Rəsmən MDB-nin ən stabil valyutası hesab olunan manata Azərbaycanda hörmət qoymurlar - Mağazalarda kredit müqaviləsi niyə dollarla aparılır?
Tarix: 6-01-2015, 09:41 | Çap et
DİA.AZ: - MDB-nin və Şərqi Avropanın ən sabit valyutası Azərbaycan manatıdır. Qeyd edək ki, bu barədə “Delovaya qazeta”nın (Belarus) “MDB və Şərqi Avropa ölkələrinin valyuta kurslarının dinamikası” adlı məqaləsində deyilib. Məqalədə qeyd edilib ki, manat sabit valyutadır, böyük valyuta ehtiyatarı sayəsində son zamanlar faktiki olaraq Amerika dollarına bağlıdır. “Dekabr ayında MDB və Şərqi Avropa ölkələrinin valyutaları arasında devalvasiya lideri 2013-cü ilin payızından sonra ilk dəfə olaraq Belarus rublu, 2014-cü ilin IV rübündə və II yarım illiyində isə rus rublu olub. Ümumilikdə isə 2014-cü ildə Ukrayna qriveni qiymətdən düşüb. Neft-qaza əsaslanan Azərbaycan manatı böyük valyuta ehtiyatları sayəsində son zamanlar faktiki olaraq Amerika dollarına bağlıdır. Öz valyutasının il boyu devalvasiyasına yol verməyən yeganə ölkə Azərbaycandır. Manat hətta dollara nisbətdə 0,01% möhkəmlənib” , - materialda deyilir.
DİA.AZ bildirir ki, manatın belə bir reputasiyasının olmasına rəğmən bu valyutanın öz vətənində situasiya tamam fərqlidir. Aşağıdakı materialdan da aydın olur ki, manata Azərbaycanda o qədər də etibar olunmur. Halbuki ciddi dairələr arxasında cidd kapitalın dayandığı milli valyutamıza fərqli qiymət verməkdədirlər...
Həmin materialı diaaz.space olaraq təqdim edirik:
"Son vaxtlar neftin qiymətinin sürətlə ucuzlaşması, neft ixrac edən bir çox ölkələrin iqtisadiyyatına mənfi təsirini göstərir. Artıq yaxın qonşumuz Rusiyada rubl kifayət qədər dəyərini itirdi. Rusiyada baş verən iqtisadi proseslər Azərbaycanda da öz təsirlərini göstərməyə başlayıb. Belə ki, artıq bəzi banklar, eləcə də kreditlə mal satışı həyata keçirən firmalar ehtiyatlanmağa başlayıblar. Bankların əksəriyyəti hazırda verilən krediti daha çox dollar şəklində təqdim etməyə çalışır. Bu proses bəzi ticarət müəssisələrində də müşahidə olunur. Belə ki, məişət texnikası, elektik avadanlıqları və digər bu kimi mallar satan mağazalar satdıqları malın qiymətini manatla göstərib, pulu manatla alsa da, kredit müqaviləsini dollarla bağlayırlar. İqtisadçı Rəşad Həsənov deyir ki, manatla kreditlər göstərilsə də, həmin ticarət müəssisələri kreditləşmə əməliyyatını banklarla həyata keçirirlər: “Kreditləşməni ticarət müəssisəsi özü etmir. Belə olduğu təqdirdə də təbii ki, banklar bu müəssisələrə diktə edirlər. Çünki uzunmüddətli perspektivdə manatın məzənnəsini proqnozlaşdırmaq mümkün deyil. Burada qanun pozuntusundan söhbət gedə bilməz. Mərkəzi Bank tərəfindən satış müəssisələrinin kreditləşməni həyata keçirməsi qadağan olunub. Burada banklar öz maraqlarını müdafiə edirlər. Məcburdurlar ki, öz vəsaitlərini dollar şəklində təqdim etsinlər."
Digər tərəfdən isə kreditləşmə ticarət müəssisəsi tərəfindən həyata keçirilsə, qanun pozuntusundan söhbət açıla bilər: “Əgər satış mağazası kreditləşməni özü həyata keçirirsə, bu qanuna ziddir. Bu zaman belə müəssisə öz maraqlarını qorumağa məcburdur. Sizin razılığınız olmadan bunu edə bilməz. İstehlakçı da məcbur olur ki, bankın və ya ticarət müəssisəsinin təqdim etdiyi şərtlərlə razılaşsın.”
Ekspertin fikrincə, burada qazanan tərəf ticarət müəssisəsi olacaq. Əgər mal və xidmətləri manatla əldə etsəniz, bu zaman ticarət müəssisəsi itirən tərəf ola bilər: “Bu il bu proses daha da sürətlənəcək. Böyük ehtimalla banklar artıq manatla kredit verməyəcəklər. Sahibkarlıq və istehlak kreditləri dollarla veriləcək. Bir məsələni də qeyd edim ki, kredit müqaviləsinin bütün valyutalarla təqdim edilməsinə Azərbaycan qanunvericiliyi imkan verir.”
R. Həsənovun sözlərinə görə, bu il Azərbaycan manatının dəyər itirməsi istənilən halda baş verəcək: “Nəzərə alsaq ki, mart ayında ABŞ Federal Rezerv Bankı tərəfindən uçot dərəcələrinin qaldırılması ehtimalı çox yüksəkdir. Belə olduğu təqdirdə təbii ki, dolların kursu yüksələcək. Azərbaycanda manatın arxasında neft ixracının dayanması və neftin qiymətinin sürətlə ucuzlaşması fonunda manatın defilyasiyanın qaçılmaz olduğu gözlənilir. Belə olduğu təqdirdə ola bilsin ki, 2015-ci ilin sonlarına yaxın Mərkəzi Bank məcburi şəkildə manatın yüngül şəkildə defilyasiyasına şərait yaratsın və manat dəyərini itirsin. Buna görə də bütün bunları nəzərə alaraq banklar öz vəsaitlərini həm nağd pul şəklində kredit verdikdə, həm də ticarət müəssisələri vasitəsi ilə prosesin kreditləşməsini həyata keçirdikdə dollar şəklində vəsaitləri təqdim etməyə üstünlük verirlər"."
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Bu gün, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Bu gün, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Bu gün, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Bu gün, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Bu gün, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Bu gün, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Bu gün, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Bu gün, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Bu gün, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
|