![Moskva Paşinyana rəsmi dəvət göndərdi Moskva Paşinyana rəsmi dəvət göndərdi](https://dia-az.website/uploads/posts/2025-02/thumbs/1739175345_0001.jpg)
Moskvada Qələbə günü ilə bağlı tədbirlərə rəsmi dəvət Ermənistanın Baş naziri Nikol Paşinyana çatdırılıb.
Axar.az xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin deyib.
“Bir neçə aydan sonra ruslar keçmiş Sovet İttifaqı xalqları ilə birlikdə Böyük Vətən müharibəsində Qələbənin 80 illiyini qeyd edəcək. Moskvada keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün Ermənistanın Baş naziri Nikol Paşinyana rəsmi dəvət göndərilib”, - o bildirib.