STM-də tanınmış ürək cərrahı, millət vəkili Rəşad Mahmudov seminar keçirib
Tarix: 9-08-2019, 15:52 | Çap et
DİA.AZ: - 8 avqust 2019-cu il tarixində tanınmış ürək cərrahı, millət vəkili, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə Heyətinin sədri Rəşad Mahmudovun Sosial Tədqiqatlar Mərkəzində "İcbari tibbi sığorta: reallıq və perspektivlər" mövzusunda seminarı təşkil olunub.
DİA.AZ xəbər verir ki, seminarda STM-in İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc, STM-in İdarə Heyətinin üzvləri və əməkdaşları iştirak ediblər.
Əvvəlcə, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc qonağı salamladı.
O, Azərbaycan səhiyyəsi ilə bağlı qarşıda çox mühüm çağırışların olduğunu bildirdi. Bu sahədə peşəkar şəxslərin rəylərinin STM üçün əhəmiyyət daşıdığını açıqladı və qeyd etdi ki, bu cür strateji məsələlər hər bir vətəndaşın maraqlarını əhatə edir. Ona görə də STM-də təşkil edilən seminarlarda səslənən fikirlər, irəli sürülən təkliflər gələcəkdə hazırlanan sənədlər üçün də əhəmiyyətli rol oynayır.
Millət vəkili Rəşad Mahmudov seminarda Azərbaycan səhiyyəsinin böyük bir zaman kəsiyində keçdiyi yolu dəyərləndirərək, müstəqillikdən sonra Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin vətəndaşlarımızın sağlamlığına və rifah halının yaxşılaşdırılmasına xidmət etməsindən real faktlarla danışdı, Dünya Səhiyyə Təşkilatının hesabatlarından gətirilən misallarla müxtəlif ölkələrdə yürüdülən səhiyyə siyasətinin oxşar və fərqli məqamlarını tədqiqatçılar üçün geniş təhlil etdi.
Ölkəmizdə son illər sürətlə yenilənən səhiyyə infrastrukturunun və digər büdcə ayrımlarının səhiyyə xidmətlərinin keyfiyyətinə müsbət təsirindən danışan qonaq eləcə də güclü region dövlətlərinin dünyadakı sərt rəqabətə tab gətirmələri yolunda ələ aldıqları texnoloji və təhsil yönümlü tədbirlərin bizim üçün qarşıya hansı sosial və idarəçilik vəzifələrini qoyduğunu peşəkar dəlillərlə izah etdi.Konkret olaraq 2 ölkə,Qazaxıstan və Gürcüstan nümunəsində islahatların hansı ağrılı mərhələlərdən keçdiyinə misallar gətirildi, silahtalrdan əvvəl və sonra müxtəlif xəstəliklərin artma və azalması, idarəetmənin çevikləşməsi və şəffaflığının artması üçün vacib olan hüquqi bazanın yaradılması xüsusi vurğulandı.
R. Mahmudov səhiyyə sektorunda mövcud olan çətinliklərin SSRİ-dən miras qaldığını qeyd etdi, lakin kadr bazası, əksər bölgələri əhatə edən müasir xəstəxana korpusları və ilkin tibbi yardım sahəsindəki təcrübəni hansı yollarla inkişaf etdirməyin düzgün modellərini ortaya qoydu.İlk növbədə, hüquqi baza və standartlar müəyyənləşməli, daha sonra artan iqtisadi potensialımıız hesabına Azərbaycan əhalisi arasında icbari tibbi sığortanın düzgün tətbiq edilməsi yönündə aparılan işlər təşkil etməlidir.
Əlbətttə, bu yeniliklərin tətbiqi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial siyasətin davamı olaraq ölkənin səhiyyə sisteminin daha sürətlə inkişafına töhfə verməkdədir. Əhaliyə tibbi xidmətlərin müasir tələblərə uyğunlaşdırılması, bu sahənin mövcud maliyyələşmə mexanizmlərinin yeni iqtisadi
əsaslarla təkmilləşdirilməsi və keyfiyyətin yüksəldilməsi baxımından icbari tibbi sığorta sistemi beynəlxalq təcrübədə özünü doğrultmuş bir yanaşmadır.
Rəşad Mahmudov onu da nəzərə çatdırdı ki, dəqiqi @yol xəritəsi@ əsasında həyata keçirilən islahatlar nəticəsində səhiyyə xərcləri ilə bağlı maliyyə yükü əhəmiyyətli dərəcədə azalacaq, tibb müəssisələrinin fəaliyyətində effektivlik artacaq, tibbi-iqtisadi rentabellik təmin olunacaqdır. Bir çox çətin əməliyyatların bilavasitə rayon xəstəxanalarının özündə uğurla aparılması və əhalinin müasir, keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının təmin olunması da əsas hədəflərdəndir.
Bu, həm də kadr potensialının gücləndirilməsi məqsədilə pilot ərazilərin tibb işçilərinin xarici ölkələrdə təlim və təcrübə proqramlarına göndərilməsinin yüksək səmərəsindən, son nəticədə həmin bölgələrdə yaşayan insanların səhhətinə faydalarından xəbər verir.
Qonaq vurğuladı ki, ölkədə və dünyada ən çox ölüm halları yaşanan məhz ürək-damar xəstəlikləridir. Buna görə də Azərbaycanda belə ağır formalı xəstəliklərin müalicəsi üçün dövlət xüsusi addımlar atır.
O seminarın yekununda bildirdi ki, ölkədə hazırkı vəzifə tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə bu sahənin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla tətbiq etmək, tibbi yardımın keyfiyyətinə nəzarət mexanizmlərini təkmilləşdirməklə yanaşı ən vacib məsələ əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etməkdir.
Bu kontekstdə isə Azərbaycan həkiminə inam xüsusi əhəmiyyətə malik olmalıdır.
Daha sonra STM əməkdaşlarının suallarını cavablandıran Rəşad Mahmudov qarşılıqlı fikir diskussiyalarının önəmini vurğulayıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53 |
|
|
|
• “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51 |
|
|
|
• Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40 |
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Dünən, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Dünən, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Dünən, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Dünən, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Dünən, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Dünən, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Dünən, 16:38 |
|
|
|
• Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Dünən, 16:35 |
|
|
|
• "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Dünən, 16:32 |
|
|
|
• Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Dünən, 16:25 |
|
|
|
• Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Dünən, 16:09 |
|
|
|
• Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Dünən, 16:06 |
|
|
|
|