Ukraynadan Bakıya çağırış: .....                     "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" .....                     Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib .....                     Azərbaycan və Ermənistan arasında gərginlik anonsu .....                     Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. .....                     “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi .....                     Niyə 220 manat? .....                     Sərhəddə növbəti təxribatlar gözlənilir .....                     Azərbaycanda "Nimesil"in satışı qadağan edildi .....                     Missiya arxasında gizlənən İrəvan: .....                     Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” .....                     Ermənistan Zəngəzur dirənişindən geri çəkilir .....                     Tanınmış jurnalistə ağır itki üz verib .....                     Xanım İsmayılqızının səhhətində problem yaranıb .....                     Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq .....                     Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... .....                     Arabir duman, zəif çiskin olacaq .....                     Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib .....                     NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? .....                     Rusdilli məktəblər ləğv olunmalıdır? .....                     Niyazi Mehdidən xəbər var .....                     61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır .....                     Rusiyadan şok “real Ermənistan” etirafı .....                     `KİTAYSKİ` SÜNİ İNTELLEKT... .....                     Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək .....                     Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib .....                     Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... .....                     Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... .....                     Paşinyan yenə “atı arabanın dalına” bağladı .....                     Bakının atacağı YÜK... .....                     Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib .....                     "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." .....                     Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir .....                     Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... .....                     “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” .....                     5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... .....                     Sağlam olmayan KİBERÇƏTİRİMİZ... .....                     Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir .....                     "Azəriqaz" cəzalandırıldı .....                     Bakı və Ankaranın bir layihədə 3 hədəfi .....                 

Gədəbəydə üsuli-cədid: Başçı belə qisas alır... - Narazı sahibkarlar hədələnir
Tarix: 13-05-2015, 12:33 | Çap et
Gədəbəydə üsuli-cədid: Başçı belə qisas alır...
Gədəbəy rayonundan aldığımız yeni məlumatlarda Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun ondan şikayətçi düşmüş vətəndaşları və onların ailə üzvlərini məruz qoyduğu təqiblərin növbəti mərhələsindən xəbər verilir. Bu məlumatlardan birinə əsasən may ayının 1-də Gədəbəy şəhər 1 saylı orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini Jalə Səfərova qeyri-qanuni olaraq işdən azad edilmişdir. Məlumatda bildirilir ki, Jalə Səfərova dörd uşaq anasıdır. Övladlarının biri hal-hazırda tələbədir. Ailənin bir oğlu isə hərbi xidmətdədir. Jalə xanımın digər iki övladı isə azyaşlı uşaqlardır. Əslində ananın işdən qovulmasında da məhz bu iki azyaşlı uşağın xəstəlikləri bəhanə rolunu oynayıb. Belə ki, uşaqların xəstələnməsi ilə bağlı keçirdiyi həyəcan və stress səbəbindən bir müddət əvvəl Jalə Səfərovanın öz səhhətində də müəyyən kiçik problemlər yaranıb. Buna görə də poliklinikada xəstəlik vərəqəsi (bülleten) açdıran ana həm özünün, həm də uşaqlarının müalicəsi ilə məşğul olmaq qərarına gəlib. Lakin may ayının 1-də məktəbin direktoru Sevda Musayeva Jalə Səfərovanı daxili əmrlə işdən azad edib. Halbuki, bülletendə olan əməkdaşın işdən çıxarılması tamamilə qanuna zidd bir əməldir. Bəs görəsən Sevda xanımı belə bir addım atmağa hansı amillər vadar edib? Məsələ bundadır ki, Jalə Səfərova Vaqif Səfərovun gəlinidir. Bəli, Ramiz Yediyarovun qanunsuz olaraq torpağını əlindən aldığı məhz həmin Vaqif Səfərovun. Bu xüsusda bir müddət əvvəl redaksiyamıza müraciət etmiş Gədəbəy şəhər sakini Əliyeva Aybəniz Ramazan qızı öz məktubunda sahibkar Oktay Qara oğlunun və onun kimi Gədəbəy şəhərindəki yeni açılmış Ticarət Mərkəzinə zorla yerləşdirilən digər sahibkarların da üzləşdikləri problemin kökündə, ilk növbədə onun həyat yoldaşı Vaqif Səfərova qarşı törədilmiş hüquq pozuntusunun durduğunu bildirmişdi. Aybəniz xanımın məktubunda deyilirdi ki, Ramiz Yediyarovun zəbt edərək Ticarət Mərkəzi inşa etdirdiyi torpaq sahəsi Gədəbəy Rayon İcra Hakimiyyətinin Başçısının 16 iyun 1998-ci il 143 №-li sərəncamı ilə Səfərov Vaqif Qara oğlunun adına verilmişdir. Bundan sonra Aybəniz xanım Oktay Qara oğlunun həmin ticarət mərkəzinə köçməkdən imtina etməsini təqdir edərək, digər sahibkarlara da bu cür qərar verməyi tövsiyyə etmişdi. Təbii ki, bütün bu haqlı şikayətlər başçının diqqətindən kənarda qalmamışdır. Buna görə də Jalə Səfərova məhz başçının göstərişi ilə Sevda Musayeva tərəfindən qanunsuz olaraq işdən azad edilmişdir. Yeri gəlmişkən, Gədəbəydən aldığımız digər bir məlumat da sahibkar Oktay Qara oğlu ilə bağlıdır. Belə ki, ötən həftənin cümə günü öz probleminin həlli xüsusunda növbəti dəfə RİH-nə üz tutan sahibkar bu dəfə hüquq şöbəsinin müdiri Zülfüqar İsgəndərov tərəfindən qəbul edilmişdir. Artıq dəfələrlə xəbər verildiyi kimi Oktay Qara oğlu Gədəbəy şəhəri, M.Quliyev küçəsində mülkiyyətində olan 0.006 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 1 girişli, 38.5 kv.m sahəsi olan, 1 mərtəbəli qeyri yaşayış binasının (mağaza) tam mülkiyyət hüququna malikdir. Lakin bu ilin fevral ayının əvvəllərində Ramiz Yediyarova məxsus olan Ticarət Mərkəzinin işə salınması məqsədilə, ona da bir çox digər sahibkarlar kimi, öz obyektini təhvil verərək, TM-nə köçmək təklif olunmuşdur. Oktay Qara oğlu bu təklifi qəbul etmədikdə isə, onun obyekti ağır texnikanın iştirakı ilə sökülüb, yerlə-yeksan edilmişdir. Məhz bu xüsusda sahibkar artıq uzun müddətdir ki, müxtəlif instansiyalara müraciət edərək problemin qanuni həllini tələb edir. Gədəbəy RİH-də baş tutmuş son görüşdə isə Zülfüqar İsgəndərov Oktay Qara oğlunu növbəti yalanla öz haqqını tələb etməkdən çəkindirməyə cəhd göstərmişdir. Məlum olduğu kimi Gədəbəydə Ramiz Yediyarovun özbaşınalıqlarından ən çox maddi və mənəvi ziyan çəkmiş sahibkarlardan biri də Əliyev Oktay İbrahim oğludur. Belə ki, təxminən üç il bundan əvvəl Gədəbəy rayon sakini, sahibkar Oktay Əliyev rayonda turizmin inkişaf etdirilməsi və yeni iş yerlərinin açılması zəminində, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş razılıq və icazə sənədləri əsasında Gədəbəy rayonu Qalakənd meşə zolağında xüsusi ayrılmış ərazidə turizm-istirahət mərkəzinin tikintisinə başlamışdı. Qeyd olunduğu kimi həmin torpaq sahəsi ETSN-nin balansındadır və RİH-nə heç bir aidiyyatı yoxdur. Lakin 2014-cü ilin iyul ayının 11-də RİH başçısının müavini Rüstəm Nağıyev, aparatın bir neçə əməkdaşı və RPŞ-nin rəis müavini Bəhmən Məmmədov çoxsaylı polis əməkdaşları ilə əraziyə gəlirlər. Bu şəxslər heç bir yazılı sənəd təqdim etmədən, ağır texnikanı cəlb etməklə artıq çox hissəsi hazır olan binanın bir hissəsini uçurdurlar. Bundan sonra Oktay Əliyevə qarşı pul tələbi irəli sürülür və yenə gələcəklərini deyən məmurlar çıxıb gedirlər. Həmin şəxslər təkrarən ayın 23-də geri qayıdırlar və bu dəfə də binanın qalan hissəsini uçurdurlar. Nəticədə Oktay Əliyevə yüz min manat ziyan dəyir. Bu mövzu artıq uzun müddətdir ki, ölkə mətbuatında, o cümlədən bizim qəzetdə ətraflı işıqlandırıldığından, məsələnin təfərrüatlarını təkrarlamaq istəmirik. Lakin Zülfüqar İsgəndərov Oktay Qara oğlunu qəbul etdiyi zaman, məhz bu məsələyə toxunaraq sahibkara bəyan etmişdir ki, guya Oktay Əliyevin atası bu yaxınlarda Ramiz Yediyarovla görüşərək onunla hansısa razılığa gəlmişdir. Bundan sonra Gədəbəy RİH-nin baş hüquqşünası Oktay Qara oğluna bildirmişdir ki, onun da başçı ilə “anlaşmaq” zamanı çatmışdır. Biz isə tam məsuliyyətlə bəyan edirik ki, Oktay Əliyevin nə atası, nə özü, nə də hər hansı bir digər ailə üzvü Ramiz Yediyarovla heç bir razılığa gəlməmişdir və bu barədə heç bir söhbət də ola bilməz. Mövcud problemin həlli isə yalnız və yalnız Ramiz Yediyarov tərəfindən Oktay Əliyevə və onun kimi Gədəbəyin hüquqları pozulmuş bütün iş adamlarına dəyən maddi və mənəvi ziyanın tam ödənilməsi yolu ilə əldə oluna bilər.
\\ bizimdovr.az \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Bu gün, 16:14
"Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Bu gün, 16:11
Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Bu gün, 16:09
Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Bu gün, 16:01
Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Bu gün, 15:53
“Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Bu gün, 15:48
Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58
Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01
Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40
Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36
Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32
Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30
Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21
Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20
Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04
Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00
NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59
Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49
Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32
61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11
Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56
`KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51
Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45
Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44
Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17
Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04
Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56
Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55
Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51
"Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49
Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46
Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41
“Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32
5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26
Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19
Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16
"Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08
Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02
İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55
"132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51
Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41
Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37
Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28
Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14
Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47
"Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45
"Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru