Ucarın başçısı imkansız qazini qəbul etmir - NARAZILIQ!
Tarix: 18-12-2020, 14:00 | Çap et
44 gün davam edən Vətən savaşı 10 noyabrda Ermənistanın kapitulyasiya sənədini imzalaması ilə sona çatıb. Şübhəsiz ki, bu qısa müddətdə qazanılan qələbənin arxasında Azərbaycan əsgəri, zabiti dayanır. Onların bəziləri Vətən yolunda canından keçdi, bəziləri də bədənlərinin müxtəlif hissəsini itirərək qazi oldu.Şəhid və qazilərimiz üçün dövlətimiz lazımi tədbirləri zamanla həyata keçirir. Təbii ki, bu işlərin reallaşması üçün zaman tələb olunur. Hər bir şəhid və qazinin üzərində dövlətin ciddi diqqəti, qayğısı və nəzarəti var.
Fəqət, qazilərimizlə maraqlanıb onların problemlərini dövlətə çatdıran İcra Hakimiyyətləri olmalıdır. Onlar mütəmadi olaraq şəhid və qazi ailələrinə baş çəkməli, problemlərini ən qısa zamanda həll etmək üçün səy göstərməlidirlər.
Təəssüflər olsun ki, bu gün biz İcra Hakimiyyətlərini tamam əks mövqedə görürük.
Bir çox qazilərimiz var ki, bu gün onlar dövlət qayğısına ehtiyac duyur. Onlardan biri də Suqovuşan uğrunda ayağından yaralanan qazi Elgün Fərəcovdur.
Ucar rayonundan olan qazimiz bu günlərdə videomüraciət edərək icra başçısı Mənsur Məmmədovun onu qəbul etmədiyini söyləyib. Müharibə bitən andan 36 gün keçsə də Ucar rayon İcra hakimiyyəti hələ də qazilərimizin evinin yolunu belə tanımır.
Nəzərə alsaq ki, Suqovuşan hələ Vətən müharibəsinin ortalarında azad olunub, Ucar RİH-nin qazimizdən 2 aya yaxındır ki, xəbərinin olmadığını əminliklə deyə bilərik.
Qazi E.Fərəcov deyib ki, sadə vətəndaşlardan ona yardım edən və baş çəkən olsa da Ucar rayon İcra nümayəndəliyindən bir nəfər belə onunla maraqlanmayıb.
Daha sonra ailəsi onu icra başçısı M. Məmmədovun qəbuluna aparsa da, başçı onlara "çıxıb getsinlər, koronadır"- deyib... Hər halda M.Məmmədov onların şikayətini, dərdini, ağırısını onlayn bağlantı ilə də dinləyə bilərdi. Görünür, Ucar rayonunun İcra başçısı qazilərimizə çox laqeyd yanaşır. Sözügedən videoda da qeyd olunur ki, E.Fərəcov Ucarda qayğıya ehtiyacı olan tək qazi deyil.
Qazinin anasının dediklərinə görə atasını itirən Elgün evdə 10 nəfəri təkbaşına dolandırırdı. Ev də ki, hansısa köhnə müəssisənin təkcə bir otağı... Qazimizin bu vəziyyətində "koronadır" deyərək qorxub onları qəbul etməyən İcra başçısı M. Məmmədov bilməlidir ki, ucarlı Elgün qazimiz virus, ya da hansısa bir qorxu bilmədən düşmən üzərinə gedirdi. Bu gün virus bəhanəsi ilə onların müraciətinə baxmamaq çox absurd və gülüncdür.
Məsələ ilə bağlı sabiq deputat, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev "Sherg.az"a öz fikirlərini bildirib:
"Hesab edirəm ki, qazilərimizə və şəhid ailələrinə münasibət kökündən dəyişməlidir. Azərbaycan Prezidentinin müharibə qəhrəmanlarına, qazi və şəhidlərimizə göstərdiyi qayğı hər kəs üçün bir nümunə olmalıdır. Sadə vətəndaşdan, icradan tutmuş ən yüksək vəzifəli şəxslərin belə şəhid və qazilərimizin qarşısında bir öhdəliyi var. Bizim hər birimizin onlara borcu var və həmin borcu müəyyən qədər də olsa ödəməliyik. Bu, vəzifəli şəxsin vəzifəsindən asılı olan bir şey də deyil, bu, mənəvi borcdur. Koronavirusun isə bununla heç bir aidiyyəti yoxdur, onlar istənilən vaxt qəbul edilməlidirlər.
Bilirsiniz, Vətən müharibəsindən sonra 2783 şəhidimiz oldu, 1800-ə yaxın yaralı və qazimiz var. Düşünürəm ki, onlarla, onların ailələri ilə maraqlanmaq hər bir vəzifəli şəxsin ən birinci işi olmalıdır.
Mən Mansur müəllimi tanıyıram, o, belə məsələlərə ehtiyatla yanaşmış peşəkar məmurlardan biridir. Əgər həqiqətən belədirsə bu, çox pis haldır. Çünki cənab Prezidentin məmurların vətəndaşlarla necə münasibəti olması ilə bağlı baxışını çox yaxşı bilirik. Möhtərəm Prezident demək olar ki, hər çıxışında deyir ki, mən xalqın bir nömrəli xidmətçisiyəm. Fikrimcə, məmurlar bundan bir ibrət dərsi götürməlidirlər”.
Ə.Nuriyev məsul orqanların məsələni dəqiqliklə araşdıracaqlarına əminlik ifadə edib:
“Bilirsiniz, kapitulyasiya imzalansa da müharibə hələ davam edir. Düzdür, biz qalib gəldik, amma hələ də erməni silahlıları dəfələrlə təxribatlar törədir. Və əsgərlərimiz onların qarşısını canları bahasına alıb Vətəni qoruyurlar. Belə bir halda istənilən idarə məmurları və yerli icra nümayəndələri nəinki qazi və şəhid ailələri ilə, həmçinin, hərbi xidmətdə olan əsgərlərimizlə maraqlanıb onların hər bir ehtiyaclarını ödəməlidirlər.
Və mən bilirəm ki, bir çox əsgərlərimiz ailənin tək oğludur və ailəyə məhz onlar baxırdı. İndi ailənin yeganə işləyən şəxsi hərbi xidmətdədir. Bəzilərinin ata-anası xəstədir. Təəssüf ki, onlara baxıb, onları axtaran yoxdur bəzi hallarda. Ona görə də bu ailələrə xüsusi diqqət olmalıdır ki, əsgərlərimizin də gözü arxada qalmasın”.
Fondu rəhbəri qeyd edib ki, cənab Prezident hər gün şəhid və qazilərinizə, müharibə qəhrəmanlarına digər qayğılar üçün sərəncamlar imzalayır, orden və medallarla təltif edir. Və bu bir örnəkdir:
“Bu, hər bir məmur üçün məsələyə necə yanaşmalı olduğunun göstəricisidir.
Bu baxımdan hesab edirəm ki, xüsusi ilə də hazırkı şəraitdə heç bir şəhid və qazi ailələrini, eləcə də hazırda hərbi xidmətdə olan əsgərlərimizin ailələrini və özlərini diqqətdən kənarda qoymaq olmaz. Əgər istənilən məmur öz vəzifəsini icra edə bilmirsə, şəhid və qazilərimizə, o cümlədən əsgəri xidmət həyata keçirən şəxslərimizə hörmətsiz münasibət bildirirsə, onlar həmin vəzifədə qala bilməz".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Bu gün, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Bu gün, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Bu gün, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Bu gün, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Bu gün, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Bu gün, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Bu gün, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Bu gün, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Bu gün, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
|