən kimə, nə pislik etmişəm ki, bu vəziyyətə düşmüşəm? Vallah, daha dözmürəm, yaşaya bilmirəm. Yevlax, yaşadığım kənd pis deyil, ancaq şərait yoxdur. Anamı, atamı, bacımı, qohumlarımızı burada itirmişik. Baxma, ikinci vətəndir. Nolar, heç olmasa, bir ev verələr bizə də. Bundan sonra bir gün görək. Arada deyirəm ki, belə yaşamaqdansa, ölmək yaxşıdır. Sonra deyirəm, birdən Allaha ağır gedər. Susuram, qızım bir dəfə mənə dedi ki, belə şəraitdə neyləyirdin məni dünyaya gətirib? Adamın üzü də utanır. Uşaqdan da, böyükdən də, gələn qonaqdan da… Nə bilim, bizim də alnımıza bu yazılıbmış…”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Elə bilir Allahın ona borcu var..."
Bu gün, 20:34 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - TƏFƏRRÜAT
Bu gün, 20:32 |
|
|
|
• “İrəvan rəsmən Qarabağı Azərbaycanın ərazisi elan etsə də, çalışır ki...”
Bu gün, 20:29 |
|
|
|
• USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır - KİV
Bu gün, 20:24 |
|
|
|
• Naziləni Misirdə aldatdılar - VİDEO
Bu gün, 16:36 |
|
|
|
• ABŞ hərəkətə keçdi, Zelenski devrilir: yerinə kimlər gələ bilər? - SİYAHI
Bu gün, 16:32 |
|
|
|
• "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..." - deputat
Bu gün, 15:02 |
|
|
|
• “Bir kişi ilə hər gecə eyni yatağa girmək istəmirəm” – Məşhur aktrisa
Bu gün, 14:58 |
|
|
|
• Paytaxtın parklanma dərdi nə zaman bitəcək? - Sıxlıq, xaos, cərimələr
Bu gün, 14:55 |
|
|
|
• Minimum əmək haqqı artır: Sahibkarları dərd götürür - ÇÜNKİ...
Bu gün, 14:52 |
|
|
|
• “Şou, reytinq naminə bəzi verilişlərin səviyyəsi aşağıdır...” - ETİRAZ
Bu gün, 12:13 |
|
|
|
• Paşinyan küçəyə çıxdı: snayper kimi nişan alıb? - FOTO
Bu gün, 12:09 |
|
|
|
• Adi mahnıdan qıcıqlanan bu toplum... - ŞƏRH
Bu gün, 10:16 |
|
|
|
• Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Bu gün, 10:11 |
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
|