Bu uşaq bağçasında hər bir uşağa bar verən ağac kimi baxırlar... - Dövlətin bağçasına babasının bostanı kimi baxanlar...
Tarix: 16-04-2015, 14:59 | Çap et
Azərbaycanda uşaq bağçaları və digər bu tip uşaq məktəbəqədər müəssiələrinin icra hakimiyyəti orqanlarının kurasiyasına verilməsindən sonra keçən müddət ərzində, bu sahədə mövcud problemlərin həlli istiqamətində bir sıra mühüm addımlar atılıb. Görülən tədbirlərin ümumiyyətlə heç bir müsbət nəticə vermədiyini söyləmək ən azından ədalətsizlik olardı. Müəyyən nəticələr var və onları pozitiv adlandırmaq olar. Lakin dövlətimizin və xüsusən də şəxsən ölkə prezidentinin bu sahəyə ayırdığı xüsusi diqqət və qayğının müqabilində, bu istiqamətdə əldə olunmuş nəticələrin gözlənildiyindən xeyli az olması da bir həqiqətdir. Başqa sözlə desək, uşaq müəssisələri sahəsində islahatlar gedir, lakin çox ləng gedir. Diqqətəlayiq haldır ki, bir müddət bundan əvvəl ölkə prezidenti cənab İlham Əliyev də öz çıxışlarının birində bu sahədə mövcud problemlərin təcili həllinin zəruriliyini xüsusi qeyd etmişdi. Bəzi uşaq müəssisələrində ərzaq təminatı məsələləri ilə bağlı hələ də neqativ halların mövcudluğuna münasibət bildirən dövlət başçısı demişdi: “Bu, dözülməz haldır. İndi bu məsələlər paytaxtda Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilib və çox ciddi göstərişlər verilib ki, yemək məsələləri birinci planda olmalıdır.” Bütün bunlar ölkə rəhbərliyi tərəfindən, qeyd olunan məsələlərin həllinə görə məsul vəzifəli şəxslərə qarşı ciddi tələblərin irəli sürüldüyünə bir daha dəlalət edir. Bununla belə araşdırmalar göstərir ki, bu sahədə çalışan bəzi məmurlar vərdiş etdikləri köhnə qaydaları hələ də bir kənara qoymağa hazır deyillər. Xüsusilə bu gün paytaxtda fəaliyyət göstərən bir çox uşaq bağçalarında mövcud neqativ halların aradan qaldırılması üçün hələ də müvafiq tədbirlər görülmür. Bu xüsusda redaksiamıza daxil olan növbəti məlumatlarda Bakının Nərimanov rayonu ərazisində, B.Dadaşov küçəsi, 19 ünvanında yerləşən 49 №-li körpələr evi-uşaq bağçasının rəhbərliyi tərəfindən də bu müəssisədə çeşidli qanun pozuntularına yol verildiyi bildirilir. İlk növbədə mənbələr bildirirlər ki, müəssisəyə rəhbərlik edən Elvira İslamova bağçaya uşaq qəbulunu yalnız ödəniş əsasında həyata keçirir. Bir uşağın qəbulu üçün nəzərdə tutulmuş məbləğ isə 300-500 manat hüdudunda “oynayır”. Daha sonra məlumatlarda bildirilir ki, 49 №-li körpələr evi-uşaq bağçasında həyata keçirilən pul yığımları da intensivliyi ilə diqqəti cəlb edir. Açıqlamalara görə uşağı bağçaya yerləşdirdikdən sonra hər bir valideyndən bir uşağa görə 20 manat məbləğində aylıq ödəniş tələb olunur. Həm də bu ödənişin təyinatı belə valideynlərə açıqlanmır. Məsələ bundadır ki, bağçada aylıq ödənişdən başqa mütəmadi olaraq müxtəlif “məsrəflər” üçün nəzərdə tutulmuş pul yığımları da həyata keçirilir. O cümlədən bayram tədbirlərinin keçirilməsi, uşaqların gəzintiyə aparılması, təsərrüfat xərcləri, tərbiyyəçilərin mükafatlandırılması, ad günlərinin qeyd olunması da hər dəfə valideynlərə müəyyən məbləğə başa gəlir. Həmçinin mənbələr vurğulayırlar ki, məhz Elvira İslamovanın ad günü bağçada xüsusi təm-təraqla qeyd olunur. Amma bütün bunlara rəğmən 49 №-li körpələr evi-uşaq bağçasının fəaliyyətində valideynləri daha çox narahat edən məqam yenə də məhz uşaqların qidalanmaları ilə bağlıdır. Bu xüsusda aldığımız məlumatda bildirilir ki, bağça müdirəsi tərəfindən uşaqların qidalanma rejimi və istifadə olunan qida rasionu barədə valideynlərə dürüst məlumat verilmir. Bu isə bağçada ərzaq təchizatı ilə bağlı müxtəlif maxinasiyaların yer aldığına dair müxtəlif söz-söhbətlərin və haqlı şübhələrin yaranmasına əsas verir... \\ bizimdovr.az \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Bu gün, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Bu gün, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Bu gün, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Bu gün, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Bu gün, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Bu gün, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Bu gün, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Bu gün, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Bu gün, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
|