Saatlı rayonunda cəmi bir seçici var - O da icra hakimiyyətinin başçısı - Daha bir rayonda seçki rəzaləti
Tarix: 2-12-2014, 14:43 | Çap et
Mövzuya dair ötən yazılarımızda da biz dəfələrlə belə bir fikri vurğulamışıq ki, ilk növbədə mövcud olduğu ərazidə yaşayan əhalinin ictimai sosial-məişət problemlərinin həllini təmin etmək üçün yaradılmış yerli özünü idarə orqanları – bələdiyyələr, təəssüflər olsun ki, əksər hallarda hələ də Rayon İcra Hakimiyyəti orqanlarının bir strukturu kimi fəaliyyət göstərirlər. İlk növbədə qeyd olunmalıdır ki, bu gün əksər regionlarda nəticə etibarı ilə rayon rəhbərliyinin xeyir-duası olmadan bələdiyyə sədri seçilməyin özü də çox müşkül işdir. Artıq çox az bir müddətdən sonra, dekabr ayının 23-də keçiriləcək növbəti bələdiyyə seçkilərinə hazırlıq işləri ilə bağlı redaksiyamıza bəzi bölgələrdən daxil olan məktublarda da rayon icra hakimiyyəti rəhbərləri tərəfindən arzuolunmaz müdaxilələrə yol verildiyi bildirilir. Bu xüsusda Saatlıdan aldığımız şikayət məktublarında isə, bu rayonda seçki öncəsi vəziyyətin tamamilə RİH-nin nəzarətində olduğu bildirilir. Təbii ki, rayondakı ümumi vəziyyətə nəzarət icra hakimiyyətinin birbaşa vəzifə borcudur. Lakin bu nəzarətin seçki öncəsi hazırlıq işlərinə və yaxud da seçkilərin gedişinə müdaxilələrdə təzahür etməsi heç də yaxşı nəticələr vəd etmir. Aldığımız məlumatlarda bildirilir ki, bu gün Saatlıda qətiyyən seçki abu - havası hiss olunmur. Başqa sözlə desək, namizədlikləri irəli sürülmüş şəxslərdən savayı kimsə seçki barədə düşünmür. Belə durumun yaranmasını isə yerli sakinlər ilk növbədə ümumiyyətlə bələdiyyələrin fəaliyyətindən narazı olmaları ilə izah edirlər. Yeri gəlmişkən, biz ötən materiallarımızda da qeyd etmişik ki, bu və ya digər dərəcədə səlahiyyət və sərbəstliklərə nail olmuş əksəriyyət bələdiyyə strukturları imkanlarını əməli iş üçün deyil, şəxsi sərvətlərini artırmaq üçün səfərbər edirlər. Bu qəbildən olan şəhər, qəsəbə və kənd bələdiyyələrinin fəaliyyəti dövrü olaraq ətraf ərazilərdə bir neçə ağac və kol bitkilərinin əkilməsi, məhdud metrajlarda asfalt örtüyünün təzələnməsi ilə məhdudlaşır. Bəzi yerlərdə isə ümumiyyətlə bu qurumların mövcudluğu yalnız rəsmi tədbirlərin gedişi zamanı müşahidə olunur. İndi Saatlıdan aldığımız məlumatlarda da təxminən belə bir vəziyyət təsvir olunur. Rayon sakinləri təsdiq edirlər ki, yerli bələdiyyələr mövcud olduqları bütün müdət ərzində rayon icra hakimiyyətinin bir şöbəsi kimi fəaliyyət göstəriblər. Bu barədə məktublardan birində növbəti sətirləri oxumaq olar: “Rayonumuzdakı bələdiyyələr indiyədək torpaq satmaqla yalnız icra başçısı Siraqəddin Cabarovun və başçının 1-ci müavini İlham Quliyevin biznes maraqlarına xidmət ediblər. Buna görə də icra başçısı kimi istəsə, həmin şəxs də bələdiyyə üzvü olacaq. Bələdiyyə sədri vəzifəsinə isə “təyinat” pulludur və onun da qiymətini S.Cabbarov şəxsən özü müəyyənləşdirir...” Bununla bağlı məlumatlarda bildirilir ki, rayon bələdiyyə sədrinin kim olacağı da artıq bəllidir. Bu Rusiyada yaşayan iş adamı Əlizaman Rəhimovun kiçik qardaşı Fizuli Rəhimovdur. Yenə də iddialara görə, icra başçısı Siraqəddin Cabbarovla sıcaq münasibətdə olan Əlizaman Rəhimov qardaşının bələdiyyə sədri olması üçün 60 min manat pul verib. Bundan başqa isə məlumatlarda bildirilir ki, əvvəllər bələdiyyə üzvlüyünə namizədliyini vermiş şəxslər özləri sakinlərin evlərinə gedib, vətəndaşlardan imzalar götürürdülər. Bu dəfə isə Saatlıda imza toplama kampaniyasının necə, hansı şəraitdə və harada aparıldığından sadə vətəndaşların xəbəri belə olmayıb. Mənbələrin iddialarına görə bələdiyyə üzvlərinin siyahısı 4-5 ay əvvəldən hazırlanıb. Daha sonra məlumatlarda qeyd olunur ki, rayon bələdiyyəsinin hazırkı sədri Pünhan Pənahovun namizədlıyi YAP tərəfindən irəli sürülsə də, başçı S. Cabbarov onu “arzuolunmaz” şəxslərin siyahısına salıb. Saatlıdan gələn məlumatlara görə, namizədliklərini irəli sürmək istəyən şəxslərin üzərində icra hakimiyyətinin çox ciddi nəzarəti hökm sürür. Həmin şəxslərin kimliyi, nə işlə məşğul olmaları və bütün digər məqamlar barədə ətraflı məlumatlar ərazi üzrə icra nümayindələri tərəfindən icra başçısına təqdim olunan müvafiq arayışlarda öz əksini tapır. Təqdim olunmuş materiallar araşdırıldıqdan sonra isə icra başçısı bu namizədə dair öz qərarını verir... \\ bizimdövr \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Bu gün, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Bu gün, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Bu gün, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Bu gün, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Bu gün, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Bu gün, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Bu gün, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Bu gün, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
|