Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyində silinən MİLYONLAR - İLGİNC FAKTLAR
Tarix: 31-10-2023, 15:18 | Çap et
Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyində çalışmış alim–aqronom Xanəhməd Əsgərov zaman-zaman mətbuatda çıxış edərək, Abşeron yarımadasında, əsasən də Bakı şəhərində quruyan ağacların əsas səbəbinin normal suvarmanın tətbiq edilməməsi, budama işlərinin aqrotexniki qaydalar gözlənilmədən aparılması, ağacların təmizlənməməsi və bu zaman gövdənin qəsdən, ya həddən ziyadə budanması ilə əlaqələndirib. Bu günlərdə “HürriyyətTV”-yə müsahibə verən mütəxəssis Yaşıllaşdırma Təsərrüfatı Birliyinə son üç-dörd il ərzində üç dəfə direktor dəyişdirildiyini xatırladıb: “Əvvəlki direktor mərhum Vaqif Novruzov həmin vəzifədə 27 il işləmişdi. Ondan sonra təyin olunan SOCAR-ın işçisi olmuş Elşən elə ilk vaxtdan mənim yanıma gəldi. Təsərrüfatın nəzdində ağac bəzək bitkiləri sovxozunun rəisi idim. Dedi ki, “nə edirsən elə, pul çıxsın”. Sərgi Mərkəzinin arxasında 2013-cü ildən bu yana ildə 3 milyon ədəd hərəsi 50 qəpikdən gül yetişdirmişəm. Mənimki kimi daha 4 sex vardı. Ancaq bizim sexdə yetişdirilən gülləri götürsələr də, onları Arzu İsmayılova adlı qadının adına olan firmadan alıbmışlar kimi sənədləşdirir, pulu onun “Aksessbank”dakı hesabımna köçürür, sonra da nağdlaşdıraraq mənimsəyirlər. Az işləməyinə baxmayaraq Elşən şəkili qohumlarını, sonra onu əvəz eləyən Həsrət Əmrahov da Oğuz rayonundan olan həmyerlilərini başına yığmışdı. Hazırki direktor, əvvəllər hərbi komissar işləmiş Mirdamət Seyidov da öz Ordubadlı qohumlarını vəzifələrə yerləşdirir. Hamısı da işə gələn gündən zəhmət çəkməklə deyil, pul yığmaqla məşğuldurlar. Təcrübəli aqronomları işdən kənarlaşdıraraq, sürücüsü Razini özünə müşavir, qardaşı nəvəsini isə Hövsan sahəsinə texnik təyin edib. Mirdamət Seyidov bayramlarda ayrılan mükafatları sahə rəislərinə və qohumlarına pay-püşk edir, digər zəhmətkeşlərə vermir. Sahə rəislərinə də ona görə “qayğı” göstərir ki, onlar pul siulinən saxta sənədlərə qol çəksinlər”.
Xanəhməd Əsgərov: “40 quyunun qazılmasına yetəcək qədər pulu 8 quyunun təmirinə siliblər”
Mediatv.az bildirir ki, alim-aqronom Birliyin fəaliyyətində maxinasiya və korrupsiyaya misal çəkdiyi bir sıra rəqəmləri də açıqlayıb: “2019-cu ildə 8 su quyusunun təmiri üçün “Meliorasiya və Su Təsərrüfatı” Agentliyinə 55 min manat pul köçürülüb. Halbuki, təmir deyiləndə quyunun yalnız 200 manatlıq motorunu dəyişdirirlər. O qədər pula 40 yeni quyu inşa etmək olar. Elə həmin il texnika almaq adı ilə 750 min manat “Ximekspert-2000” şirkətinə pul köçürülüb. Ağac-bəzək toxumlarını almaq üçün Arzu İsmayılovanın firmasına 950 min manat ötürülüb. Son dörd ilin hər birində eyni təyinatla 950 mindən az olmayan məbləğdə köçürüb, götürüb mənimsəyiblər. “Ximekspert-2000” şirkətinı 2019-cu ildə daha 3 milyon 97 min manat guya gübrə üçün ödənilib. Halbuki, mən işlədiyim 20 il ərzində cəmi iki dəfə xaricdən toxum gətirtmişdim, qalan illərdə özüm toxum istehsal etmişdim. Gübrə kimi də yalnız üzvi gübrələrdən istifadə etməklə kifayətlənirdim. Sual olunur: Görəsən o qədər gübrə hansı nəqliyyatla daşınıb, o nəqliyyata yol vərəqələri, yanacaq sərfi yazılıbmı? Gübrə saxlanılması üçün hansı anbara yerləşdirilibmiş? Elə bir anbar varmı? Toxuma olduğu kimi gübrəyə də tələbnamə yazılmalı, sahə rəisləri təhvil almalıydılar. Bütün bu proseslər sənədlərdə əksini tapıbmı? – Yox! Bundan başqa, ağaclar sulanmır. Sulanmadığı halda ağaclara gübrə vermək qurumanı daha da tezləşdirərdi. Sovxoz guya səmərəli işləmədiyinə görə 2019-cu ildə Arzu İsmayılovaya məxsus “İmpexs” MMC firmasının hesabına 730 min manat köçürüblər. 18 oktyabr 2019-cu ildə əkin materialı almaq adı ilə 2 milyon 800 min manat “Ximekspert-2000” şirkətinə köçürüblər. Halbuki, sovxozun əkdiyin aparıb basdırırlar. Sovxoz baş idarənin dotasiyasında otura-otura “Ximekspert”-2000” firmasına 470 min köçürtdürüblər. Bu onun üçün edilib ki, baş idarənin özünün həmin şirkətə köçürdüyü pulun məbləği böyük görünməsin. 2019-cu ilin noyabr ayında əkin materialı üçün adı çəkilən şirkətə 2 milyon 870 min köçürüblər. Həmin ilin dekabrında “İmpeks” MMC-yə əkin materialı üçün 1 milyon 626 min köçürüblər. Sual olunr: Bəs sovxoz nəyə lazımdır? Quyuların İstismarı İdarəsinə 2019-2020-ci illərdə 660 min manat bir, 458 min manat bir, 141 min manat bir, 133 min manat bir köçürüblər. 29.dekabr 2020-ci il tarixdə quyuların təmiri üçün 700 min, yenilərinin qazılması üçün 1 milyon manat köçürüblər. Gəlin yoxlayaq görək, həmin quyulıar harda qazılıb? 2020-ci ildə 717 min manat avtonəqliyyat idarəsinə köçürüblər, minlərlə maşına saxta “putyovka” yazılıb. İkinci növbə işləyənlər üçün yalandan pullar yazılır. “Qrup” MMC – yə 2020-ci ildə 254 min manat texnika - mexanizm alınması üçün köçürüblər, heç nə alınbmayıb. 2020-ci ildə Arzunun firmasına əkin materialı almaq adı ilə 929 min manat köçürülüb. Axırıncı dəfə Binədəki 4 nömrəli sexdən 3000 şam ağacı aparılıb, guya Arzu verib. Sexin rəisi, əvvəllər 27 il “JEK” rəisi işləmiş Əmiraslan isə səsini belə çıxarmayıb. Cari 2023-cü ildə isə qeyd etdiyim təyinatlar üzrə silinən məbləğlər əvvəlki illərdə olduğundan daha artıqdır”.
Paytaxtın yaşıllaşdırma təsərrüfatı əkin sahəsinin həcmini üç dəfə artıq göstərib
Mütəxəssis bir vacib məsələni də vurğulayıb ki, Birliyin balansında 4,5 min hektar sahə olsa da, 13,5 min hektar sahəyə “forma-2” sənədi bağlayır, yerinə yetirilən işlərin həcmini bilərəkdən “şişirdirlər”. Hər hektara 4 nəfər işçi qulluq etməli olduğu halda 1 nəfərin əməyini istismar edirlər. Şikayətçi həmçinin bildirib ki, baş prokurorluq onun uzun müddətdir yazdığı məktublarda göstərdiyi faktları araşdırıb hüquqi ölçü götürmək əvəzinə gah Bakı Şəhər İcra Hakimiyyətinə, gah da Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərib. Heç bir qurum faktlara hüquqi qiymət verilməsində həvəsli görünmür. Prezidentə yazdıqları isə Administrasiyanın məktublar şöbəsində “it-bata” salınır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış
Bu gün, 17:09 |
|
|
|
• “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Bu gün, 17:08 |
|
|
|
• Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Bu gün, 17:04 |
|
|
|
• “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Bu gün, 16:58 |
|
|
|
• Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Bu gün, 16:48 |
|
|
|
• Üzeyirin 3 övladı var imiş
Bu gün, 16:45 |
|
|
|
• Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Bu gün, 16:43 |
|
|
|
• “Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Bu gün, 16:39 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Bu gün, 16:35 |
|
|
|
• Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Bu gün, 16:32 |
|
|
|
• "Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 16:25 |
|
|
|
• Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Bu gün, 16:23 |
|
|
|
• Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Bu gün, 16:00 |
|
|
|
• ETSN təftiş olundu VƏ... - DETALLAR
Bu gün, 15:55 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Bu gün, 15:44 |
|
|
|
• Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• Pensiyamız da “özəlləşəcək”: - "Ödədiyimiz pul pensiya yaşına qədər “ölür”..."
Bu gün, 13:58 |
|
|
|
• Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi
Bu gün, 13:09 |
|
|
|
• Əyalət mollasından yeni sərsəmləmə
Bu gün, 13:04 |
|
|
|
• Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı - Elçin Alıoğlu yazır...
Bu gün, 12:58 |
|
|
|
• Bakıdakı marketdə eşşək südü satılır - QİYMƏT
Bu gün, 12:39 |
|
|
|
• Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır - BİRGƏ MƏLUMAT
Bu gün, 12:34 |
|
|
|
• Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ - “Səfər baş tutmadı, ödədiyim pulu da geri qaytarmırlar”
Bu gün, 12:30 |
|
|
|
• Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? - Bu sənədlər ləğv edildi
Bu gün, 12:24 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:22 |
|
|
|
• ABŞ-də söz azadlığı: - illüziyaya çevrilən vədlər
Bu gün, 12:20 |
|
|
|
• Dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir - Qazaxıstan Baş nazirinin müavini
Bu gün, 12:19 |
|
|
|
• Burdan məhsul sifariş verəndə sanki QEYBƏ ÇƏKİLİR... - GİLEY
Bu gün, 12:18 |
|
|
|
• Roşka yenidən həbs edildi
Bu gün, 12:05 |
|
|
|
• Ruslar keçmişin həsrəti ilə yaşayır - Putinin itaət formulu
Bu gün, 12:01 |
|
|
|
• Bank müdirinin məhkəməsində GƏRGİN ANLAR - TƏFƏRRÜAT
Bu gün, 11:54 |
|
|
|
• "Vüsalın söyüşlərini eşidən başqa işçilərdən izahat almadan mənə dedi ki..." - Estetik klinikaların qalmaqallı sahibi məhkəməyə verilir
Bu gün, 11:51 |
|
|
|
• Ermənistan parlamenti gələn ayın əvvəlində Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirəcək
Bu gün, 11:40 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər - Kanat Bozumbayev
Bu gün, 11:38 |
|
|
|
• Məşhur iş adamı həbsin bir addımlığında - MƏHKƏMƏ İŞİ
Bu gün, 11:27 |
|
|
|
• Bakıda filmləri xatırladan qəzanı "Avtoyuma Baku"nun işçisi törədibmiş - Qadının avtomobilini qaçırıb
Bu gün, 11:25 |
|
|
|
• Abbas Əliyevə yeni vəzifə verildi - ƏMR
Bu gün, 11:19 |
|
|
|
• Ordubadda müəllimlərin pulların KİM VƏ NİYƏ KƏSİB? - NARAZILIQ VAR...
Bu gün, 11:15 |
|
|
|
• Finlandiya parlamentinin sədri Ermənistanın “dərdini” çəkir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:10 |
|
|
|
• İcra hakimiyyətlərinin ləğvi ilə bağlı İLGİNC İDDİA - dövlətin belə bir planı yoxdur...
Bu gün, 11:04 |
|
|
|
• İrəvanı qorxuya salan üç ssenari: - Mehridən Göyçəyə qədər...
Bu gün, 11:00 |
|
|
|
• Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir - VİDEO
Bu gün, 10:54 |
|
|
|
• Nazirlik “Laser Beauty Estetik Klinikası”nı YOXLADI: Etirazla qarşılandı və... - BAĞLANMA QƏRARI VERİLDİ...
Bu gün, 10:52 |
|
|
|
• Əhməd Əliyev həbsdə öldü
Bu gün, 10:45 |
|
|
|
• İran İrəvan və Bakıdan təhdid istəmir - erməni politoloq
Bu gün, 10:41 |
|
|
|
• Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... - FOTO
Bu gün, 10:35 |
|
|
|
• Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:32 |
|
|
|
• Ermənistanın addımı Çini qəzəbləndirdi – “Buna dözməyəcəklər”
Bu gün, 10:29 |
|
|
|
• “Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” - Svyatoslav Boqdanov
Bu gün, 10:20 |
|
|
|
• Ötən gün həlak olan əsgər barədə DETALLAR - Atası rəhmətə gedib, bir bacısı var
Bu gün, 10:18 |
|
|
|
|