Abutalıbovun ayağında qalan büdcə pullarının DAHA BİR QİSMİ... - Dövlət belə sümürülüb...
Tarix: 10-02-2022, 12:12 | Çap et
Bir neçə gün bundan öncə sosial şəbəkələrdə parkomatlarla bağlı maraqlı görüntülər paylaşılıb. Bu görüntülərdə dövlət büdcəsi hesabına alınan parkomatların Bakının Günəşli qəsəbəsindəki “yarmarka” adlanan ərazidə baxımsız vəziyyətdə saxlanıldığı əks olunub.
Qeyd edək ki, sözügedən aparatlar 2014-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin müvəqqəti parklanma yerləri layihəsinin icrası üçün sifariş edilmişdi. Bu layihəyə əsasən, həmin il Fransanın “Parkeon S.A” (indiki adı “Flowbird”) şirkəti xüsusi olaraq Azərbaycan üçün 1000 ədəd parkomat istehsal etmişdi.
Mətbuatda gedən xəbərlərə görə, həmin il ölkəyə gətirilən parkomatların 500 ədədi paytaxtın müxtəlif küçə və prospektlərində quraşdırılmışdı. Maraqlıdır ki, quraşdırılmayan parkomatların taleyi haqqında mətbuatda heç bir məlumata rast gəlmədik. Amma görüntülərdəki, parkomatların istifadə edilmədiyi üçün onların elə o vaxtdan anbarlara toplanıldığı istisna edilmir.
Bu aparatların istifadə edilməməsinin səbəbi isə sözügedən layihənin uğursuz olması və onun parklanma sahəsindəki problemi həll edə bilməməsi oldu. Əslində, bu layihənin uğursuzluğu qısa müddət ərzində özünü biruzə vermişdi. Ona görə də 2016-cı ildən lazımsız əşya hesab olunan parkomatları yavaş-yavaş yaşıl jiletli “parkovşik”lər əvəz etməyə başladı.
Parkomatların gözləntiləri doğrulda bilməməsinin əsas səbəblərindən biri onların istifadəsinin həmin dövrün qanunvericiliyi ilə ziddiyyət təşkil etməsi idi. Yəni bu aparatların vətəndaşlara cərimə yazmaq kimi bir funksiyası yox idi. Bunu o vaxt DYP əməkdaşlarının özləri də etiraf etmişdilər. Digər bir səbəb isə parkomatların şəhərdə lazımsız yer tutması və xidmət haqqının yüksək olması idi.
Həmin vaxt Bakının parklanma probleminin həlli üçün gətirilən amma hazırda istifadəyə yararsız hesab olunaraq, yığışdırılan parkomatlara böyük vəsaitlər sərf olunmuşdu. Bu aparatın bir ədədinin qiymətinin təxminən 8-9 min dollar aralığında olduğu bildirilir. Onların daşınma, quraşdırma və texniki xidmət xərclərini də nəzərə alsaq, söhbət ümumilikdə təxminən 10 milyon dollara yaxın bir xərcləmədən gedir.
Ekspertlərin araşdırmalarına görə, bu parkomatlardan hər il 2 milyon manata yaxın pul toplanılıb. Bu pulların Tarif Şurasının və Nazirlər Kabinetinin heç bir qərarı olmadan yığılaraq müxtəlif şəxslərin cibinə getməsi isə heç kimə sirr deyil...
Xatırladaq ki, parkomatların ölkəyə gətirilməsi Bakının sabiq meri Hacıbala Abutalıbovun dövrünə təsadüf edir. Onların quraşdırılması, texniki xidməti, pulların toplanması və s. işlərə isə Bakı şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayevin rəhbərlik etdiyi bildirilir. Lakin 2016-cı ildə ictimaiyyətin ciddi narazılığına səbəb olan bu aparatların qanunsuz olaraq quraşdırıldığı ortaya çıxdığından, H.Abutalıbov H.Abdullayevi vəzifəsindən uzaqlaşdırmalı olub. Onun işdən çıxarılmasına səbəb kimi paytaxtın bir neçə nöqtəsində onlarla qanunsuz parkomat quraşdırması və dayanacaq yaratması göstərilib.
Qeyd edək ki, hazırda baxımsız vəziyyətdə çürüyən bu parkomatların texniki göstəriciləri heç də pis hesab olunmur. Doğrudur, aparatların istehsal tarixi köhnədir, amma nəzərə almaq lazımdır ki, bu cihazlar müasir dövrün tələblərinə uyğun hazırlanıb. Eyni zamanda, parkomatların iş prinsipi və istifadəsi çox sadədir. Bu cihazlar nağd ödənişlə bərabər, “sms” bildiriş sistemi və “şəhər kartları” ilə də işləyir. Aparatlar günəş panelləri hesabına enerji toplayır. Sürücülər müəyyən olunmuş ərazidə avtomobili saxladıqdan sonra parkomata yaxınlaşıb müvəqqəti durma vaxtını seçir, pulunu ödəyir və aparatdan ödənişə görə götürdüyü qəbzi avtomobilinin şüşəsinin görünən hissəsində yerləşdirir.
Sözügedən aparatların niyə bu anbarlara toplandığına gəlincə, müvafiq qurumlar - BNA və Bakı Şəhər İcra Hakimiyyəti məsələdən xəbardar olmadıqlarını bildiriblər.
Qeyd edək ki, bir neçə gün bundan öncə BNA Bakı Şəhər İcra Hakimiyyətinin və Daxili İşlər Nazirliyinin tabeliyinə verildiyindən, artıq parklanmayla bağlı səlahiyyətlər də bu iki quruma həvalə edilib.
Ümumiyyətlə, parkomatların sökülməsi kimi xəbərlər tez-tez mətbuatda, sosial şəbəkələrdə müzakirə mövzusu olub. 2018-ci ildə parklanmayla bağlı səlahiyyətlər BNA-ya veriləndən sonra qurum parkomatların sökülməsi üçün müəyyən addımlar atmışdı. Lakin bu sahədəki səlahiyyətlərin yenidən İcra Hakimiyyətinə verilməsi parkomatların gələcək taleyini də qeyri-müəyyən edib. Bu səbəbdən də parklanmayla bağlı müvafiq qurumların hansı qərar verəcəyi cəmiyyətin maraqla gözlədiyi məsələlərdən biridir.
İndiyə qədər parklanmadakı qeyri-müəyyənlikdən faydalanan şirkətlər isə bu aparatların köməyi ilə külli miqdarda gəlir əldə ediblər. Parkomatların əsas mənfi cəhəti də elə şəffaf idarəetmə sisteminin olmamasıdır. Hazırda İcra Hakimiyyətinin tabeliyində olan parkomatlar ola bilsin ki, yığışdırılsın və ya yenidən müxtəlif şirkətlərin istifadəsinə verilsin. Hər halda, bunu zaman göstərəcək... “AzPolitika.info”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53 |
|
|
|
• “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51 |
|
|
|
• Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40 |
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Dünən, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Dünən, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Dünən, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Dünən, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Dünən, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Dünən, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Dünən, 16:38 |
|
|
|
• Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Dünən, 16:35 |
|
|
|
• "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Dünən, 16:32 |
|
|
|
• Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Dünən, 16:25 |
|
|
|
• Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Dünən, 16:09 |
|
|
|
• Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Dünən, 16:06 |
|
|
|
|