Vəkillər Kollegiyası da Qarabağ Qazisinə qarşıdır? - NARAZILIQ!
Tarix: 30-12-2021, 16:26 | Çap et
DİA.AZ: - "Məhkəmə hüquq sistemində özbaşınalıqlar , qeyri -prosessual peşəkarlıq o həddə çatıb ki, məhkəmələr qərarlarını verməkdən imtina edir, proses iştirakçısılarına şər-böhtan atmaqdan, şantaj etməkdən belə çəkinmirlər. Başlıca işi fiziki və hüquqi şəxslərin məhkəmədə müdafiəsini təmin etmək olan Vəkillər Kollegiyası da gerçəkdə məhkəmə hakimiyyətinə, dövlət orqanlarına, ittiham, istintaq, təhqiqat orqanına vəkillik edir! (?)" Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "“Rəvan” sığorta şirkətinin Suraxanı icra məmuru Vüsal Əliyevlə cinayət əlaqəsinə girərək, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və təbii ki, icra sənədi olmadan düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ qazisi Xaliq Abbaszadənin pensiyasını ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinə məktub (?-M.B.) verməklə yarıqat edib yeməsindən 4 ilə yaxın vaxt keçir. Məhkəmənin icra sənədi olmadan vətəndaşın pensiyasının yarıqat edilməsi cinayət məsuliyyəti yaratsa da, nə prokurorluq, nə polis, nə də məhkəmənin özü açıq -aşkar korrupsiya, dələduzluq faktına nəinki hüquq qiyməti verir, əksinə, dələduz şirkətin, Suraxanı məhkəməsinin və icra və probasiya şöbəsinin cinayətini müdafiə edirlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Zaur Tağıyev Suraxanı icra və probasiya şöbəsinə qarşı bildirişi iclasın vaxtından bir həftə sonra verdiyi qərardadla mümkün saymayıb ki, ümumi məhkəmə baxmalıdır. Bu özbaşınalıq apellyasiya və ali səviyyədə qüvvədə saxlanılıb. Bakı İnzibati Məhkəməsi ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddianı 3 dəfə mümkün saymayıb və hər üçündə Ali Məhkəmə bu qərardadları ləğv edib. Axırıncı dəfə qərardadı ləğv edilən Nəriman Abıyevin “daxili inamı” Qarabağ qazisininin icra sənədi olmadan pensiyasının yeyilməsini qanuni sayıb. Bu “daxili inam satqınlığını” qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin 03.08.2021-ci il tarixli qərarı 5 aydır (?) Qarabağ qazisinə verilmir ki, kassasiya şikayəti versin. Bircə Nərimanov məhkəməsinin hakimi Vüqar Quliyev (bir neçə gün qabaq hakimlik fəaliyyətinə xitam verilib -M.B. ) 06.05.2019 tarixli qətnamə ilə Qarabağ qazisinin “Rəvan” sığorta şirkətinə qarşı iddiasını qismən təmin edərək yediyi 350 manatın bərpasını qət edib. Ədliyyə Nazirliyinin icra və probasiya şöbəsinin diqtəsi ilə “Rəvan” sığorta şirkətinin şikayətvermə müddətini keçirməsinə baxmayaraq, apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərilib, amma iddiaçı və müstəqil tələblər irəli sürən 3-cü şəxs Qarabağ qazisinin şikayətinin göndərilməsindən müddətin keçməsi bəhanəsi ilə imtina edilib. Bakı Apellyasiya Məhkəməsinin sədri Elşad Şamayev olan Məmməd Məmmədov və Aida Hüseyndən ibarət üçlüyü 29.08.2019 tarixli qətnamə ilə aşağı instansiyanın aktını ləğv edib ki, icra sənədi olmadan qazinin pensiyasının yarıqat edilməsi qanunidir. Hətta icra sənədi olsa belə “İcra haqqında” qanunun 68.1 maddəsinin TƏLƏBİN BORCLUNUN XİDMƏTİ VƏZİFƏSİNİ yerinə yetirərkən ALDIĞI XƏSARƏTLƏRƏ GÖRƏ ÖDƏNİLƏN MƏBLƏĞLƏRƏ YÖNƏLDİLƏ BİLMƏZLİYİNİ doğrulaması da düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını apardığı Qarabağ qazisinin əleyhinə təfsir olunub. Bakı Apellyasiya Məhkəməsinin sözügedən üçlüyü “xorla” bildirib ki, kassasiya şikayəti versə, mənzili əlindən alınacaq. Elşad Şamayev bu qeyri -prosessuallığına görə Ali Məhkəməyə təyinat alıb və Qarabağ qazilərinin çoxsaylı şikayətlərinə son qoymaq üçün “Rəvan” sığorta şirkətinin adından Yasamal məhkəməsində qazilərə qarşı xüsusi ittiham qaydasında cinayət işi sifariş edib! (?) Keçmiş həmkarı Ramin Qaraqurbanlı da şirkətin şərəf və ləyaqətinin olmamasına baxmayaraq, Qarabağ qazilərini bir neçə ay şirkətin “şərəf və ləyaqətini” ləkələməkdə xüsusi ittihamlı cinayət işi ilə şantaj edib. Elşad Şamayevin şantaja başı necə qarışıbsa, iddiaçı Qarabağ qazisinə ayırdığı vəkilin şikayəti yazmasını təmin etmək “yadından çıxıb” , 3-cü şəxs Qarabağ qazisinin vəkillə təminatı barədə ərizəsinə isə indiyədək baxmayıb. Qarabağ qazisinin kassasiya şikayəti bir ildən sonra artıq Elşad Şamayev Ali Məhkəmədə hakimlik edəndə Ali Məhkəmənin icraatına verilib. Təbii ki, Ali Məhkəmə öz hakiminin saxtalığını qüvvədə saxlayıb.
Konstitusiya Məhkəməsi də qazinin şikayətini araşdırmaqdan imtina edib ki, işin faktiki hallarına toxunulub. (? )
3-cü şəxs Qarabağ qazisinin kassasiya şikayəti vermək üçün vəkillə təminatı barədə ərizəsinə isə Məhkəmə Hüquq Şurasına, Ombudsmana, ali dövlət hakimiyyəti orqanlarına 2 illik çoxsaylı şikayətlərindən sonra 05.08.2021-ci ildə baxılıb və. .. Rəşad Həsənov, Məmməd Məmmədov və Vəfaddin İbayevdən ibarət üçlük vəkil ayrılmasından imtina edib. Səbəb kimi, 9 saylı vəkil bürosunun sədri Eldar Əliyarovun məhkəməyə məktub verməsi göstərilir. Guya 09.01.2019 tarixli qərardadla 3-cü şəxs Qarabağ qazisinə vəkil edilmiş Eldar Əliyarov qazinin telefona cavab verməməsi nədəni ilə şikayəti yaza bilməyib. Bəyəm şikayət telefonla yazılır və vəkilin zəngi necə sübut olunur? Ən başlıcası, Elşad Şamayev 29.08.2019 tarixli qətnaməsindən 8 ay qabaq- 09.01.2019-cu ildə kassasiya şikayəti verilməsi üçün vəkili necə ayıra bilər? Deyə bilərsiniz ki, texniki yanlışlıq olub, axı texniki yanlışlıq bir dəfə olar, Rəşad Həsənovun 05.08.2021 tarixli vəkil ayrılmasından imtina edən qərardadında bütün hallarda bir neçə dəfə 09.01.2019 tarixli qərardadla vəkil ayrılması vurğulanıb. Yəni, cinayətkar saxtalıq, vətəndaşın məhkəmə təminatı və müdafiəsi hüququna qadağa qoyulması göz önündədir. Ümumiyyətlə, 3-cü şəxs Qarabağ qazisinin tələbi üzrə heç bir qərar qəbul edilməyib. 9 saylı vəkil bürosu indi də şikayəti yazmaqdan imtina edir ki, iş üzrə heç bir qərar qəbul edilməyib və yataq xəstəsi Qarabağ qazisi yenə də telefona cavab vermir. Qarabağ qazisinin başqa bürodan vəkil ayrılması tələbinə isə elə cavab verilir ki, bilmirsən, Vəkillər Kollegiyası məhkəməyə vəkillik edir, yoxsa məhkəmədə müdafiəçiyə ehtiyacı olan Qarabağ qazisinə? ! Ötən gün Ombudsmanın sorğusuna cavab olaraq, VK-nın müavini Aydın Axundov bildirib ki, 06.08.2021 tarixli Bakı Apellyasiya Məhkəməsinin qərardadından kassasiya şikayəti vermək üçün qaziyə vəkil ayrılıb və yazılıb. Özbaşınalığa baxın, qazi 05.08.2021 tarixli qərardadla ona vəkil ayrılmasından imtina edilməsindən şikayət edir, Vəkillər Kollegiyasının müavini isə 06.08.2021 tarixli qərardaddan danışır. Belə hüquqla, belə müdafiə saxtakarlığı ilə 3-cü şəxs Qarabağ qazisinə heç pələng ilində də vəkil ayrılmasına ümid yoxdur".
İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləfin mövqelərini işıqlandırmağa hazırıq..
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53 |
|
|
|
• “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51 |
|
|
|
• Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40 |
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Dünən, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Dünən, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Dünən, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Dünən, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Dünən, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Dünən, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Dünən, 16:38 |
|
|
|
• Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Dünən, 16:35 |
|
|
|
• "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Dünən, 16:32 |
|
|
|
• Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Dünən, 16:25 |
|
|
|
• Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Dünən, 16:09 |
|
|
|
• Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Dünən, 16:06 |
|
|
|
|