Səlim Müslümovun nəzarət zonasında məmur çəkişməsi - Nəyi bölə bilmirlər...
Tarix: 2-04-2015, 14:25 | Çap et
"Bizim şəhər və rayonlarda elə tibbi-sosial ekspert komissiyaları var ki, onlar hər kəsə əlillik dərəcəsi verir. Bu sadəcə dəhşətli bir hadisədir. Bütün bunlar vətəndaşlarda yalnız nifrət hissi oyadır. Lakin cəmiyyət bilir ki, həmin komissiyalar nələrin hesabına min oyundan çıxırlar". Bunu keçirdiyi iclasların birində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Bəli, həqiqətən də bu gün bəzi tibbi-sosial ekspert komissiyalarının fəaliyyətində kifayət qədər nöqsanlı məqamlar mövcuddur. Yəni onlar nəyinsə müqabilində bu və digər şəxsə saxta əlillik dərəcəsi verir, bu yolla maraqlarını təmin etməyə çalışırlar.
Mövzu ilə bağlı əldə etdiyimiz bilgilərə görə, ölkədə fəaliyyət göstərən tibbi-sosial ekspert komissiyalarının işinə nəzarət etməli olan qurumun - Respublika Tibbi və Sosial Ekspertiza Mərkəzinin direktoru Məmməd Xasıyev bütün bunlardan xəbərdar olsa da, nədənsə olub-bitənlərə seyirci mövqeyi sərgiləyir. Bu məsələdə Məmməd Xasıyevin də müəyyən marağının ola biləcəyinə işarə edən məlumatlı şəxsin sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində olan Respublika Tibbi və Sosial Ekspertiza Mərkəzi vəzifələrini, eləcə də funskiyalarını normal şəkildə icra etmir: "Nəzərinizə çatdırım ki, bu mərkəzin əsas vəzifələri tibbi, sosial-əmək ekspertizası sahəsində ali ekspertiza işlərini həyata keçirmək, əlilliyi doğuran faktorların öyrənilməsi və əlilliyin profilaktikası, əlillərin reabilitasiyası üçün müvafiq tədbirlər işləyib hazırlamaq, ilkin tibbi-sosial ekspert komissiyalarının fəaliyyətinə nəzarət etməkdir. Mərkəzin funksiyalarına gəlincə, bura mürəkkəb ekspertiza hallarında ilkin tibbi-sosial ekspert komissiyalarına şifahi və yazılı məsləhət vermək, lazım gəldikdə əyani müayinə əsasında qərar qəbul etmək, ilkin tibbi-sosial ekspert komissiyalarının qərarından narazı olan vətəndaşları şikayət qaydasında müayinə edib qərar vermək, ilkin əlilliyi nəzarət qaydasında təsdiq etmək, ilkin komissiyaların əsassız hesab edilən qərarlarını dəyişdirmək və digər mühüm məsələlər daxildir. Ancaq nədənsə Respublika Tibbi və Sosial Ekspertiza Mərkəzi qeyd olunan məsələlərə laqeyd münasibət bəsləyir. Yəqin elə bu səbəbdəndir ki, artıq bir müddətdir bu mərkəzin işinə son verilməsi məsələsi əsas müzakirə mövzularından birinə çevrilib".
Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri postuna gəldikdən bir qədər sonra Respublika Tibbi və Sosial Ekspertiza Mərkəzinin fəaliyyətinə toxunduğunu qeyd edən məlumatlı şəxs bildirir ki, nazir adıçəkilən qurumun işinə son verilməsinin məqsədə uyğunluğunu bəyan edib: "Cənab general Səlim Müslümov nazir kimi işə başladıqdan bir müddət sonra mətbuata verdiyi açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində fəaliyyət göstərən Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinin ləğv olunacağını bildirib. Belə ki, o, tibbi-sosial ekspert komissiyalarının rəhbərlərinin iştirak etdiyi görüşdə "Bizə belə bir qurum lazım deyil. Müvafiq dəyişiklikləri hazırlayın. Bununla bağlı biz Nazirlər Kabinetinə müraciət edəcəyik", deyə bununla bağlı tapşırıq verib". Nəzərinizə çatdıraq ki, əmək və əhalinin sosial müdafiəsi naziri həmin görüşdə bu sahədə mövcud olan nöqsanlardan da danışıb. "Əgər Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzində arayışları kimsə satırdısa, o zaman siz (tibbi-sosial ekspert komissiyaları nəzərdə tutulur) nə işlə məşğul idiniz?" deyən Səlim Müslülmovun sözlərinə görə, bəzi rayon tibbi-sosial ekspert komissiyaları əhalinin 50 faizinə əlillik haqqında arayış verib.
Bu arada, bir neçə gün öncə ölkə başçısının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinin bazasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin yaradılması ilə bağlı sərancam imzaladığını deyən mənbənin sözlərinə görə, məhz bu amil onu deməyə əsas verir ki, Respublika Tibbi və Sosial Ekspertiza Mərkəzinin direktoru Məmməd Xasıyev, eləcə də nazirliyin əlillərin sosial müdafiə siyasəti şöbəsinin müdiri Saday Abdullayev vəzifə borcunu layiqincə icra edə bilmir: "Xatırlayırsınızsa, 2013-cü ilin noyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdir müavini, tibbi sosial ekspertiza və əlillərin reabilitasiyası məsələləri sektorunun müdiri Saday Abdullayev işində yol verdiyi nöqsanlara görə tutduğu postdan kənarlaşdırılmışdı. Lakin, qısa müddət sonra o, yenidən vəzifəsinə bərpa olundu. Ötən ilin iyun ayında isə, Saday Abdullayev nazirliyin aparatının əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri vəzifəsinə təyin olundu. Görünür, 1975-ci ildən müxtəlif səhiyyə müəssisələrində həkim kimi fəaliyyət göstərən Saday Abdullayevin güclü himayədarı olduğundan o, üzərinə düşən vəzifəni layiqincə icra edə bilmədiyi halda heç kim ona irad tutmağa cəsarət etmir. Halbuki bu gün ölkəmizdə ən ciddi problemlərdən biri də sağlamlığını itirmiş əlil vətəndaşlarımızın üzləşdiyi çətinliklərdir. Problemin ən önəmli tərəfi isə əlillik dərəcəsi almaq istəyən insanlarla bağlıdır. Belə ki, son illər Azərbaycanda əlillik dərəcələrinin təyin olunması sahəsində müvafiq islahatlar aparılsa da, mövcud sahədə xeyli neqativ hallar müşahidə edilməkdədir. Xəstələrin düzgün müayinə olunmaması sonradan ciddi çatışmazlıqlar yaranmasına səbəb olur. Bunun məsuliyyəti isə Respublika Tibbi və Sosial Ekspertiza Mərkəzinin direktorunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillərin sosial müdafiə siyasəti şöbəsinin müdirinin üzərinə düşür".
İş o yerə çatıb ki, artıq bir sıra millət vəkilləri də tibbi-sosial ekspert komissiyalarında baş verən qanun pozuntularını, neqativ halları açıq şəkildə bəyan etməkdən çəkirmirlər. Məsələn, Milli Məclisin sosial-siyasət komitəsinin sədri Hadı Rəcəbli bir müddət əvvəl mətbuata verdiyi açıqlamasında sözügedən məsələ ilə bağlı bunları deyib: "Bu gün Azərbaycanda həqiqətən əlil olan şəxslər əlillik vəsiqəsi ala bilmir. Əlillik statusunun sənədləşməsində bürokratik əngəllər var. Ona görə də belə halların qarşısının alınması üçün əlilliyin yenidən tərtibatlaşması məsələsi ortaya çıxır. Yəni birinci, ikinci və üçüncü qrup yox, fiziki imkanlar kateqoriyası ortaya düşməlidir. Bu məsələyə yenidən baxılmalıdır, inqilabi addımlar atılmalıdır. Belə olarkən obyektiv səbəbdən əlillərin sayı arta bilər. Həqiqətən əlil olan insanlar əlillik dərəcəsi alacaq. Bu səbəbdən əlillərin sayı arta bilər". Söz yox ki, deputatın vurğuladığı məsələ həqiqətən də aktual problemlərdən biridir. Çünki hazırda əlillik dərəcəsini müəyyən edən tibbi-sosial ekspert komissiyalarının əksəriyyətində qanunvericiliyin tələbləri kobud surətdə pozulur və saxta sənədlərlə əlillik statusu almaq istəyənlərə kimlərsə tərəfindən "yaşıl işıq" yandırılır. Bu və digər önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri redaksiyamızla paylaşan məlumatlı şəxs iddia edir ki, sağlam insanların müxtəlif yollarla saxta əlillik vəsiqəsi alması prosesi bölgələrdə daha kütləvi yayılıb: "Heç şübhəsiz ki, Respublika Tibbi və Sosial Ekspertiza Mərkəzinin direktoru Məmməd Xasıyevin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillərin sosial müdafiə siyasəti şöbəsinin müdiri Saday Abdullayevin olub-bitənlərdən xəbəri var. Lakin son zamanlar onların başı tamam başqa məsələlərə qarışıb. Belə ki, adıçəkilən şəxslər yeni yaradılacaq qurumun - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəhbəri olmaq uğrunda gərgin mübarizəyə start veriblər. Hər iki şəxs bu qurumun başına keçməkdən ötrü əlaqələrini işə salıb və bəzi nüfuz sahiblərinə minnətçi düşüblər. Bu mübarizənin sonda kimin qələbəsilə nəticələnəcəyini demək bir qədər çətin olsa da, görünən odur ki, hər iki tərəf ciddi cəhdlə yeni vəzifəyə təyinat almağa çalışır. Lakin unutmaq lazım deyil ki, son qərarı cənab general, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov verəcək".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Bu gün, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Bu gün, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Bu gün, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Bu gün, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Bu gün, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Bu gün, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Bu gün, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Bu gün, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Bu gün, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
|