Bakıda İŞİD-ə biət edənlərin sıraları genişlənir? - Qapımızı döyən təhlükə bizə nə qədər yaxındır...
Tarix: 14-02-2015, 10:30 | Çap et
Ölkəmizdə qara çarşaba və niqaba bürünənlər, yəni yalnız gözləri görünən qadınlarla yəqin hər birimiz ictimai nəqliyyatda, küçədə rastlaşırıq. İnsanlar bu geyim formasında olanlara qəribə baxır, hətta onları təhlükəli adamlar da hesab edirlər. Bu geyim əsasən radikal islamçı ərəb ölkələrində qəbul edilən olsa da, Azərbaycan cəmiyyətində heç də birmənalı qarşılanmır. Xüsusilə son vaxtlar İŞİD terror təşkilatının dövlətlərlə hakimiyyət uğrunda müharibə aparmasından sonra, sanki bu geyimdə olanlar təhlükəli təsir bağışlayır. Hətta belə bir fikirlər də var ki, Azərbaycanda qara çarşaba və niqaba bürünənlər əslində İŞİD ideologiyasının tərəfdarları və təbliatçılarıdır. Ümumiyyətlə, qara çarşablılar cəmiyyətimiz üçün təhlükəli ola bilərmi? Onu da nəzərə almaq lazımdır ki, belə geyimli qadınların sayı sürətlə artmaqdadır. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc deyir ki, yüz illər boyu bu məsələ ətrafında fərqli baxışlar olub. Z. Oruc bildirdi ki, bütün hallarda müxtəlif kriminal hadisələr o örtüklərin arxasında baş verir. Onun sözlərinə görə, cihadçı kütlələr İslamın ən fundamentalist və xalis variantına istinad edən insanlar məhz o çarşablar üzərindən özlərinin məkrli əməllərini həyata keçirirlər: “Sanki bu cəhalətin, radikalizmin bir simvoluna çevrilir və onun alt qatında hər cür mücahid yetişdirə bilirlər. Halbuki müxtəlif müsəlman ölkələrində çarşabdan milyonlarla insan istifadə edir. Bu onların mental xüsusiyyətlərinin, cəmiyyətdəki ənənələrinin ayrılmaz bir hissəsinə çevrildiyindən heç kəs özünü o rəngdən, o geyimdən, o libasdan qorumağı düşünmür.” Z. Oruc vurğuladı ki, söhbət geyim formasından deyil, o insanların nə düşündüklərindən gedir: “Biz qətiyyən geyim forması ilə mübarizə aparmalı deyilik. İlk növbədə elə addım atılmalıdır ki, insanların təfəkküründə dəyişikliklər baş versin. Onların məhz daxili idealları, həyat baxışları sivil və aparıcı bir sistemlə olacaqsa, bu halda onlar bürünməyəcəklər və özlərini belə libaslarla cəmiyyətdən kənarda qoymayacaqlar. Əgər həqiqətən də sırf cəhalət təbliğatı üstünlük təşkil edəcəksə, onlar körpə yaşlarından belə təsirin altına düşəcəklər və artıq 15-20 yaşına çatandan sonra onların beynində keçilməz sədlər yaranacaq, cəmiyyətlə aralarında da problem yaşanacaq. Ona görə də çarşablı insanları cəmiyyət üçün təhlükə saymasam da, onların düşüncələri bizim üçün çox önəmlidir. Onlar necə və hansı formada yaşamaq istəyirlər? Bu məsələ önəmlidir. Dini qurumlarımız, ruhanilərimiz və ziyalılarımız bu məsələ ilə bağlı fəal mövqelərini ortalığa qoyduqca inanıram ki, bu proses kütləviləşməyəcək və təhlükələr də özünü göstərməyəcək.”
İlahiyyatçı Əkrəm Həsənov qara geyinən və niqab örtən bu qadınlara təhlükə mənbəyi kimi baxmağı düzgün hesab etmir: “Bu yaxınlarda bir marşrutda qara geyinən, qara hicab taxan, üzərindən niqab bağlayan bir qadın gördüm. Sərnişinlər bütün diqqəti ona vermişdilər. Hətta onunla qarşı-qarşıya oturan bir uşaq da ona baxırdı. Amma cəmiyyətdə belə təsəvvürlər var ki, onlar qorxuludurlar, təhlükəlidirlər, onlar hicab altından başqa şəbəkələrə qoşulub başqa işlərlə məşğul olurlar. Bəlkə də həqiqətən də belə hicab bağlayan, üzünü örtən hansısa qadın hansısa şəbəkədən olsun. Amma bütün qara geyinən, qara hicab bağlayan, üzlərinə niqab örtən bu qadınlara qarşı belə düşüncədə olmaq kökündən yanlışdır. Çünki, belə geyinən qadınlar ola bilər Allah Rəsulundan gələn hədislərə əməl etməyə çalışırlar.” İlahiyyatçı deyir ki, bəzən adət-ənənələr də nəzərə alınmalıdır. Belə ki, xalqımızın geyim tərzi İslamı qəbul edəndən sonra adətlərimizlə uyğunlaşdırılıb: “Ölkəmizin, xalqımızın qəbul etdiyi geyim formaları, baş örtüklərimiz var ki, belə örtüklərdə cəmiyyətdə narazılıqlar olmur. Amma qeyd etdiyimiz kimi qara geyimli, niqablı qadın gördükdə bəzi insanlarda ikrah hissi formalaşır. Belə hallarda müsəlman qadınlar öz ölkələrinin adət-ənənələrini nəzərə almalıdırlar. Belə olmayanda bu məsələ artıq müzakirələrə və mübahisələrə səbəb olan mövzuya çevrilir. Yaxşı olardı ki, bu sahədə olan məsələləri cəmiyyətin aparıcı qüvvələri müzakirə etsinlər. Amma nəzərə alınsın ki, hər kəsin din azadlığı və geyim azadlığı var.”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Bu gün, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Bu gün, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Bu gün, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Bu gün, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Bu gün, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Bu gün, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Bu gün, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Bu gün, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Bu gün, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
|