Nəqliyyat naziri işdən çıxan qardaşı ilə bağlı əsəbi danışdı
Tarix: 6-02-2014, 10:44 | Çap et
Məlum olduğu kimi, nəqliyyat naziri Ziya Məmmədov qardaşını işdən çıxarıb. Belə ki, o bir neçə gün əvvəl qardaşı ilə bağlı əmr verib. Həmin əmrdə bildirilir ki, Nəqliyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən "MMC 85"adlı qurumun rəhbəri Nəriman Məmmədov vəzifəsindən azad olunsun.
Xatırladaq ki, bir müddət əvvəl Nəqliyyat naziri Ziya Məmmədovun başçılığı ilə "Avtomobil yollarında mövcud vəziyyət və qarşıda duran vəzifələr" adlı kollegiya iclası keçirilib. Həmin iclasda nazir vurğulayıb ki, ağır yüklü nəqliyyat vasitələri tərəfindən yolların dağıdılmasının qarşısının alınması üçün lazimi tədbirlər görülməyib və bu məsələ tezliklə həll edilməlidir. Məsələnin maraqlı tərəfi isə bundan ibərətdir ki, nazirin həmin kollegiya iclasında tənqid etdiyi sahəyə məhz qardaşı Nəriman Məmmədov məsul imiş. Onun vəzifədən hansı səbəblər üzündən çıxarılması barədə bir qədər sonra daha ətraflı məlumat verəcəyik. Hələliksə, nazirin vəzifədən çıxarılan qardaşını daha yaxından tanımağa çalışaq...
Kimdir, Nəriman Məmmədov?
Artıq bildiyimiz kimi bu şəxs ölkənin aparıcı və nüfuzlu məmurlarından biri olan nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Elə bu məqam da Nəriman Məmmədovun uzun illər yüksək vəzifələrdə çalışmasına şərait yaradıb. Maraqlıdır ki, onun vəzifə tutduğu bütün böyük vəzifələr də məhz qardaşının nazir olduğu nəqliyyat strukturlarında olub. Əldə etdiyimiz məlumatlara görə, bir neçə il bundan öncəyə qədər Dövlət Dəmiryol QSC-də maliyyə idarəsinin rəisi vəzifəsində çalışan Nəriman Məmmədov işlədiyi dövr ərzində olduqca böyük maliyyə maxinasiyalarına imza atıb. Mənbənin sözlərinə görə, həmin vaxt nazir qardaşından şikayətlər o qədər artıb ki, Ziya Məmmədovun onu tutduğu vəzifədən azad etməkdən başqa çıxış yolu qalmayıb. Bundan sonra bir müddət işsiz qalan Nəriman Məmmədov daha sonra nazir olan qardaşının sayəsində Nəqliyyat Nazirliyində daha böyük və gəlirli vəzifəyə gətirilib. N.Məmmədov qardaşının rəhbərlik etdiyi nazirlikdə Ekspedisiya İdarəsinin rəisi vəzifəsinə təyinat almağı bacarıb. Amma yaş senzinin tətbiq olunması ilə əlaqədar nazir qardaşı bir müddətdən sonra həmin vəzifədən də çıxarılıb. Amma bu heç də onun "çörəksiz qalması" demək deyildi. Nazir qardaşı bu dəfə ona başqa bir yağlı vəzifə hazırlamışdı...
Nazir qardaşı MMC rəhbəri olur və...
Bundan sonra Ziya Məmmədov qardaşına "Azəryolservis" ASC-nin nəzdində yeni bir MMC yaradıb. Nazir qardaşının yeni MMC-sinə xüsusi ofis də təşkil olunub. "MMC 85" adlanan bu qurumun səlahiyyətləri və qazanc mənbələri isə kifayət qədər geniş idi. Belə ki, son günlərə qədər N.Məmmədovun rəhbərlik etdiyi MMC-yə yüksək səlahiyyətlər və funksiyalar verilmişdir. "Azəryolservis"in nəzdindəki Yolların Mühafizəsi İdarəsinin əksər səlahiyyətləri, işçiləri də ixtisara salınmaqla yeni MMC-yə verilmişdi. Qaynağımız bildirir ki, bu sahə büdcədən ayrılan pulların bölüşdürülərək yeyilməsində xüsusi yer tutur. Belə ki, yollara aid bütün mühafizə, baryer qurma, təmir-tikinti və sair işlərə, o cümlədən ağır tonnajlı maşınlara nəzarət etmək üçün qurulan tərəzi şəbəkəsinə yeni MMC rəhbərlik edirmiş. Həmin vəzifədə isə nəqliyyat sektorundakı bütün yükdaşımaları istisnasız olaraq əlində cəmləşdirən Nəriman Məmmədov burada da dinc dayanmayıb və qanunsuz yollarla fantastik məbləğdə qazanc əldə edib. Bununla bağlı qəzetimizi məlumatlandıran mənbə bildirir ki, Nəriman Məmmədov yük maşınlarının hər birinə 600 manatlıq "haqq" qoyubmuş və təkcə bu yolla milyonlarla vəsait qazanırmış. Amma yuxarıda da qeyd etdiyimiz kimi, nazir qardaşının səlahiyyətləri o qədər geniş imiş ki, yükdaşımadan əldə olunan gəlir ümumi qazancın yalnız cüzi hissəsini təşkil edirmiş. Bunlar öz yerində, amma hələ də açıq qalan bir sual var ki, həmin sualın cavablandırılması vacibdir...
Nazir qardaşı nəyin güdazına getdi?
Doğrudan da maraqlıdır, qardaşı nəqliyyat naziri ola-ola Nəriman Məmmədovun vəzifədən alınması olduqca müəmmalı görünür. Verilən rəsmi açıqlamaya inansaq, belə çıxır ki, Nəriman Məmmədovu elə qardaşı Ziya Məmmədov işdən azad edib. Amma rəsmi açıqlamalar heç də həmişə həqiqəti əks etdirmədiyindən burada şübhəli məqamların varlığı da istisna olunmamalıdır. Mövzuyla bağlı Nəqliyyat Nazirliyindəki adının açıqlanmasını istəməyən mötəbər mənbə bizimlə söhbətində bildirdi ki, əslində Nəriman Məmmədovun tutduğu vəzifədən azad olunması Ziya Məmmədovun iradəsindən kənar şəkildə baş verib. Daha doğrusu, onun qardaşının həyata keçirdiyi iri miqyaslı maliyyə maxinasiyalarının aşkarlanması Nəriman Məmmədovun sonunu təmin edib. Nazir Ziya Məmmədov isə bütün səylərinə baxmayaraq qardaşını qoruya bilməyib. Bu iddianın nə qədər doğru olduğunu öyrənmək məqsədilə qarşı tərəflə məsələni dəqiqləşdirmək qərarına gəldik. Bütün bu məsələlərlə bağlı isə nəqliyyat naziri Ziya Məmmədovdan başqa kimsə daha ətraflı informasiyaya malik ola bilərmi? Təbii ki, yox. Elə bunu nəzərə alaraq, nəqliyyat naziri Ziya Məmmədovun şəxsi telefon mömrəsinə zəng vururuq....
Ziya Məmmədov telefonu qaldırır və əsəbləşir....
"Unikal" qəzetinin əməkdaşı nazir Ziya Məmmədovdan baş verənlərlə bağlı geniş müsahibə, heç olmasa qısa açıqlama almaq məqsədilə onun telefonuna zəng vurdu. Dəstəyi göztürən nəqliyyat naziri Ziya Məmmədovla əməkdaşımız arasında baş vermiş telefon danışığını olduğu kimi oxucularımızın diqqətinə çatdırırq: - Alo, salam, Ziya müəllim... - Salam. Kimdir danışan? - Ziya müəllim, sizi "Unikal" qəzetindən narahat edirik, bir mövzuyla bağlı - Eşidirəm - Bu gün qardaşınız Nəriman Məmmədovun işdən azad olunması xəbəri yayılıb, bununla bağlı fikirlərinizi öyrənmək istərdik... - Əvvəla, qardaşımı işdən azad eləməmişəm, onun vəzifəsini dəyişmişəm, bunların sizə dəxli var? - Deyilənə görə, o DDY-da işlədiyi dövrdədə işində verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılmışdı, bugündə? - Kişini işdən də çıxardarlar, yeni işə də qoyarlar, kişinin işdə nöqsanları da olar... Bunun sizə-"Unikal" qəzetinə nə dəxli... Mənim bu nömrəmə niyə zəng eləmiziniz? - Ziya müəllim, sizlə başqa heç cür əlaqə saxlamaq olmur axı. - Daha bu nömrəyə zəng eləməyin" Bununla da nazirlə söhbət yekunlaşdı. Düzdür, biz ondan baş verənlərlə bağlı təfərrüatlı bilgi ala bilmədik. Amma düşünürük ki, Ziya Məmmədovun qısa müsahibədə işlətdiyi fikirlərdən hansısa nəticələrə gəlmək olar. Konkret olaraq hansı nəticələrə gəlməyi isə hörmətli "Unikal" oxucusunun öz öhdəsinə buraxırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53 |
|
|
|
• “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51 |
|
|
|
• Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40 |
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Dünən, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Dünən, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Dünən, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Dünən, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Dünən, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Dünən, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Dünən, 16:38 |
|
|
|
• Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Dünən, 16:35 |
|
|
|
• "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Dünən, 16:32 |
|
|
|
• Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Dünən, 16:25 |
|
|
|
• Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Dünən, 16:09 |
|
|
|
• Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Dünən, 16:06 |
|
|
|
|