Sabirabadda baş həkim dərdə çarə etmir, baş kəsir... - Narazılıq var
Tarix: 22-04-2015, 14:56 | Çap et
Əvvəlcə onu qeyd edək ki, Sabirabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əziz Mikayılovun korrupsiya əməlləri barədə mətbuatda kifayət qədər yazılıb. Amma çox təəssüf ki, əlaqədar təşkilatlar, ilk növbədə isə Səhiyyə Nazirliyi israrla problemə laqeydlik nümayiş etdirməkdə davam edirlər. Məhz elə bu da Əziz Mikayılova rayon sakinləri ilə istədiyi kimi rəftar etməyə, necə deyərlər, xəstəxanada bazar açmağa imkan verir. Baş həkimin “nazir mənim arxamda dayanıb, hara istəyirsiniz yazın, onsuz da heç nə edə bilməyəcəksiniz” hədələri də, bizcə, elə bu laqeydlikdən bəhrələnir. Nəticədə rayon sakinləri müxtəlif instansiyalara müraciət etmək zorunda qalıb. H.Ağayev küçəsi ev 10, mənzil 9-da yaşayan rayon sakini, II qrup əlil İsmət Əlvan oğlu Hüseynov Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edərək ondan kömək istəmişdir. Rayon xəstəxanası üçün tipik hal olduğuna görə həmin məktubu burada olduğu kimi vermək qərarına gəldik. Məktubda deyilir: “Hörmətli Mehriban xanım, mən uzun müddətdir ki, bronxit və ağ ciyər xəstəsiyəm, maddi vəziyyətim olduqca ağırdır, ailəmizin gəliri mənim aldığım 50 manat pensiyadan ibarətdir. Dərman almaq məqsədi ilə dəfələrlə Sabirabad rayon Mərkəzi Xəstəxanasanın baş həkimi Əziz Mikayılovun qəbulunda olsam da, mənə heç bir köməklik göstərmir. Başa düşə bilmirəm dövlət büdcəsindən dərman preparatları almaq üçün ayrılan milyonlarla manat vəsait niyə Əziz Mikayılov tərəfindən mənimsənilməli, mənim kimi imkansızlar isə dava-dərmansızlıqdan ölməlidirlər? Dövlət qurumları niyə bu özbaşınalığa biganə yanaşırlar. Hörmətli Mehriban xanım, ötən dəfə Sizə ünvanladığım müracitə də rayonda biganə yanaşıldı. Mənə şifahi xəbər göndərdilər ki, xəstəxanaya gəlim. Mən də düz dörd gün gedib gəldim. Kabinetlərin birində qarşılaşdığım Məmmədağa Məmmədov bildirdi ki, səni ya baş həkim, ya da müavini Qalib qəbul edəcək. Amma məni heç kim qəbul etmədi. Qısası, Sabirabad xəstəxanasında əhaliyə pulsuz xidmət göstərmirlər, baş həkim Sabirabad səhiyyəsini idarə etməyi Rusiya bazarında nar satmaq kimi başa düşür. Yalnız ümidimiz Sizədir, Mehriban xanım”. Rayondan aldığımız digər məktublarda da bu və buna bənzər faktlar sadalanır.
Məsələn, əldə etdiyimiz məlumata görə, dövlət tərəfindən müəyyən olunmuş dərman və ərzaq məhsullarının yalnız 25 faizi şöbələrə və kəndlərə verilir. Qış aylarında xəstəxanaların isidilməsi üçün ayrılmış neft məhsulları mənimsənilir. Baş həkim Əziz Mikayılov 2009-2012-ci illərdə qeyri-qanuni şəkildə iki yerdə işləyib və əmək haqqı alıb. Baş həkim olanda da VTEK-də işləməyini gizlədib. Bunu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi də təsdiqləyə bilər. Bizə çatan məlumata görə, baş həkimin qanunsuz əməllərindən rayon İH başçısının məlumatı var, amma nədənsə göz yumur. Səhiyyə Nazirliyində isə şöbə müdiri Gülmirzə Poladov onu himayə edir, yəni baş həkimin qeyri-qanuni əməllərini nazirdən gizlədir. Daha bir dəhşətli faktı qeyd edək. Rayonda ana və uşaq ölümləri çox ciddi şəkildə gizlədilir. Məsələn, 1983-cü il təvəllüdlü Təhminə Təvəkkül qızı Aslanlı 20.11.2013-cü il tarixdə Sabirabad Regional Perinatal Mərkəzində bir oğlan uşağı dünyaya gətirib, lakin düzgün aparılmayan əməliyyata görə 7 gündən sonra ana dünyasını dəyişib. Fakt gizlədilib. Bir çox hallarda başqa rayonlarda doğulan uşaqlara da Sabirabad Regional Perinatal Mərkəzində arayış verilmişdir. Məsələn, Sabirabad rayon Kürkənd sakini Vüsalə Haxverdi qızı Məmmədova 09.08.2008-ci ildə Qobustan Mərkəzi Xəstəxanasında bir qız uşağı dünyaya gətirib. Həmin uşağa 15.08.2008-ci ildə 0073465 saylı “Doğum haqqında tibbi şəhadətnamə” də verilib. Lakin beş ildən sonra Qeydiyyat şöbəsi yenidən 103 saylı forma istəyəndə Məmmədovlar Qobustana getməyə əriniblər. 27.04.2013-cü il tarixdə 103 saylı formanı elə Sabirabad Doğum Evindən əldə ediblər. Necə? Yəqin ki, bunu qanunsuz arayışı verənlər özləri bilirlər. Bir məsələni də qeyd edək. Sabirabad Perinatal Xəstəxanasından xəstələr çox vaxt Şirvan və Bakının özəl xəstəxanalarına göndərilir. İstər-istəməz sual doğulur, niyə? Bunu orada çox şeyləri ört-basdır etmək imkanları ilə izah edənlər də var. Bir sözlə, bu yazıda Sabirabad rayon Xəstəxanasında baş verənlərin yalnız xırda bir qismi ilə sizləri tanış etdik. Növbəti yazılarımızda daha ciddi faktlarla qarşılaşacaqsınız…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Bu gün, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Bu gün, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Bu gün, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Bu gün, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Bu gün, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Bu gün, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Bu gün, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Bu gün, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Bu gün, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
|