Şəmkirdə Fazil Məmmədov hakimiyyəti: Mahir Rəfiyev kimdir? - ŞOK FAKTLAR...
Tarix: 14-12-2021, 11:54 | Çap et
DİA.AZ: - "Fazil Məmmədov 17 ildən artıq Vergilər naziri vəzifəsində işlədi. Bu illər ərzində vergi siyasəti ilə yanaşı, Fazil Məmmədov Şəmkir, Gədəbəy, Qazax, İsmayıllı və Binəqədi rayonlarının “qeyri-rəsmi kuratoru” statusunu daşıdı. Bu rayonlara icra başçısı təyinatları birbaşa Fazil Məmmədovun təqdimatı əsasında həyata keçirildi. Fazil Məmmədov belə xüsusi imtiyazlar əldə etdikcə, əhatə dairəsini genişləndirməyə çalışdı. Vergilər Nazirliyində toplanılan əlavə pulları ətrafında və tabeçiliyində olan işçilərə yüksək “paket” verməklə, bir çox kadrları öz çətiri altında toplamağa nail olmuşdu". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "İnternet resurslarında 2014-cü ildə “FAZİL MƏMMƏDOV "VURAN ƏLİNİ" NİYƏ İCRA BAŞÇISI GÖNDƏRDİ? - Siyahıda daha kimlər var?” başlıqlı yazıda çox geniş təhlillər aparılmışdır. Bu yazıda ən çox diqqət çəkən məqam Fazil Məmmədovun müşaviri Mahir Rəfiyevin Neftçala rayonuna başçı təyin olunması üçün görülən işlər idi.
MAHİR RƏFİYEV KİMDİR ? RƏŞAD TAĞIYEVLƏ NƏ ƏLAQƏSİ ?
Haqqında intertet resurslarında apardığımız araşdırmanın ŞOK nəticələrini Sizlərə təqdim edirik. Oxucularımızdan çox diqqətli olmağı xahiş edirik.
Mahir Əhmədağa oğlu Rəfiyev 1963-cü ildə Neftçala rayonunda anadan olub. 1981-1985-ci illərdə Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. Deyilənlərə görə Fazil Məmmədovla tələbə yoldaşı olublar. 1985-1987-ci illərdə Almaniya Federativ Respublikasında hərbi xidmətdə olub. 1988-1994-cü illərdə Neftçala rayonunda müxtəlif işlərdə, o cümlədən Neftçala rayon İcra Hakimiyyətində işləyib. Sonradan özəl sektora transfer olunan Mahir Rəfiyev, ləğv olunan günə qədər Fazil Məmmədova məxsus olan, Ata Bank ASC-nin İdarə Heyətinin sədri və Fazil Məmmədova məxsus olan digər şirkətlərin rəhbəri olmuşdur. Nəzərə alsaq ki, Rəşad Tağıyev də əslən Neftçala rayonundandır, atası mərhum Ənvər Tağıyev uzun müddət Neftçala rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləyib, araşdırmamız getdikcə maraqlı olur.
Mahir Rəfiyev sonradan Vergilər Nazirliyində müxtəlif yüksək vəzifələrdə, o cümlədən baş idarə rəisi, nazir müşaviri işlədiyi zamanlarda Fazil Məmmədovun Çexiyada biznesini idarə etməyinə dair internet resurslarında bir çox məlumatlar vardır.
Rəşad Tağıyev 1981-ci ildə Neftçala rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, Ukraynada Hüquq üzrə maqistr təhsili almışdır. 2003-cü ildən, yəni 22 yaşından İqtisadiyyat Nazirliyində işə başlamış, 2007-2013-cü illərdə, yəni Fərhad Məmmədov həbs olunandan 2 il sonra, “Ata Konsaltinq” MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və “Konsaltinq-AZ” MMC-də Baş direktorun müavini kimi fəaliyyət göstərib.
Əgər diqqət yetirdinizsə, Rəşad Tağıyevin karyerasının uğurlu qurulmasında, gənc yaşlarında irəli çəkilməsində Mahir Rəfiyevin nə qədər xidmətləri olmuşdur.
Fazil Məmmədovun Şəmkir rayonunda bir çox biznes obyektlərinin mövcud olması haqqında artıq hər kəsin məlumatı var. Rayonda dolaşan söz-söhbətə görə 2017-ci ilin dekabr ayında Fazil Məmmədovun işdən azad olunmasından sonra, öz doğma rayonuna qayıdaraq burada müəyyən tikinti işlərinin aparılmasına çalışmışdır. Lakin Alimpaşa Məmmədovun dirənişi nəticəsində Fazil Məmmədovun işləri dayandırılmışdır. Bu zaman Fazil Məmmədov Alimpaşa Məmmədovdan kompomat toplamaq üçün, zamanında özünün dəstəyi ilə vəzifəyə təyin olunmuş, özünün yaxın qohumu Qüdrət Əliyevi işə salır. Qüdrət Əliyev Şəmkir rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini kimi Alimpaşa Məmmədovun bütün işlərindən həm xəbərdar idi, həm də artıq güvənini qazanaraq bütün rüşvət və korrupsiya əməllərinin icraçısı idi. Və məqam yetişən anda bütün məlumatlar aidiyyəti dövlət orqanlarına ötürülür və Alimpaşa Məmmədov həbs olunur.
RƏŞAD TAĞIYEVİ İCRA BAŞÇISI KİMİ ÇARƏSİZ EDƏN NƏDİR ?
Alimpaşa Məmmədov həbs olunandan sonra Şəmkir rayonuna başçı təyinatı uğrunda amansız mübarizə başladı. Bir çoxları Fazil Məmmədov faktorunu təmiz unudaraq, yeni təyin olunacaq kadrın birbaşa mərkəzi hakimiyyətə tabe şəxs olacağını gözləyirdi. Alimpaşa Məmmədov Şəmkir rayonuna rəhbərlik etdiyi dövrlərdə belə, heç vaxt kadr məsələlərində sərbəst olmamışdır. Təyin etdiyi bütün kadrları Fazil Məmmədovla razılaşdırmışdır.Təbii ki, Rəşad Tağıyevin icra başçısı təyin olunmasında nə Mahir Rəfiyevin, nə Fazil Məmmədovun heç bir rolu olmamışdır. Rəşad Tağıyevin 2013-cü ildən sonrakı karyerasına nəzər salaq: 2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb.2018-2020-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, son təyinata qədər isə Təhsil Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb. Lakin apadığımız gərgin təhlillər nəticəsində aydın olur ki, Fazil Məmmədov Mahir Rəfiyev vasitəsi ilə əlaqələrini işə salaraq, Rəşad Tağıyevin Şəmkir rayonunu idarə etməsinə çox ciddi təsirlər göstərməkdədir. Elə bunun ən ciddi sübutu Qüdrət Əliyevin hələ də Təhsil Şöbəsi kimi böyük və vacib strateji sahəyə rəhbərlik etməsi və günü gündən Rəşad Tağıyevə yaxınlaşmasıdır. Digər maraqlı məqam, İcra Hakimiyyətində Alimpaşa Məmmədovun dövründə Fazil Məmmədovun “xeyir-duası” ilə təyin olunmuş başçının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayevanın və digərlərinin işlərində qalmalarıdır.
Bununla da əmin ola bilirik ki, Şəmkirdə yeni Fazil Məmmədov erası başlanmaqdadır. Rəşad Tağıyev Mahir Rəfiyevə, Mahir Rəfiyev isə Fazil Məmmədova mənəvi borcunu ödəmək üçün məqam və zaman yetişmişdir...
Araşdırmalarımız davam edir…"
İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləi dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53 |
|
|
|
• “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51 |
|
|
|
• Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40 |
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Dünən, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Dünən, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Dünən, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Dünən, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Dünən, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Dünən, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Dünən, 16:38 |
|
|
|
• Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Dünən, 16:35 |
|
|
|
• "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Dünən, 16:32 |
|
|
|
• Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Dünən, 16:25 |
|
|
|
• Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Dünən, 16:09 |
|
|
|
• Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Dünən, 16:06 |
|
|
|
|