Daha bir məmurun nurçularla ilginc əlaqələri - Nurçuların şirkəti “Azərsu”nun tenderində necə qalib gəldi?
Tarix: 2-05-2014, 14:38 | Çap et
Bu gün dövlət əhəmiyyətli layihələrə ayrılan vəsaitlərin podratçılar tərəfindən mənimsənilməsi geniş yayılmış tendensiyaya çevrilməkdədir. Xüsusilə ölkənin su, kanalizasiya sisteminin yaxşılaşdırılması istiqamətində reallaşdırılan layihələrdə yayınmalar təhvil-təslim işlərinin illərdir ləngiməsinə gətirib çıxarıb. “Azərsu” ASC-nin nə köhnə, nə yeni rəhbərliyi layihələrin nəzərdə tutduğu məqsədi əhaliyə çatdıra bilməyiblər. Belə ki, ölkənin bir çox ərazilərinə hələ də su fasilələrlə verilir, nasaz vəziyyətdə olan kanalizasiya xəttlərindən çirkab sular küçələrə axır. Sual yaranır: bəs 3 il ərzində “Azərsu” və onun əsas podratçısı “Hidro-Lotus” MMC nə işlə məşğul olub?..
Əvvəlcə nəzərə çatdıraq ki, "Hidro-Lotus” Məhdud Məsuliyyətli Cəmiyyətin özünün hansı kriteriyalarla layihə podratçısı seçilməsi sual olaraq qalır. Çünki MMC 26.07.2011-ci il tarixdə Bakı Şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınıb. Yəni Nazirlər Kabinetinin Bakı şəhərində və respublikamızın müxtəlif rayonlarında təmiz, çirkab su stansiyalarının inşaatı, su boru şəbəkələrinin yenidən qurulması ilə bağlı 2011-ci il 15 iyul tarixli 194s nömrəli sərəncamından sonra. Növbəti mərhələdə isə şirkət “Azərsu”nun keçirdiyi tenderin qalibi elan edilib. Baxmayaraq ki, Nazirlər Kabinetinin qərarında “Dövlət satınalmaları haqqında” qanunun 6-cı maddəsində (Malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər) 50 min manatdan yuxarı dövlət sifarişlərinin bu sahədə ən azı 5 il təcrübəsi olan şirkətlərə verilə biləcəyi göstərilib. Bundan əlavə, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlıq, təcrübə, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılıq tələb edilib. Amma "Hidro-Lotus” adlı şirkətin varlığı cəmiyyətə tenderdən sonra bəlli olub. Onu da bildirək ki, “Hidro-Lotus” MMC-nin 70 faizi “Hidro-İnşaat Servis”ə, 30 faizi isə Türkiyənin “Lotus Müteahhitlik Planlama İnşaat Mühendislik Enerji Madencilik Ve Taşimacilik Anonim Şirkəti”nə (qısaca adı - “Lotus”) məxsusdur. Əslində bu, normaldır. Çünki təcrübə göstərir ki, tenderin qalibi olmaq üçün sifarişçi əvvəlcə özünə podratçı şirkət yaradır. Şübhələri üzərindən atmaq məqsədilə layihənin icrası dövründə hansısa xarici anonim şirkətlə ortaq olur. Bu ortaqlıqsa bəzən layihə bitmədən pozulur… Məlumatlara görə, “Hidro-Lotus” MMC-də ilk vaxtlar şirkətin rəhbərliyində əsasən türklər, xüsusilə nurçular təmsil olunurmuş. Həmin ərəfədə layihələrin icrasında, məvaciblərin verilməsində heç bir problem yox imiş. Vəziyyət sifarişçinin köçürmələri azaltmasından və öz qohumunu rəhbərliyə gətirməsindən sonra dəyişib. Yəni əvvəllər layihələrin icrası uçun nəzərdə tutulan vəsait 2012-ci ildən etibarən, yəni “Azərsu” sədri Qorxmaz Hüseynov qaynı Namiq Cəbrayılovu şirkətin rəhbərliyinə təyin etdikdən sonra yarıbayarı azaldılıb. Buna adekvat olaraq maaşlar aşağı salınıb, layihələrin smetasında rəqəmlər dəyişikliyə uğrayıb. Öz ölkələrində İQ-ləri bir işə yaramayan, lakin Azərbaycanda mütəxəssis kimi 3-4 min manat maaş alan türklərin əksəriyyəti geri qayıtmağa başlayıb. Diqqəti çəkən məqamsa layihədə nəzərdə tutulan işlərin aparılmamasıdır. Ölkənin su, kanalizasiya sistemi 3 il əvvəl nə vəziyyətdə idisə, hazırda da eyni haldadır. ”Azərsu” su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində çox iş gördüyünü, əhali isə içməyə su tapmadığını deyir. Halbuki "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası üçün 87 mln., Bakının 11 rayon mərkəzinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası üçün 181,112 mln. manat vəsait nəzərdə tutulub. Konkret Azərsu" Açıq Səhmdar Cəmiyyətinə 2011-ci ilin dövlət büdcəsindən 3 054 066 manat, su təchizatı qurğularının istismarı və xidməti üzrə bələdiyyələrə göstərilən maliyyə yardımı ilə bağlı xərclərə isə 776 951 manat vəsait ayrılıb. Son 2 ilin (2012-2013) büdcəsindən isə “Azərsu” ASC-yə 20 000 000 manat verilib. Bütün bu vəsaitlər sifarişçi ilə podratçı arasındakı yolda “it-bata” düşüb. Hazırda “Hidro-Lotus” MMC-də yenidən ixtisarlar başlayıb. Türkiyə vətəndaşlarının demək olar ki, hamısı işdən çıxarılıb. Dövlət əhəmiyyətli layihəni icra edən şirkətin qapadılaraq sektordan çıxması məsələsi gündəmə gəlib. Etibarlı mənbədən aldığımız məlumata görə, bunun nurçulara qarşı kampaniya ilə heç heç bir əlaqəsi yoxdur. Sadəcə, korrupsiya faktlarını ört-basdır etmək üçün şirkətin müflis elan edilməsi planlaşdırılır. Layihələrin bundan sonrakı taleyi isə bəlli deyil. İndi sual yaradan bir məqam var: niyə “Azərsu” ASC-nin sifarişçi olduğu layihələrdə podratçı son anda fırıldaqçı elan edilir?..
Xatırladaq ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəklişində əsas podratçı olan “Turan Hazinadaroğlu” şirkətinin də aqibəti oxşar olmuşdu…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53 |
|
|
|
• “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51 |
|
|
|
• Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40 |
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Dünən, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Dünən, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Dünən, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Dünən, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Dünən, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Dünən, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Dünən, 16:38 |
|
|
|
• Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Dünən, 16:35 |
|
|
|
• "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Dünən, 16:32 |
|
|
|
• Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Dünən, 16:25 |
|
|
|
• Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Dünən, 16:09 |
|
|
|
• Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Dünən, 16:06 |
|
|
|
|