Bu ticarət mərkəzində sahibkarların haqqı yeyilir... - Rəsmən biabırçılıqdır...
Tarix: 10-06-2015, 14:20 | Çap et
Paytaxtın ən iri ticarət mərkəzlərindən sayılan "Laçın"da böhran şəraiti davam edir. Xatırladaq ki, bir neçə ay əvvəl ticarət mərkəzinin qapılarına qıfıl vurulmuş və bazar fəaliyyətini bir həftəyə yaxın dayandırmışdı. Səbəb olaraq isə işıq puluna görə yaranmış borc göstərilirdi. Başqa bir iddiaya əsasən, ticarət mərkəzinin 3 milyon manata qədər vergi borcu olub, bu səbəbdən bağlanıb.
Yayılan məlumatlara əsasən mərkəzin sahibi, tanınmış iş adamı Maqsud adlı şəxsin vergi borcunun bir hissəsini ödəməsindən sonra "Laçın"ın fəaliyyəti bərpa edilib. Ticarət mərkəzində işləyən şəxslərdən aldığımız məlumatlara görə, məlum məsələdən sonra "Laçın"da alver xeyli zəifləyib: "Bazarın bir həftəyə yaxın bağlı qalması işimizə əməlli-başlı təsir göstərib. Əvvəl gündəlik 500 manatlıq alver olurdusa, hazırda 200 manat qazana bilmirik. Buna görə də aylıq icarə haqqını toplayıb verməkdə çətinlik çəkirik. Üstəlik, banklardan götürdüyümüz kreditlərin faizi bizi çökdürüb. Alverin zəif olması səbəbindən bəzi dükanların sahibləri təhvil verib çıxıblar. Birinci mərtəbədəki paltar dükanlarının bir neçəsi boşaldılıb. İstədiyiniz vaxt gəlib baxa bilərsiniz. Həmin dükanlarda aylıq icarə haqqı çox baha idi. Alver zəiflədi, dükan sahibləri müflis oldu. Belə bir vaxtda ticarət mərkəzinin rəhbərliyi icarə haqlarını artırmaq barədə fikirləşir. Hələ ki, bunu açıq şəkildə sahibkarlara deyə bilmirlər. Belə ki, ticarət mərkəzi bağlananda bütün dükanların sahiblərindən vergi borcunu ödəmək üçün pul yığdılar. İndi üzləri gəlmir bizə desinlər ki, yer pulunu artırırıq. Belə görürük ki, gələn aydan icarə haqları qaldırılacaq. Bu da bizə heç cür sərf etmir. Borcun içində üzürük, yer pulları qalxsa, lap pis olacaq". Məlumatda o da bildirilir ki, "Laçın" ticarət mərkəzini tərk edən sahibkarların bir çoxu "Binə" bazarına üz tutub: "Binə"də yer pulları bura ilə müqayisədə nisbətən ucuzdur. Buna görə də "Laçın"da dükanlarını təhvil verən şəxslər orda yer götürüb işləyirlər. Dediklərinə görə, həm gündəlik qazancları çıxır, həm də yer pullarını rahat ödəyə bilirlər. Düzdür, orda da sahibkarları incidirlər, amma insanlar bir tikə çörəyin dərdindən bütün haqsızlıqlara baş əyməli olurlar. Şəxsən mən üçüncü aydır ki, icarə haqqını bankdan kredit götürüb verirəm. Alver yox dərəcəsindədir. Bəzən günlərlə siftə etmirəm. Camaatda da pul yoxdur. Məsələn, müştəri gəlib soruşur ki, filan ayaqqabı neçəyədir, deyirsən 50 manat. Məbləği eşidən kimi dükanı tərk edirlər. İnsanlar ucuz mal axtarır. Yer pulu baha olduğundan biz məcburuq ki, mayası 45 manata başa gələn malı heç olmasa üstünə 4-5 manat qoyub sataq. Bizim də qazancımız burdan çıxır. Alıcılıq qabiliyyəti olduqca aşağıdır. Vaxt var idi "Laçın"da müştəri əlindən tərpənmək mümkün olmurdu. Şəhərin mərkəzi hissələrində yaşayan insanlar belə burdan alış-veriş edirdilər. Bu gün həmin dövrdən əsər-əlamət qalmayıb. Bazarın yiyəsi Maqsud müəllim üçün sahibkarların alver edib-edə bilməməsi o qədər də maraqlı deyil. O Bakıda az-az görünür. Vaxtının çox hissəsini Türkiyədəki mülkündə keçirir. Mənim bildiyimə görə, iş adamının İstanbulda geyim dükanları və restoranları fəaliyyət göstərir". Araşdırmalar nəticəsində öyrəndik ki, əslən Laçın rayonundan olan iş adamı ticarət mərkəzinin fəaliyyəti ilə bağlı yaranmış sonuncu problemdə yüksək rütbəli şəxslərdən birinin adını hallandırıb. Etibarlı mənbənin bildirdiyinə əsasən, bu addımına görə onu bərk danlayaraq ciddi xəbərdarlıq ediblər: "Əslində, bazar sahibinin adını çəkdiyi həmin nüfuzlu şəxslə yaxınlıq əlaqəsi yoxdur. Sadəcə onun adından istifadə edərək yaranan bəzi problemləri yoluna qoyacağını düşünür. İş adamının sonuncu cəhdi uğursuz alınıb. Onun həmçinin azərbaycanlı milyarder, "AST Telman" kimi tanınan biznesmen Telman İsmayılovla əlaqələrinin olduğu haqda da məlumatlar var. Hətta "Laçın"ın sahibi ad günündə milyarderə bahalı hədiyyə bağışlayıb". \\ Gündəlik Bakı qəzeti \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Bu gün, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Bu gün, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Bu gün, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Ucuz ev, yoxsa oyun? - NƏ ETMƏLİ?
Bu gün, 06:47 |
|
|
|
• "Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı" - deputat
Bu gün, 06:45 |
|
|
|
• "Azərdövlətlayihə"nin bu "alış-verişi" baş tutmadı - SƏBƏB
Bu gün, 06:41 |
|
|
|
• Jan Noel Baro niyə bu qədər narahatdır? - AKTUAL
Bu gün, 06:38 |
|
|
|
• Bakıdakı “casus yuvası”: “Ora gedənlərin kimliyini bilinir, lakin…” - İLGİNC
Bu gün, 06:36 |
|
|
|
• "İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi'
Bu gün, 01:00 |
|
|
|
|