Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 4 tenderə yekun vurub.
FED.az xəbər verir ki, sözügedən tendelər “ASAN xidmət” mərkəzlərində təmizlik xidmətinin satınalınması ilə bağlıdır və tenderləri "Təmizliyin İncisi" MMC (VÖEN: 1004445421) şirkəti udub.
Qalib şirkət Dövlət Agentliyinin inzibati binasında və 17 “ASAN xidmət” mərkəzinə təmizlik xidməti göstərəcək və əvəzində 4 788 011 AZN qazanacaq.
Qeyd edək ki, "Təmizliyin İncisi" MMC şirkətinin nizamnamə kapitalı 10 AZN təşkil edir və qanuni təmsilçisi Əvəz Qurbanov İsmayıl oğludur.