Cavid Qurbanov Kəlbəcərin bərpasına QOLLARINI ÇIRMAYACAQMI? - İNCƏ MƏQAM...
Tarix: 31-03-2021, 11:57 | Çap et
“Yaxşı, buna ürəyi gəlmirsə, heç olmasa, bir 5-10 milyon xərcləyib həmin torpaqlar uğrunda canlarını qoymuş bir 100 qazini müalicə etdirsin, şəhid ailələrinə yardım etsin...” "Azərbaycanın dünyada, o cümlədən Rusiyada ermənilərinkindən qat-qat zəngin və nüfuzlu milyarderləri, milyonçuları var. Amma bəzilərini istisna etməklə, əksəriyyətinin öz vətənlərinə - Azərbaycana qarşı məhəbbəti, dəstəyi qətiyyən hiss olunmur. Son günlər ermənilər vurhavur Ara Abramyandan danışır. Amma Rusiyada bizim Vahid Ələkbərov, Araz Ağalarov kimi nüfuzlu, milyarder iş adamlarımız fəaliyyət göstərir. Di gəl ki...” Bu fikirləri Moderator.az-a açıqlamasında politoloq, istiqlalçı deputat Cümşüd Nuriyev söyləyib. “Vahid Ələkbərovun varidatı, son məlumatlara görə, 25 milyard dolları ötməkdədir. O istəsə, işğaldan yeni azad olunmuş rayonların, məsələn, Kəlbəcərin, Ağdamın, Füzulinin və s. bərpası üçün 1 milyardından keçə bilməz? Yaxşı, buna ürəyi gəlmirsə, heç olmasa, bir 5-10 milyon xərcləyib həmin torpaqlar uğrunda canlarını qoymuş bir 100 qazini müalicə etdirsin, şəhid ailələrinə yardım etsin... Mənim ümidim bir az “AzNar”ın sahibi Fərhad Əhmədovadır. Onun əsli Qubadlıdandır. Bəlkə o, nəsə edə...”- deyə sabiq deputat bildirib. “Bəlkə Rusiyadakı milyarderlərimiz Azərbaycana dəstək vermək istəyirlər, amma Putindən ehtiyat edirlər?” sualına cavabında isə Cümşüd Nuriyev belə deyib: “Xeyr, bu, boş söhbətdi... İstəsələr, hər şey edərlər. Hamısının, o cümlədən, Vahid Ələkbərovun Azərbaycanda onlarla törəmə şirkəti var. Onlar vasitəsilə pul köçürə bilərlər... Hər şey etmək olar. Sadəcə, istək, qeyrət gərəkdir...”
DİA.AZ-dan QEYD:
Varidatı 25 milyardı ötən Vahid Ələkbərovun Kəlbəcərin və digər işğaldan azaad edilmiş rayonlarımızın bərpasına cəlb olunmaları real görünməyə bilər. Ən azından Vahid Ələkbərov və onun kimi xaricdə yaşayan digər imkanlı soyaşlarımız Azərbaycandan uzaqdadırlar və əllərindəı olan sərvətləri Azərbaycanda qazanmayıblar. Amma Azərbaycanda sərvət sahibi olanlar da var ki, onları da bu gün BƏRPA PROSESİNDƏN kənarda görürük.
Biri elə əslən Kəlbəcər rayonundan olan Cavid Qurbanov. Ölkənin baş dəmiryolçusu postunu tutan Cavid Qurbanov Vahid Əlkəbərovdan imkanca geri qalsa da, ən azından doğma rayonunun bərpasına 5-10 milyon dollar ianə edəcək gücdədir.
DİA.AZ olaraq yeri gəldiyindən Cavid Qurbanovun sərvəti barədə yerli KİV-də yayılmış faktları təkrar olaraqdiqqətinizə təqdim edirik:
***
Əslində Qurbanovun nəqliyyat, logistika, tikinti, daşınmaz əmlak, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən şirkətləri Birləşmiş Ərəb Əmirliklərindən tutmuş Böyük Britaniyayadək yayılıb.
Cavid Qurbanovun biznesinin özəyini təşkil edən qruplardan biri “Azercon” Açıq Səhmdar Cəmiyyətidir. Qrupa “Süsən Aqro” MMC, “Lor Hospital” MMC, “Retro Park” Mənzil Tikinti Kooperativi və “American Hospital Tbilisi” daxildir.
Bundan başqa, “Azercon” ASC 2013-cü ilin avqust ayından etibarən Türkiyədəki “Aga Enerji Nakliyat Madencilik İnşaat Sanayi ve Ticaret A.Ş”-nin sahibidir.
LOR Hospital Bakıda 2013-cü ildən fəaliyyətdədir. Klinika burun, qulaq, boğaz xəstəliklərinin müalicəsi, eləcə də plastik əməliyyatların aparılması sahəsində ixtisaslaşıb.
“Süsən Aqro” MMC 2011-ci ildə yaradılıb. Bu şirkət Ağsu rayonunda və Türkiyədə əkinçilik və toxumçuluqla məşğuldur. Şirkətin çoxlu sayda kənd təsərrüfatı texnikası və anbarlar kompleksi var.
“Retro Park” MTK Bakıda çoxmərtəbəli yaşayış kompleksi inşa edir.
Məbləği açıqlanan ən iri sərmayə isə qrupun Gürcüstandakı törəmə müəssisəsi olan “Sayalı” MMC-nin orada inşa etdiyi “American Hospital Tbilisi”-yə yatırılır. Bu layihəyə toplam 30,5 milyon ABŞ dolları sərmayə yatırmak nəzərdə tutulur.
Qrupun ana şirkəti -“Azercon” ASC isə avtomobil yollarının tikintisi və təmiri ilə məşğuldur.
“Mossack Fonseca” hüquq şirkətindən sızdırılmış “Panama sənədlərinə” görə “Azercon Group Limited” şirkətinin təsisçisi Cavid Qurbanovun atası Qəmbər Şəmşir oğlu Qurbanovdur. Bir müddət Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Qənbər Qurbanov 2009-cu ildə “Gəncəbank” ASC-nin səhmlərinin 33,34%-ni satın alıb.
Cavid Qurbanovun oğlu Şəmşir Şəmşirlinin də biznesi var. O, hətta vaxtilə Ziya Məmmədovun oğlu Anar Məmmədovla və iş adamı Hafiz Məmmədovla şərik olub.
Uzun müddət Milli Məclisin deputatı olmuş Cavid Qurbanov son parlament seçkilərində namizədliyini irəli sürməsə də qohumu Aqil Məmmədov 123 saylı Kəlbəcər seçki dairəsindən millətvəkili seçilib. Kəlbəcərin icra başçısı olan Məmmədov Qurbanovun karyera yüksəlişində də xüsusi rolu olub.
Azərbaycan mətbuatı həm də yazır ki, hakimiyyət baş dəmiryolçuya qumar və mərc sahəsini tapşırıb. Qurbanovun təsir dairəsində olan “Baltech İnvestment” şirkəti Azərbaycanda totalizator oyunlarında mərcin elektron qaydada kəsilməsi məqsədilə 2011-ci ildə yaradıb. Vəsilə Abdulova Qurbanovun “TOPAZ” qumarına nəzarət edən şəxsdir. Abdulova həmçinin “Azərbaycan Dəmir Yolları”nın Maliyyə İdarəsinin müdir müavinidir.
Cavid Qurbanova bağlılığı olam “Baltech” qrupu Türkiyədə də geniş fəaliyyətdədir. İnşaat, daşınmaz əmlak, kənd təsərrüfatı, nəqliyyat, turizm, enerji istehsalı və digər sahəsində fəaliyyət göstərən çoxlu sayda şirkətləri birləşdirir.
***
İndi belə bir imkan və ixtiyar sahibinin öz doğma rayonunun inşasından kənarda tutulması, kənarda durması da anlaşılan deyil...
***
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Bu gün, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Bu gün, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Bu gün, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Bu gün, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Bu gün, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Bu gün, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
|