"Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı .....                     Jan Noel Baro niyə bu qədər narahatdır? .....                     Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” .....                     "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi' .....                     Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir .....                     Lerikin icra başçısı İTTİHAM OLUNUR .....                     Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? .....                     “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları .....                     Azərbaycanda səhmdar cəmiyyət .....                     “Azinşaat Servis” ASC səhmdarlarının .....                     "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" .....                     “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” .....                     Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək .....                     "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq .....                     Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... .....                     Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat .....                     Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi .....                     Azərbaycanda çörək bahalaşdı .....                     Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır .....                     Moskvadan gəırginliyi artıran addımlar: .....                     Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur .....                     Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil .....                     "Paylaşımı silmək üçün 10 min istədi" .....                     Azərbaycanda 2 yeni radio açılır .....                     Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb .....                     Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? .....                     FHN universitetdə yoxlamalar apardı .....                     " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" .....                     AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib .....                     Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb .....                     Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib .....                     Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu .....                     "Roşka" yenidən .....                     Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib .....                     Ailəsi Lalə Şövkətin .....                     İrəvan xanlığı yaranacaq .....                     İrəvan Aİİ-dən çıxsa... .....                     Azərbaycanda müavinsiz işləyən icra başçıları .....                     Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir .....                     "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi .....                 

Naxçıvanda ƏCAİB-QƏRAİB İŞLƏR... - NƏ BAŞ VERİR?
Tarix: 16-12-2021, 12:23 | Çap et
Naxçıvanda ƏCAİB-QƏRAİB İŞLƏR...
Məlum olduğu kimi, Azərbaycanın xalq artisiti Həsən Ağasoy özünün vatçap səhifəsində qələmə aldığı ərzi-gileyinin qurbanına çevrilib. Belə ki, 7 ay əvvəl xalq artisti paylaşdığı statusunda korrupsioner məmurların ölkəni talamasından gileylənmiş, sadə insanların çətinliklə dolandığını bildirmiş və bu cür ədalətsizliklərə son qoyulmasını tələb etmişdi. DİA.AZ xəbər verir ki, bu barədə ovqat.com məlumat yayıb.

“Xan” sarayının çuğulçuları bu ərzi-gileyi dərhal kopyalayıb Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbova çatdırmış, “Cənab Sədr”in qərarı isə xeyli acımasız olmuşdu: dərhal işindən qovulsun, ömrünün axırına qədər Naxçıvan küçələrində ac-yalavac gəzsin, yaratdığı bütün əsərlər arxivlərdən silinsin.

Naxçıvan “xan”ının fitvasından sonra Muxtar Respublikanın əlaqədar qurumları hərəkətə keçmiş, ilk növbədə xalq artisti işlədiyi Cəlil Məmmədquluzadə adına Naxçıvan Musiqili Dram Teatrına çağırılaraq, ondan öz xoşuyla işdən çıxması haqqında ərizə yazması tələb olunmuşdu. Əks halda xüsusi maddə ilə işdən qovacaqları mədəniyyət xadiminin diqqətinə çatdırılmışdı. “Könüllü” ərizə yazmaqdan imtina edən Ağasoy daha sonra Naxçıvan MR Mədəniyyət Nazirliyinə çağırılmış və bu “könüllüyün” məcburi olduğu ona bildirilmişdir. Yaxşı-yaxşı fikirləşməsi üçün xalq artistinə bir gün möhlət verilmişdi. Nəhayət, “xan” repressiyaları qarşısında ağ bayraq qaldıran H.Ağasoy yaxınlarını qorumaq naminə işdən çıxarılması barədə “könüllü” ərizənin altına imzasını atmışdı.

“Xan” rejiminin xalq artistinə basqıları bununla da məhdudlaşmamışdı. 7 ay evində ac-susuz saxlanılan Həsən Ağasoyun işinə bərpa olunması üçün Vasif Talıbova ünvanladığı çoxsaylı şikayət məktubuna Naxçıvan MR Ali Məclisindən, nəhayət, cavab gəlir. Xalq artistinə zəng edən Ali Məclisin Tural adlı sözçüsü ona bildirir ki, Musiqili Dram Teatrda işə bərpa sevdasından əl çəksin, yeni işlə təmin olunmaq üçün zəhmət çəkib dövlət qulluğu imtahanına hazırlaşsın. 63 yaşlı Həsən Ağasoy özünün xalq artisti olduğunu xatırladıb gənc mədəniyyət xadimlərindən əslində onun imtahan götürməsinin daha ədalətli olmasını bildirməsi, görünür, Ali Məclisin sözçüsü tərəfindən də haqlı qəbul edilmiş və ona növbəti “səmərəli təklif verilmişdir: yeni işlə təmin olunması üçün zəhmət çəkib Muxtar Respublikanın Məşğulluq İdarəsinə müraciət etsin.

Qarşısında yeni fürsətlərin doğduğunu düşünən xalq artisti işsiz oğlunu da götürüb Naxçıvan MR Məşğulluq İdarəsinə yollanmışdı. İdarədə ona “adına, şan-şöhrətinə layiq” işlər siyahısı təqdim olunmuşdur: hansısa “JEK”də süpürgəsi, istixanada gözətçi, bir çox müəssisələrdə santexnik və s. Di gəl ki, “xan” həzrətlərinin bu “humanist səmərəli təkliflərini” özünə hörmətsizlik kimi qiymətləndirən “nankor” xalq artisti ona göstərilən siyahıdakı iş yerlərinin heç birini bəyənməyib evinə qayıtmışdı. Ardınca da daha yeni sürprizlərlə qarşılaşmışdı. Naxçıvan TV-nin ekranlarında nümayiş etdirilən televiziya filmlərinin hamısından öz səsinin başqa aktyorun səsi ilə dəyişdirildiyini görən xalq artisti daha sonra hətta oynadığı rolların qayçılandığına da şahid olmuşdu. Bir sözlə, mərhum Prezident Heydər Əliyevin xüsusi hörmət bəslədiyi, “xalq artisti” adını verdiyi Həsən Ağasoy işdən çıxarıldığı 7 ay ərzində təkcə çörəklə sınağa çəkilməmiş, həm də mənəvi repressiyalarla üzləşmişdi. Yeganə günahı isə Prezident İlham Əliyevin dəfələrlə çıxışlarında lənətlədiyi korrupsiyaya qarşı mövqeyini ancaq yaxınlarının eşidəcəyi səviyyədə dilə gətirməsi, dolayısıyla dəstəkləməsi olmuşdu. Üstəlik, bütün bunlar Azərbaycanın Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” layihəsinin müzakirələri aparıldığı ərəfədə baş vermişdi. Xatırladaq ki, bu layihə çərçivəsində Avropa ilə inteqrasiya prosesini dərinləşdirmək istəyən tərəfdaş ölkələr, o cümlədən Azərbaycan qarşısında qoyulan şərtlərdən biri də korrupsiya ilə effektiv mübarizədir. Azərbaycanın Naxçıvan bölgəsində isə hətta korrupsiyanı astaca tənqid etmək belə, tarixdən silinəcək qədər ağır cinayət hesab olunur. Bu bölgədə yaşayan ziyalılardan sanki “Yaşasın korrupsioner məmurlar” şüarını səsləndirməsi tələb edilir. Zira korrupsioner məmurların lənətlənməməsinin alternativi ancaq bu şüar ola bilər ki, Həsən Ağasoy da məhz “xanlıq” rejiminin əsla bağışlamayacağı bu cinayəti törətmişdi.

"Xan dostu, amandı, qoyma, gəldi!
Didarı yamandı, qoyma, gəldi!

Vay, vay! Deyəsən bəşər deyil bu!
Bir şəklə uyan təhər deyil bu!"

M.Ə.Sabir


Əldə etdiyimiz məlumata görə, Ovqat.com-un və bir sıra media orqanlarının bu məsələni ictimailəşdirməsindən sonra xalq artisti yenidən MR Mədəniyyət Nazirliyinə çağırılıb. Düşünmək olardı ki, “xan” rejimi sonunda xalq artistinə qarşı aparılan repressiyaların barbarlıq olduğunu anlayıb və öz səhvini düzəltməyə qərar verib. Təsadüfi deyil ki, H.Ağasoyun yenidən Mədəniyyət Nazirliyinə çağrılması xəbəri yayılar-yayılmaz, Muxtar Respublikanın bütün mədəni ictimaiyyəti onun Musiqili Dram Teatrdakı işinə bərpa olunacağını gözləyirdi. Bu gözlənti o məntiqə əsaslandırdı ki, xalq artistinin iş yeri teatr ola bilər.

Mənbəmizdən aldığımız məlumatlar isə Naxçıvan MR mədəniyyət xadimlərinin bütün gözləntilərini alt-üst edəcək mahiyyətdədir. Məlumata görə, xalq artistinə bu səfərki təkliflər də əslində hansısa “JEK”də süpürgəçilikdən o qədər də fərqlənmir. Bildirilir ki, xalq artistinə əvvəl Naxçıvan şəhər mərkəzindən 15-20 km uzaqlıqda yerləşən Tumbul və ya Qaraxanbəyli kəndlərindən birində metodist vəzifəsi təklif edilir. Təkliflə razılaşmayan xalq artisti ilə “sövdələşmə” başlayır, sonunda onu Naxçıvan MR Mədəniyyət Nazirliyi yanında Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzdə medotist işinə razı sala biliblər. Xalq artistinin yeni vəzifəsindəki aylıq maaşı 300 manat civarında olacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41
Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38
Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36
"İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00
Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54
Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47
Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35
“Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32
Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05
“Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02
"Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53
“35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51
Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40
"Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33
Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31
Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28
Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18
Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14
Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11
Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00
Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58
Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21
"Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17
Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06
Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05
FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00
" Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58
AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54
Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41
Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40
Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38
"Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36
Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32
Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29
İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23
İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19
Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16
Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08
"2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02
İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58
Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Dünən, 16:55
Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Dünən, 16:51
Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Dünən, 16:47
“Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Dünən, 16:45
"Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Dünən, 16:44
PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Dünən, 16:39
İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Dünən, 16:38
Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Dünən, 16:35
"Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Dünən, 16:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru