"AzSığorta" Ağsuda bazarın yanmasına görə niyə sığorta pulu ödəmir? - GİLEY
Tarix: 2-12-2020, 12:38 | Çap et
Ağsu şəhərindəki mərkəzi bazarda baş vermiş yanğından iki ildən çox vaxt keçsə də, “Azsığorta” dəyən zərərə görə sığorta ödənişini etməkdən imtina edib. Şikayətçilərin iddiasına görə, şirkət bununla bağlı məhkəmə prosesini süni əsaslarla uzadaraq qərara təsir etməyə çalışır.
diaaz.space xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən 23 nəfər icarədar bildirib ki, 2018-ci il aprelin 15-nə kimi fəaliyyət göstərdikləri Ağsu şəhərində yerləşən mərkəzi bazarda irimiqyaslı yanğın olub: “Hadisə nəticəsində bazara daşınmaz əmlak üzrə 75 541 manat, daşınar əmlak üzrə 114 606 manat məbləğində zərər dəyib:
"Bazarın sığortalı olmasına baxmayaraq, “Azsığorta” adlı sığorta şirkəti bizimlə, yəni bazarda işləyən sahibkarlarla ədalətli rəftar etməyib, yanğın hadisəsi ilə bağlı zərəri vaxtında və düzgün qiymətləndirməyib, sığorta tələbi üzrə sığorta ödənişini mümkün olan ən tez müddət ərzində ödəməyib". Bununla bağlı bazar rəhbərliyinin iddiası üzrə məhkəmə prosesi Bakı Kommersiya Məhkəməsinin hakimi Səbinə Nuriyevanın sədrliyi ilə aparılır.
İcarədarlar iddia edir ki, “Azsığorta” şirkəti prosesi süni əsaslarla uzadır: “İki ildən çoxdur ki, gedən sığorta mübahisəsi hələ də öz həllini tapmayıb. Sığorta şirkəti öz təsir imkanlarından istifadə edərək bizə dəymiş zərərin ödənilməsindən boyun qaçırır, Mərkəzi Banka və Məhkəmə Hakimiyyəti orqanlarına ödənişin verilməməsi üçün təsir göstərir.
“Azsığorta”nın sığorta ödənişini etməməsinə görə bazar normal fəaliyyətinə qayıda bilməyib. Ağsu mərkəzi bazarının fəaliyyətini tam bərpa edə bilməməsi rayondakı iqtisadi aktivliyə, vətəndaşların və icarədarların sosial rifahına mənfi təsir göstərir. Yanğın baş verdikdən sonra istintaq hadisənin qəsdən törədilmədiyi qənaətinə gəlib və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi bazara tikinti üzrə 75 min 541 manat zərər dəydiyini açıqlayıb. Lakin sığorta şirkəti nazirliklə razılaşmır və illərlə prosesi uzadaraq sahibkarı iflas vəziyyətinə gətirir. Bazarın faəliyyətini tam gücü ilə bərpa edə bilməməsi iqtisadi fəaliyyətin zəifləməsinə, bununla da vətəndaşların qazancının, dövlət büdcəsinə ödənilməli olan vergilərin azalmasına səbəb olur”.
Bazarın həmtəsisçisi Varis Nəzərov bildirir ki, ilkin olaraq sığorta şirkətindən onlara deyilib ki, ödəniş bir qədər vaxt aparan prosesdir, səbr eləmək lazımdır: “Amma bizi əmin elədilər ki, ödəniş olacaq. Ekspertiza da icazə verdi ki, bərpa işlərinə başlayaq. Çünki onlar araşdırma üçün nə lazımdısa, artıq eləmişdilər. Biz də borc tapıb, bərpa işlərinə qismən başladıq. Düşündük ki, sığorta ödəniləndə borcu qaytaracağıq. Bundan sonra sığorta şirkəti bizə 75 min əvəzinə 15 min təklif elədi, bizi aldatdılar”.
Bazarda işləyən satıcılar da deyir ki, sığorta ödənişi ediləcəyini düşünüb, borcla bərpa işlərinə başlayıblar: "İnandıq ki, pulumuz ödəniləcək. İşin dayanmasını da istəmirdik, çünki evimizə buradan çörək aparırıq. İşə başlamağımız bunları lap arxayınlaşdırdı”.
Bazar rəhbərliyi və icarədarlar məsələ ilə bağlı Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova, Mərkəzi Bankın sədri Elmar Rüstəmova, parlamentdə Ağsunu təmsil edən deputat Tahir Kərimliyə müraciət ediblər. Bununla bağlı sənədləri redaksiyamıza təqdim ediblər.
“Qafqazinfo” məsələ ilə bağlı “Azsığorta” şirkəti ilə əlaqə saxlayıb. Şirkətdən bildirilib ki, iş məhkəmədə olduğu üçün şərh edə bilmirlər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Bu gün, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Bu gün, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Bu gün, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Bu gün, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Bu gün, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Bu gün, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Bu gün, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Bu gün, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Bu gün, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Bu gün, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Bu gün, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04 |
|
|
|
• Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58 |
|
|
|
• Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57 |
|
|
|
• Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55 |
|
|
|
• Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50 |
|
|
|
• Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47 |
|
|
|
• İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45 |
|
|
|
• Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28 |
|
|
|
• Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
• Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23 |
|
|
|
• Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10 |
|
|
|
• Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08 |
|
|
|
• Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06 |
|
|
|
• Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04 |
|
|
|
• “Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47 |
|
|
|
• "Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43 |
|
|
|
• Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41 |
|
|
|
• Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib
Bu gün, 14:40 |
|
|
|
• “Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” - Seyran Səxavətdən sərt sözlər
Bu gün, 14:22 |
|
|
|
• “Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” - Şimaldan gələn təhlükə
Bu gün, 14:02 |
|
|
|
• Paşinyanın ABŞ-yə plansız səfəri... - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Putin üçün tribunal layihəsi təsdiq edilib
Bu gün, 13:58 |
|
|
|
• "Məsul şəxslər cəzalarını alacaqlar" - Sektor müdiri məktəbdəki biabırçılıqdan danışdı
Bu gün, 13:05 |
|
|
|
|