Məmurların pula olan hərisliyi sıravi vətəndaşları necə yurdsuz qoyur? - Onları durduran olacaqmı?
Tarix: 24-06-2014, 15:37 | Çap et
Bakı şəhərində fərdi yaşayış evlərinin tikintisi ilə bağlı qanunvericiliyə edilmiş dəyişiklik özlərinə yuva qurmaq istəyənlərin böyük sevincinə səbəb oldu.
Milli Məclis tikintisi üçün icazənin tələb olunmadığı yaşayış binaları ilə bağlı qanunvericiliyə yeni əlavə edilib. "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə əsasən, barəsində məlumatlandırma icraatı təqdim edilən yaşayış evlərinin ara məsafəsi divarın hündürlüyünün 0,3 hissəsini təşkil etməlidir. Məlumatlandırma icraatı mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırmalarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi zamanı tətbiq edilir. Belə binaların tikinti layihəsi üçün yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur. Onların tikintisinə icazənin verilməsi tələb olunmur. Qanunvericiliyə edilmiş bu dəyişiklik insanlar arasında maraqlı fikir yaradıb. Məlumatı eşidənlər ev tikərkən heç bir icazə alınmayacağını düşünürlər. Milli Məclisin Regional məsələlər üzrə komitəsinin üzvü, millət vəkili Tahir Rzayev isə artıq açıqlama verib ki, qanunvericilikdə edilmiş dəyişiklik ev tikilməsinə icazə ilə bağlı ciddi fərqlər yaratmayıb. Onun sözlərinə görə, burada evin tikilməsinə icazənin ləğvindən söhbət getmir. Ev tikməklə bağlı məsələdə heç bir dəyişiklik olmayıb. Evin tikilməsi üçün müvafiq icra hakimiyyəti orqanına tikinti ilə bağlı müraciət edib, evin eskiz layihəsi təqdim olunmalıdır. Əgər evin hündürlüyü 12 metrə qədərdirsə, yerli icra hakimiyyəti ilə razılaşdırılmalıdır. Vətəndaşın razılaşdırma ilə bağlı icra hakimiyyətinə müraciəti 3 ay müddətinə cavablandırılır. Əgər icra hakimiyyəti bununla bağlı 3 ay müddətinə cavab verməsə, tikintiyə başlamaq olar. Millət vəkili qeyd edib ki, qanuna yeni edilmiş dəyişiklik ancaq evlərin ara məsafəsinin divarla hündürlüyündən asılı olaraq dəyişməsi ilə bağlıdr. Yaşayış evlərinin ara məsafəsi divarın hündürlüyünün 0,3 hissəsini təşkil etməlidir. Bu vaxta qədər bina qonşunun evinin divarına birləşdirilirdi ki, daha belə hallara qanunla icazə verilməyəcək. Göründüyü kimi, ev tikmək istəyən vətəndaşların sevinci uzun çəkməyib və onların arzusu gözündə qalıb. Əslində qanunvericiliyə edilmiş dəyişiklik ev sahibi olmaq istəyən vətəndaşların işində hər hansı ciddi asanlaşdırma yaratmayıb. Halbuki minlərlə insan məhz bu arzudadır və indiki şərtlərin ağırlığından gileylənir. Dəyişikliklərin vətəndaşların gözləntilərini qarşılamamasını isə ancaq bəzi məmur maraqları ilə izah etmək mümkündür. Heç kimə sirr deyil ki, vətəndaşların ev tikməsi daha çox bir sıra məmurların maraqlarına cavab verir, onlar bununla bağlı mövcud prosedur qaydaların ağırlığından istifadə edərək külli miqdarda pul qoparırlar. Digər tərəfdən isə süründürməçilik, bürokratik əngəllər ev sahibi olmaq istəyən vətəndaşları sözün həqiqi mənasında yorub əldən salır. Qeyd edək ki, bir müddət əvvəl saytların birinin araşdırması zamanı məlum olmuşdu ki, Bakıda konkret olaraq birotaqlı yaşayış sahəsinin tikintisinin icazəsi vətəndaşa 5000 manata başa gəlir. Zonadan asılı olaraq bəzən qiymətlər dəyişir. Hətta paytaxtın elə əraziləri var ki, İcra Hakimiyyəti tikintiyə başlamazdan əvvəl vətəndaşdan 50 min manat tələb edir. Təbii ki, bu da hər rayonunun "kiçik padşahının" qoyduğu özünəməxsus qaydalardır. Yəni evin tikdirilməsi zamanı həmin "padşahları"n xeyir-duasını almalısan. Bu görüm-baxım isə heç də 5-6 manata başa gəlmir. Bütün bu deyilənlərdən də görünür ki, vətəndaşların ev tikmək istəməsi bir çox məmurlar üçün necə ciddi "gəlir mənbəyi"dir və onların bu qazanc yerini itirmək istəməsi çox təəccüblü olardı. Odur ki, qanunvericilikdə məhz vətəndaşları sevindirəcək önəmli dəyişiklik baş verməməsini təbii qarşılamaq lazımdır. Azərbaycan reallığında bəzi məmurlar icazə verərlərmi ki, vətəndaşlar asan yolla ev tikə bilsinlər? Necə ki, icazə vermədilər. Bəlkə gələcəkdə bu reallaşa bilər, amma belədə də bir atalar sözü yada düşür: ""Bəlkə"ni əkiblər, amma bitməyib".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
• Suraxanıda hələ də QOÇULUQ zəmanəsidir - İTTİHAM VAR...
Bu gün, 00:54 |
|
|
|
• Lerikin icra başçısı İTTİHAM OLUNUR - CƏZALANACAQMI?
Bu gün, 00:47 |
|
|
|
• Moskvanın Cənubi Qafqazda son şansı: Rusiya nəyi hədəfləyir? - “Kreml bölgədə qalmaq üçün son güllələrini atır”
Bu gün, 00:35 |
|
|
|
• “Qarabağ klanı” üçün “türk təhlükəsi” və ya canilərin qorxuları - GƏLİŞMƏ
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda səhmdar cəmiyyət - MTK-ya ÇEVRİLİR
Bu gün, 00:05 |
|
|
|
• “Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53 |
|
|
|
• “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51 |
|
|
|
• Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40 |
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Dünən, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Dünən, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Dünən, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Dünən, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Dünən, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Dünən, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Dünən, 16:38 |
|
|
|
• Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Dünən, 16:35 |
|
|
|
• "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Dünən, 16:32 |
|
|
|
• Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Dünən, 16:25 |
|
|
|
• Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Dünən, 16:09 |
|
|
|
• Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Dünən, 16:06 |
|
|
|
|