Büdcə pullarının qəbirstanlığına çevrilən SƏNAYE PARKLARI... - ARAŞDIRMA
Tarix: 6-12-2023, 09:13 | Çap et
Son illər hökumət rəsmiləri tez-tez sənaye parklarının ölkədə neftdənkənar sektorun inkişafına təsirlərindən söz açırlar. Son yeddi ildə Azərbaycanda bu sahəyə 5.6 milyard manat yatırım edilib. Yatırılan 5 milyard manatdan çox investisiyaya qarşılıq cəmi 38 min 600 nəfərin işlə təminatı nəzərdə tutulur. İndiyədək ölkədə yeddi sənaye parkı (Sumqayıt, Balaxanı, Mingəçevir, Qaradağ, Pirallahı, Ağdam və Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası") istifadəyə verilib.
İlin birinci yarısında sənaye zonalarının qeyri-neft sektorunda xüsusi çəkisi 16.5 faiz, qeyri-neft sənaye məhsullarının ixracında 20.7 faiz olub. Bu ilin ilk doqquz ayında sənaye müəssisələrində toplam 2.3 milyard manatlıq məhsul istehsal edilib. Bunun cəmi 31 faizi ixraca yönəldilib.
Sənaye parklarının rezidentləri kimlərdir? Sumqayıt Kimya Sənaye Parkının təməli 2013-cü ildə qoyulub. Rezidentlər indiyədək sənaye parkına 5.4 milyard manat yatırım ediblər. 2023-cü ilin ilk doqquz ayında Sumqayıt Kimya Sənaye Parkında 2.1 milyard manatlıq məhsul hazırlanıb. Sənaye parkı ilboyu təxminən 400 milyon dollarlıq ixrac gerçəkləşdirə bilib. İndi burada 6 min nəfərdən çox işçi var. Qeydiyyata alınmış 38 rezidentdən hazırda 23-ü fəaliyyət göstərir. "SOCAR Polymer", "SOCAR Karbamid Zavodu", STP (Sumqayit Texnologiyalar Parkı) Sumqayıt Kimya Sənaye Parkının əsas rezidentləri sayılır.
2015-ci ildən fəaliyyət göstərən Mingəçevir Sənaye Parkınınsa cəmi bir rezidenti var ("Mingəçevir Tekstil" MMC). Parkın açılışı zamanı orada çox sayda müəssisə yaradılacağı elan olunsa da, hələlik, tekstil fabrikindən başqa müəssisə fəaliyyətə başlamayıb. Mingəçevir Sənaye Parkına 94 milyon dollara yaxın investisiya yatırılsa da, cəmi 750 nəfərə iş yeri yarada bilib.
Qaradağ Sənaye Parkı da, Mingəçevir Sənaye Parkı kimi, sanki elə tək rezident üçün yaradılıb. Sənaye parkının yeganə rezidenti "Bakı Gəmiqayırma Zavodu" MMC-dir. İndiyədək buraya 490 milyon dollar investisiya yatırılıb. Qaradağ Sənaye Parkında iri, orta və ağır tonnajlı gəmi və avadanlığın istehsalı və təmiri nəzərdə tutulub. Müəssisədə 2 minə yaxın şəxs çalışır.
Pirallahı Sənaye Parkına 45 milyon dollar sərmayə yatırılıb. İndi burada cəmi dörd rezident fəaliyyət göstərir. Sənaye parkında yerləşən müəssisələrdə şpris, uşaq bezi, müxtəlif dərman və preparatlar, eləcə də zəfərandan mürəbbə və limonad hazırlanması nəzərdə tutulur. Pirallahı Sənaye Parkında indi 100 nəfər çalışır.
Balaxanı Sənaye Parkını isə digər sənaye parklarından fərqli olaraq "Təmiz Şəhər" ASC idarə edir. Bu sənaye parkı, əsasən, tullantıların təkrar emalı ilə məşğul müəssisələr üçün nəzərdə tutulub. Hazırda Balaxanı Sənaye Parkında 25 rezident qeydiyyatdan keçib və burada minə yaxın işçi çalışır. İndiyədək "Təmiz Şəhər" ASC-nin Balaxanı Sənaye Parkına 52 milyon manat sərmayə yatırılıb. Balaxanı Sənaye Parkında ərsəyə gətirilən məhsulların 10 faizi xarici ölkələrə ixrac edilib. Əsas ixrac məhsullarından biri kağızdır.
Qarabağdakı sənaye parkları İşğaldan qurtulmuş ərazilərdə - Ağdam və Cəbrayılda yaradılan sənaye parkları, hələlik, tikinti mərhələsindədir. İndiyədək Ağdam Sənaye Parkına 12 milyon manata yaxın investisiya yatırılıb. Parkın 19 rezidenti, altı qeyri-rezidenti var. Bu investorlar Parka 176 milyon manatdan çox pul qoymağı, 1 min 600-dən çox daimi iş yeri yaratmağı planlaşdırır. Parkda inşası davam edən ilk müəssisənin gələn il fəaliyyətə başlaması gözlənilir.
200 hektar ərazini əhatə edən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkına isə 10 milyon manata yaxın investisiya yatırılıb. Parkın beş rezidenti, bir qeyri-rezidenti var. Bu investorlar Parka 33 milyon manata yaxın pul qoymaq, 420-dən çox daimi iş yeri yaratmaq istəyir. Rezidentlərdən biri - "Avto Lizinq Azərbaycan" MMC artıq fəaliyyətə başlayıb.
Sənaye Parklarını necə inkişaf etdirməli? Göstəricilərdən bəlli olur ki, ölkədəki bəzi sənaye parklarında yalnız bir rezident fəaliyyət göstərir. Bu parklara yatırılan investisiyaların əsas bölümü də dövlət şirkətlərinin payına düşür. Ancaq belə ərazilərin yaradılmasında əsas məqsəd özəl sektorun inkişafı, ölkəyə xarici investisiyaların cəlbidir. Unutmaq olmaz ki, sənaye parklarında sahibkarlara bəlli güzəştlər də nəzərdə tutulur. Vergi və infrastruktur güzəştləri bu baxımdan başlıca yer tutur. Di gəl, Azərbaycandakı sənaye parklarında hələ də dövlət müəssisələrinin əsas yer tutması bu sahədəki fəaliyyətdə problemlərin olduğunu göstərir.
Xarici investorların Azərbaycana marağının az olmasının əsas səbəblərindən biri ölkədə hüququn aliliyinin yetərli səviyyədə olmamasıdır. Məhkəmə orqanlarının azad olmaması da xarici investorların ölkəyə inamını aşağı salan əsas amillərdəndir. Heritic Fondunun hazırladığı "İqtisadi Azadlıq İndeksi"ndə Azərbaycan ən aşağı nəticəni (100 ballıq sistemdə 16 bal) məhz ədliyyə sistemi üzrə toplayıb.
Biznes ortamının azad və rəqabətli olmaması da xarici investorların ölkəyə marağını azaldan əsas səbəblər arasındadır. Ölkədə məmur sahibkarlığının geniş yayılması idarəetmə ilə bağlı qərarların qəbulunda maraq toqquşmasını ortaya çıxarır, axı qərarverici şəxslər həm də iri şirkətlərin sahibləridir və onlar bazarın marağından daha çox öz maraqlarını güdürlər. Belə bir ortamda hansı səmərəli idarəçilik qərarlarından, yaxud rəqabət imkanı olan şirkətlərdən danışmaq olar? Bu üzdən müstəqil ekspertlər düşünürlər ki, Azərbaycanda qanunun aliliyi olmasa, azad biznes ortamı yaradılmasa, digər təşəbbüslər kimi, sənaye parkları da ölkəni iqtisadi baxımdan elə də irəli aparmayacaq.
Mənbə: AzadlıqRadiosu © Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan silahlı münaqişə ilə üzləşə bilər - "Global Risk Report 2025"
Bu gün, 21:00 |
|
|
|
• Makronun Bakıya qarşı oyunu pozuldu: - İki qonşu ölkə təhlükə ilə üz-üzədir
Bu gün, 20:56 |
|
|
|
• Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq
Bu gün, 20:46 |
|
|
|
• Azərbaycanda qadın məmuru öldürmək üçün "killer" tutdu - ŞOK GÖRÜNTÜLƏR
Bu gün, 20:40 |
|
|
|
• Rusiyanın ABŞ-nin yeni administrasiyası ilə çoxlu təmas nöqtələri var - Putin
Bu gün, 19:39 |
|
|
|
• Daha bir vətəndaş “TikTok”da aldandı: - Mebel düzəltmək adı ilə 750 manatını aldılar
Bu gün, 19:28 |
|
|
|
• Cəbrayıl, Qubadlı və Zəngilandakı tikintilərlə bağlı nöqsanlar aşkarlandı - DETALLAR
Bu gün, 19:15 |
|
|
|
• Diplomsuz stomatoloqlar sağlamlığımızı hansı təhlükələrlə üz-üzə qoyur? - AKTUAL
Bu gün, 19:07 |
|
|
|
• İşğaldakı 3 kənd Azərbaycana qaytarılır - BUNDAN SONRA...
Bu gün, 19:02 |
|
|
|
• Neft ölkələri üçün SOS! - Dünya iqtisadi böhran astanasında
Bu gün, 19:00 |
|
|
|
• Nazirlik 3,4 milyonluq 4 tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR
Bu gün, 18:58 |
|
|
|
• Azərbaycan ordusunun vurduğu rus helikopteri ilə bağlı SENSASİYA: - Həqiqət üzə çıxdı
Bu gün, 18:35 |
|
|
|
• Məşhur bəstəkar Səudiyyə üçün yeni himn bəstələyəcək
Bu gün, 18:29 |
|
|
|
• Hökumənin həyat yoldaşı kompensasiyadan - İMTİNA EDİB
Bu gün, 18:26 |
|
|
|
• "Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, hər iki şəxs özünü təqsirli bilməyib
Bu gün, 18:24 |
|
|
|
• Paşinyan separatçıları ona görə müdafiə etmir ki... - ŞƏRH
Bu gün, 18:12 |
|
|
|
• "Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" – AÇIQLAMA
Bu gün, 18:07 |
|
|
|
• Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib
Bu gün, 17:58 |
|
|
|
• Zahid Orucun referendum açıqlamasına Aydın Mirzəzadədən REAKSİYA – “Gündəmdə olmaq üçün...”
Bu gün, 17:53 |
|
|
|
• Ermənistanın ikibaşlı oyunu: - İrəvan “minalanmış sahə”dən sağ çıxa biləcək?
Bu gün, 17:41 |
|
|
|
• “İndiki gənclər Dilbərin ariyasını ucuz şəkildə ifa edirlər, ciddi vokal dərsləri almırlar”
Bu gün, 17:39 |
|
|
|
• AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib - KİV
Bu gün, 17:27 |
|
|
|
• Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: - “O kimdir?”
Bu gün, 17:22 |
|
|
|
• Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:19 |
|
|
|
• Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış
Bu gün, 17:09 |
|
|
|
• “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Bu gün, 17:08 |
|
|
|
• Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Bu gün, 17:04 |
|
|
|
• “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Bu gün, 16:58 |
|
|
|
• Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Bu gün, 16:48 |
|
|
|
• Üzeyirin 3 övladı var imiş
Bu gün, 16:45 |
|
|
|
• Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Bu gün, 16:43 |
|
|
|
• “Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Bu gün, 16:39 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Bu gün, 16:35 |
|
|
|
• Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Bu gün, 16:32 |
|
|
|
• "Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 16:25 |
|
|
|
• Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Bu gün, 16:23 |
|
|
|
• Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Bu gün, 16:00 |
|
|
|
• ETSN təftiş olundu VƏ... - DETALLAR
Bu gün, 15:55 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Bu gün, 15:44 |
|
|
|
• OBA-da hadisə əslində NECƏ OLUB?.. - AÇIQLAMA
Bu gün, 14:15 |
|
|
|
• Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• Pensiyamız da “özəlləşəcək”: - "Ödədiyimiz pul pensiya yaşına qədər “ölür”..."
Bu gün, 13:58 |
|
|
|
• Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi
Bu gün, 13:09 |
|
|
|
• Əyalət mollasından yeni sərsəmləmə
Bu gün, 13:04 |
|
|
|
• Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı - Elçin Alıoğlu yazır...
Bu gün, 12:58 |
|
|
|
• Bakıdakı marketdə eşşək südü satılır - QİYMƏT
Bu gün, 12:39 |
|
|
|
• Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır - BİRGƏ MƏLUMAT
Bu gün, 12:34 |
|
|
|
• Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ - “Səfər baş tutmadı, ödədiyim pulu da geri qaytarmırlar”
Bu gün, 12:30 |
|
|
|
• Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? - Bu sənədlər ləğv edildi
Bu gün, 12:24 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:22 |
|
|
|
|