Ağac məzarlığında göyərən statistika - (Hazıra) Nazirin ən zəif yeri
Tarix: 23-10-2023, 14:54 | Çap et
Yəqin xatırlayırsız, Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəyin Söyüdlü kəndində baş verən olaylara görə bir sıra məmurları, o cümlədən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevi sərt tənqid etdi.
Prezident bildirdi ki, Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir: "Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib”.
Söyüdlü sakinlərinin şikayətlərinə toxunun dövlət başçısı qeyd etdi ki, insanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar: "Amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil".
Prezidentin həmin çıxışından sonra gözlənilirdi ki, Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayev sərt tənqidlərdən nəticə çıxaracaq və nazirliyin işində ciddi keyfiyyət dəyişikliyi baş verəcək. Artıq o tənqidlərdən 4 aya yaxın vaxt keçib. Bəs, dəyişikliklər varmı? Nazirin fəaliyyətində müsbət istiqamətdə hansısa dönüş hiss olunurmu? Gəlin, Ekologiya Nazirliyinin fəaliyyət istiqamətlərini, cavabdeh olduğu çoxsaylı sahələri sadalamayaq, elə ətraf mühitin mühafizəsi, konkret olaraq, meşələrin qırılması məsələsi üzərində dayanaq. Ötən 4 ayda bu istiqamətdə hansı ciddi tədbirlər görülüb? Ümumiyyətlə, cənab Muxtar Babayev bu müddət ərzində kabinetindən çıxıb günü-gündən qırılıb seyrəkləşən meşələrimizdə olubmu? Bu ilin iyulundan bəri Söyüdlüdə ikinci süni gölün yaradılmayacağı haqda məlumat istisna olunmaqla, nazirlik ətraf mühitin mühafizəsi istiqamətində hansı addımları atıb? Nazirliyin rüblük hesabtları olmadığından (olsa belə, mətbuata açıqlanmır) bu suallara cavab vermək üçün yeganə mənbə onun mətbuat xidmətinin gündəlik məlumatlarıdır. Bu press-relizlərdə isə təəssüf ki, əksər hallarda faktiki hava, atvosfer havasının keyfiyyəti, hansısa ictimai dinləmələr və s. haqqında məlumatlar yer alır. Nazirlik Durna günü, Qoruq günü kimi təqvim bayramları haqda məlumat paylaşmaqla işini bitmiş hesab edir. Halbuki, meşələrin qırılması bilavasitə yay ayları və payızın əvvəllərində baş verir ki, məntiqlə yayılan məlumatlar arasında bu mövzuda xəbərlər üstünlük təşkil etməlidir. Olmaya, Azərbaycanda meşələr qırılmır? Bəlkə buna görə ETSN bu barədə susur?
Əlbəttə, belə deyil. Yay mövsümü məhz Müdafiə Nazirliyi, Sərhəd Xidməti hərbi hissələrinin, məktəb, xəstəxana və s. müəssisələrin, eləcə də təbii qazın olmadığı kəndlərdə əhalinin odun tədarükü gördüyü mövsümdür. Bəli, dövlət müəssisələri bu tədarükü müvafiq sənədləşmə əsasında, icazəli şəkildə həyata keçirir. Bəs, on minlərlə kənd əhalisi bu məsələdə qanunun tələblərini yerinə yetirirmi? Bunun üçün sakinlər müvafiq icazə alırmı? Onlar odun tədarükünü məhz meşələrdə bu məqsədlə təyin olunmuş ərazilərdən həyata keçirimi? Təəssüf ki, yox. Əksər yerlərdə bu məsələ ilə bağlı xaos hökm sürür. Lerik, Yardımlı, Masallı, Cəlilabad, Oğuz, Qəbələ rayonlarında meşə sahələri sürətlə seyrəkləşir. Bu proses illərdir davam edir. Nazirlik isə saxta statistika təqdim etməklə işini bitmiş hesab edir. İnzibati cəzalar, tətrib olunan akt və protokollar kəsilmiş çoxillik, nadir, hətta Qırmıza Kitaba düşən ağacları geri qaytarırmı? Ümumiyyətlə, niyə ETSN illərdir səbəblə yox, nəticə ilə mübarizə aparır. Yalnız hardasa yaşıllıqlar məhv ediləndən sonra bundan xəbər tutur və inzibati tədbirlərə əl atırlar. Bəs, onda nazirliyin yerli strukturları nəyə lazımdır? Əgər bu cinayətlərin qarşısı vaxtında alınmırsa, iş-işdən keçəndən (ağaclar qırılandan) sonra polis, prokurorluq, məhkəmə iş açırsa, o zaman nazirliyin yerli strukturlarının funksiyası nədən ibarətdir?
Son illər ETSN meşələrin qırılmasına görün necə haqq qazandırır: Odun tədarükü meşələrin qanunsuz qırılması demək deyil! Bəli, bu yaxınlarda nazirliyin yaydığı açıqlamada məhz belə deyilirdi. Yəni, meşələr qanuni qırılır! Qanuni, yaxud qanunsuz, fakt, nəticə ondan ibarətdir ki, Azərbaycan ərazisibib cəmi 11 faizini təşkil edən qiymətli sərvətimiz - meşələrimiz günü-gündən qırılıb tükənməkdədir. Digər tərəfdən, hər il rayonlarda odun tədürükü üçün kəsilən ağacların əvəzinə yeniləri əkilirmi? Təəssüf ki, bu suala da müsbət cavab vermək mümkün deyildir. Meşələrin bərpası prosesi də Nazirliyin Müşfiqabad qəsəbəsində ağacəkmə kampaniyası kimi aparılır. Yalnız kampaniya, statistika xətrinə. Əkildi, vəssalam. O əkilən ağaclar böyüyəcək, yoxsa quruyacaq, burası maraqlı deyil. Statistika lazımdır, vəssalam! Sanki Azərbaycanda ETSN yoxdur, iki Statistika Komitəsi var!!! Zaur BakuPost
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan silahlı münaqişə ilə üzləşə bilər - "Global Risk Report 2025"
Bu gün, 21:00 |
|
|
|
• Makronun Bakıya qarşı oyunu pozuldu: - İki qonşu ölkə təhlükə ilə üz-üzədir
Bu gün, 20:56 |
|
|
|
• Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq
Bu gün, 20:46 |
|
|
|
• Azərbaycanda qadın məmuru öldürmək üçün "killer" tutdu - ŞOK GÖRÜNTÜLƏR
Bu gün, 20:40 |
|
|
|
• Rusiyanın ABŞ-nin yeni administrasiyası ilə çoxlu təmas nöqtələri var - Putin
Bu gün, 19:39 |
|
|
|
• Daha bir vətəndaş “TikTok”da aldandı: - Mebel düzəltmək adı ilə 750 manatını aldılar
Bu gün, 19:28 |
|
|
|
• Cəbrayıl, Qubadlı və Zəngilandakı tikintilərlə bağlı nöqsanlar aşkarlandı - DETALLAR
Bu gün, 19:15 |
|
|
|
• Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? - AKTUAL
Bu gün, 19:07 |
|
|
|
• İşğaldakı 3 kənd Azərbaycana qaytarılır - BUNDAN SONRA...
Bu gün, 19:02 |
|
|
|
• Neft ölkələri üçün SOS! - Dünya iqtisadi böhran astanasında
Bu gün, 19:00 |
|
|
|
• Nazirlik 3,4 milyonluq 4 tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 18:58 |
|
|
|
• Azərbaycan ordusunun vurduğu rus helikopteri ilə bağlı SENSASİYA: - Həqiqət üzə çıxdı
Bu gün, 18:35 |
|
|
|
• Məşhur bəstəkar Səudiyyə üçün yeni himn bəstələyəcək
Bu gün, 18:29 |
|
|
|
• Hökumənin həyat yoldaşı kompensasiyadan - İMTİNA EDİB
Bu gün, 18:26 |
|
|
|
• "Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, hər iki şəxs özünü təqsirli bilməyib
Bu gün, 18:24 |
|
|
|
• Paşinyan separatçıları ona görə müdafiə etmir ki... - ŞƏRH
Bu gün, 18:12 |
|
|
|
• "Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" – AÇIQLAMA
Bu gün, 18:07 |
|
|
|
• Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib
Bu gün, 17:58 |
|
|
|
• Zahid Orucun referendum açıqlamasına Aydın Mirzəzadədən REAKSİYA – “Gündəmdə olmaq üçün...”
Bu gün, 17:53 |
|
|
|
• Ermənistanın ikibaşlı oyunu: - İrəvan “minalanmış sahə”dən sağ çıxa biləcək?
Bu gün, 17:41 |
|
|
|
• “İndiki gənclər Dilbərin ariyasını ucuz şəkildə ifa edirlər, ciddi vokal dərsləri almırlar”
Bu gün, 17:39 |
|
|
|
• AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib - KİV
Bu gün, 17:27 |
|
|
|
• Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: - “O kimdir?”
Bu gün, 17:22 |
|
|
|
• Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:19 |
|
|
|
• Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış
Bu gün, 17:09 |
|
|
|
• “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Bu gün, 17:08 |
|
|
|
• Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Bu gün, 17:04 |
|
|
|
• “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Bu gün, 16:58 |
|
|
|
• Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Bu gün, 16:48 |
|
|
|
• Üzeyirin 3 övladı var imiş
Bu gün, 16:45 |
|
|
|
• Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Bu gün, 16:43 |
|
|
|
• “Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Bu gün, 16:39 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Bu gün, 16:35 |
|
|
|
• Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Bu gün, 16:32 |
|
|
|
• "Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 16:25 |
|
|
|
• Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Bu gün, 16:23 |
|
|
|
• Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Bu gün, 16:00 |
|
|
|
• ETSN təftiş olundu VƏ... - DETALLAR
Bu gün, 15:55 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Bu gün, 15:44 |
|
|
|
• OBA-da hadisə əslində NECƏ OLUB?.. - AÇIQLAMA
Bu gün, 14:15 |
|
|
|
• Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• Pensiyamız da “özəlləşəcək”: - "Ödədiyimiz pul pensiya yaşına qədər “ölür”..."
Bu gün, 13:58 |
|
|
|
• Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi
Bu gün, 13:09 |
|
|
|
• Əyalət mollasından yeni sərsəmləmə
Bu gün, 13:04 |
|
|
|
• Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı - Elçin Alıoğlu yazır...
Bu gün, 12:58 |
|
|
|
• Bakıdakı marketdə eşşək südü satılır - QİYMƏT
Bu gün, 12:39 |
|
|
|
• Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır - BİRGƏ MƏLUMAT
Bu gün, 12:34 |
|
|
|
• Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ - “Səfər baş tutmadı, ödədiyim pulu da geri qaytarmırlar”
Bu gün, 12:30 |
|
|
|
• Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? - Bu sənədlər ləğv edildi
Bu gün, 12:24 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:22 |
|
|
|
|