Səlim Müslümovun menyüsünə: Sarayda 7 saylı internat evində biabırçı durum - Təranə Nəcəfova xəstə uşaqların ərzaqını kimlərə satır
Tarix: 29-01-2015, 12:40 | Çap et
DİA.AZ: - Azərbaycanda məmurların vəzifədən sui-istifadə halları ilə bağlı dəfələrlə yazılıb, ictimai müzakirələrə çıxarılıb. Prezident İlham Əliyevin dəfələrlə bu barədə məmurlara xəbərdarlıqlar etməsinə və ciddi cəzalandırmasına baxmayaraq, bəzi məmurlar hələ də müəyyən yollarla bu cür neqativliklərə yol verir, vəzifə səlahiyyətlərini aşmaqla biabırçı hərəkətlər edirlər. Həmin şəxslər rəhbərlik etdikləri qurumları çapıb-talamaqla məşğul olur, özlərinin gəlir mənbəyini artırır. Bir sözlə həmin şəxslər ictimai maraqları nəzərə almadan maddi maraqları naminə istənilən özbaşınalıqları edirlər.
Bu cür biabırçı hadisələrdən biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində olan Saray qəsəbəsindəki 7 saylı İnternat Evində baş verməkdədir. Nazir Səlim Müslümov fəaliyyətə başladığı vaxtlardan nazirlikdə və quruma tabe olan təşkilatlarda korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparsa da, gözdən uzaq yerdə olan internat evində hələ də bu faktlar qalmaqdadır. Abşeron rayonunun Saray qəsəbəsində yerləşən bu internat evi fiziki və əqli cəhətdən zəif uşaqlar üçündür. Yəni bura dövlət xüsusi diqqət yetirir, əqli cəhətdən zəif Azərbaycan vətəndaşlarının maddi problemlərinin həllinə çalışır. Amma, bəziləri dövlətin bu siyasətinə kölgə salmaq üçün həmin müəssisəyə öz şəxsi obyekti kimi baxır.
DİA.AZ-a müraciət edən valideynlər də bu cür iyrənc faktları qəbul edə bilmədiklərini bildirir, xəstə uşaqların məskunlaşdığı bu müəssisədəki biabırçı vəziyyətlərin ictimailəşdirilməsini istəyir. Valideynlər deyirlər ki internat evinin müdiri öz əlaltıları ilə birlikdə bu müəssisədə xəstə uşaqlara olmazın işgəncələrini verir.
Şikayətçilər konkret faktlar da açıqlayırlar: “İnternat evi kifayət qədər tanınmış müəssisədir. Burada dövlət xəstə uşaqlar üçün kifayət qədər şərait yaradıb. Müəssisə bir neçə il əvvəl Heydər Əliyev Fondunun maliyyəsilə əsaslı təmir olunub, xəstələrin yaşayışı və müalicəsi üçün yüksək səviyyədə şərait yaradılıb. Amma, son bir ildə internat evində dəhşətli vəziyyət yaranıb”.
Valideynlər DİA.AZ-a deyirlər ki, əvvəllər bu müəssisədən onlar razı qalıblar: “Əvvəllər şərait olmasa da, uşaqlara yaxşı baxırdılar. Bəzi xırda nöqsanları çıxmaq şərti ilə vəziyyət normal idi. Amma, son bir ildə müəssisəyə yeni təyin olunan direktor Təranə Nəcəfova müəssisəni alt-üst edir. Hətta iş o yerə çatır ki, müəssisədə məskunlaşan xəstə uşaqlar məcburiyyətdən Saray qəsəbəsində fərdi evlərə sığınır, sakinlərdən imdad diləyirlər. Müəssisədə xəstələr üçün göndərilən ərzaqların əksəriyyəti qəsəbədəki mağazalarda satılır. Direktorun tapşırığı ilə həmin ərzaqlar bəzi işçilərin vasitəsilə bazar qiymətindən ucuz qiymətə mağazalara verilir, satıcəılar tərəfindən satdırılır. Müəssisədəki xəstələr də acından ölməmək üçün Saray qəsəbəsində fərdi evlərə gedərək ev sahiblərindən yeməyə çörək istəyir. Müəssisə direktoru isə bu faktları bnəzərə almadan biabırçı hərəkətlərini davam etdirir”.
Valideynlər deyirlər ki, onlar dəfələrlə öz övladlarını qəsəbədəki evlərdə günəmuzd işləyərkən görüb. Bu barədə direktora etiraz etsələr də, direktor Təranə Nəcəfova onların bu şikayətlərinə məhəl qoymur. Əksinə, valideynləri təhqir edərək “imkanın var apar saxla, mənim ixtiyarımda olan uşaqlara mən nəzarət edirəm və mən də öz bildiyim kimi də hərəkət edirəm” deməklə valideynləri müəssisədən qovur.
Şikayətçilər deyirlər ki, direktorun bu hərəkətlərinə etiraz edən valideynlər də Təranə Nəcəfova tərəfindən cəzalandırılır. Cəza növü isə belədir. Həmin valideynlər aylarla xəstə övladları ilə görüşdən məhrum edilir. Uşaq valideynini istəyəndə isə döyülür, valideyninə qarşı nifrət etməyə məcbur olunur. Çarəsiz qalan valideynlər isə bunun üçün direktorla razılaşmaq məcburiyyətində qalır.
Şikatyətçilər daha bir konkret fakt barədə diaaz.space-a açıqlama verir. Onların sözlərinə görə, müəssisəyə dövlət və imkanlı şəxslər tərəfindən verilən ət və ət məhsullarının hamısı uşaqlardan gizlədilərək satılır: “Bura dövlət tərəfindən, ayrı-ayrı qurumlar və imkanlı şəxslər tərəfindən yardımlar edilir. Hər gün demək olar ki, 5-10 imkanlı şəxs avtomobillərlə yardım məqsədilə bu müəssisəyə qoyun və inəklər kəsib gətirir və xəstə uşaqlara verilməsi üçün direktora təqdim edir. Amma, həmin ətlərdən xəstə uşaqlara bir tikə də olsa verilmir. Ətlər dərhal xüsusi adamlar vasitəsilə Saray qəsəbəsi və Sumqayıt şəhərində fəaliyyət göstərən xüsusi ət dükanlarına ucuz qiymətə satılır. Məsələn, müəssisə rəhbərinin tapşırığı lə dana ətinin birb kiloqram 4 manat, qoyun ətinin kiloqramı isə 6 manat 50 qəpikdən dükanlara satılır”.
Valideynlərin sözlərinə görə, ət satışı işi ilə internat evində ştatdan kənar işçi olan Əhməd adlı şəxs məşğuldur. Müəssisyə gələn həmin ətlər Əhməd adlı şəxsə təhvil verilir, o isə həmin ətləri dükanlara paylamaq və onların pullarını yığıb direktora çatdırmaqla məşğuldur.
Valideynlər deyirlər ki, onlar yaxın gündə bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya müraciət ünvanlamaq qərarı veriblər.
Müəssisədəki digər nöqsanlarla bağlı yaxın günlərdə daha ətraflı məlumatlar veriləcək. Hazırda DİA.AZ-a daxil olan digər faktlarla bağlı ciddi araşdırmalar aparıldığından həmin faktlar hələ ki açıqlanmır. Araşdırmalar başa çatandan sonra oxuculara müəssisədə baş verən digər neqativliklər barədə daha ətraflı məlumat verəcəyik. Bizi izləyin..
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Bu gün, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Bu gün, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Bu gün, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Bu gün, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Bu gün, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Bu gün, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Bu gün, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Bu gün, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Bu gün, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
|