Rəis məni təbrik elə, mən də rəis oldum… - Qəbələ polisi ilə bağlı ilginc iddia
Tarix: 17-09-2015, 15:09 | Çap et
Mətbuatda gedən məlumata görə 13 sentyabr axşam saatlarında Qəbələdə “VAZ 2107” markalı avtomobil sərnişinlə dolu mikroavtobusla toqquşub. Nəticədə hər iki avtomobildəki sərnişinlərin biri hadisə yerində keçinib, digərləri isə ağır yaralanıb və təcili Qəbələ Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alanların 3-nün vəziyyəti çox ağır olduğundan onları Bakıya gətiriblər. AzNews.az-a daxil olan məlumata görə, hadisənin baş verməsinə səbəb yol polislərinin onları təqib etməsi olub. Elə buna görə də, xəsarət alanların qohumları Qəbələ rayonunun yol polis bölməsinin rəisi Fariz Həsənov və onun müavini Aydın Heydərovla bağlı aidiyyəti qurumlara müraciət ediblər. Zərərçəkənlərin yaxını İldırım Səmədovun mətbuata verdiyi açıqlamaya görə, polislər qəzaya səbəb olandan sonra hadisə yerindən qaçıblar: “Dünən axşam qardaşım Əhmədyar Səmədov və onun yoldaşı Gülxarə Səmədova, bacım Çeşminaz Ağayeva və yoldaşı Cumar Ağayev toydan gələrkən bu hadisə baş verib. Belə ki, yol patrul xidmətinin əməkdaşları yaxınlaşıb, onları qovaraq “saxla” əmri verib. Ən pis hal odur ki, polislər onları dar körpüdə qovub. Onlar da saxlamaq istəyəndə çaşıblar. Çünki həmin körpüdən sonra enli yol gəlirmiş. Qardaşım da həmin enli yolda saxlamaq istəyəndə qəza baş verib. Maşın körpünün qırağında olan səkiyə dəyib və maşını “Qazel”in altına tullayıb. Hadisənin olmasına şərait yaradan Qəbələ Rayon yol polisi bölməsinin rəisi Fariz Həsənov və onun müavini Aydın Heydərov hadisə yerindən qaçıblar. Onların insanlığı belə olmayıb. Hadisəni törədiblər, amma yaralılara yardım göstərmədən hadisə yerindən qaçıblar. Ən böyük bədbəxtçilik budur. Artıq hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmişik”. İ.Səmədovun sözlərinə görə, xəsarət alanların vəziyyəti pisdir: “Hadisədən sonra xəsarət alanlar xəstəxanaya gətirilib. 1 saatdan sonra bacımın yoldaşı Cumar Ağayev keçindi. Qardaşım Əhmədyar Səmədov isə ciddi xəsarətlər alıb. Bacım Çeşminaz Ağayevanın qolu iki yerdən qırılıb, başı zədə alıb və çənə sümüyü qırılıb. Bacım Çeşminazı tərpətmək heç mümkün deyil. Qardaşımın yoldaşı Gülxarə Səmədovanın vəziyyəti ağır olduğu üçün Bakıya göndərdik. Belə ki, onun sifət və çənə sümükləri qırılıb arxaya gedib”. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə mətbuata açıqlamasında bildirib ki, hadisənin baş verməsinə səbəb sürücünün avtomobili içkili halda idarə etməsi və yol hərəkəti qaydalarını kobud surətdə pozması olub: “Hadisənin baş verməsi polislərin onları təqib etməsi ilə bağlı deyil. Səbəb həmin sürücünün içkili halda avtomobili idarə etməsi, yol hərəkəti qanunlarını pozmasıdır. Avtomobilin sürücüsü polislərin saxla əmrinə tabe olmayaraq, hərəkətin əks istiqamətinə çıxaraq başqa avtomobillə toqquşub. Burada polislərin heç bir günahı yoxdur”. Orxan Mansurzadə qəzadan sonra polislərin hadisə yerindən qaçması barədə deyilənləri də əsassız sayır: “Qəza baş verdikdən sonra polislər hadisə yerinə təcili tibbi yardım maşınlarını və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını çağırıblar. Hətta xəsarət alanların xəstəxanaya yerləşdirilməsi prosesində də iştirak ediblər. Ona görə də, polislərin hadisə yerindən qaçmaları barədə deyilənlərin heç bir əsası yoxdur”. …Bu gün Qafqaznews.az-ın redaksiyasına Qəbələ RPŞ-nin rəisi Etibar Abduyev və Qəbələ DYPB-nin rəisi Fariz Həsənovla bağlı yeni məlumatlar daxil olub. Məlumatda bildirilir ki, baş vermiş hadisədən sonra RPŞ-nin rəisi Etibar Abduyev Fariz Həsənovu cəzalandırmaq əvəzinə onun müdafiəsinə qalxıb. Bütün bunlar Etibar Abduyevlə Fariz Həsənovun uzun illər dostluq münasibətlərindən irəli gəlir. İctimaiyyətə bəllidir ki, Etibar Abduyev vaxtı ilə ildırım sürəti ilə gəlib Qəbələ RPŞ-nin rəisi olub. Etibar Abduyev əslən Qəbələdəndir və uzun illər Abşeron RPŞ-nin sahə inspektoru vəzifəsində xidmət edib. O vaxtlar onun bir başa rəisi Abşeron RPŞ-nin xidmət üzrə rəis muavini və hazırda Bakı şəhərinin Nizami RPİ-nin rəisi Nofəl Məhərrəmov olub.
Nofəl Məhərrəmovun demək olar ki, Etibar Abduyevə antipatiyası olub. Səbəb isə … O vaxtlar Etibar Abduyev ona Qəbələdən kisələrdə göndərilən qoz-fındığı xidməti formada Təzə bazara aparıb satanda DİN-in 7- ci idarəsinin əməkdaşları tərəfindən fotosu çəkilib. Nofəl Məhərrəmovun xoşlamadığı digər şəxs isə Abşeron DYPB-nin baş inspektoru vəzifəsində xidmət edən Fariz Həsənov olub. Həmin vaxt ən çox şikayətlər Fariz Həsənovun yollardakı əməllərindən olardı. Sonra Nofəl Məhərrəmov polis rəisi təyin olundu və bir neçə il sonra Etibar Abduyev də ildırım sürəti ilə Qəbələ RPŞ-nin rəisi təyin olundu. İki rəisin maraqlı görüşü olub. Şahidlərin dediyinə görə, bu görüş DİN-də keçirilən kollegiya iclasında baş verib. Nofəl Məhərrəmova yaxınlaşan Etibar Abduyevin ilk sözü bu olub ki, rəis məni təbrik elə, mən də rəis oldum… Nofəl Məhərrəmov isə cavab verin ki, ayə, sən burda nə gəzirsən..? Etibar Abduyev isə bir daha bildirib ki, mən Qəbələ RPŞ-nin rəisi təyin olunmuşam. Nə isə.. indi isə qayıdaq sentyabırın 13-ü axşam saatlarında baş verən hadisəyə. Qəbələ rayonundan əldə etdiyimiz məlumata görə, Etibar Abduyev Fariz Həsənovu müdafiə edir. Niyə..? Deməli belə çıxır ki, Etibar Abduyevlə Fariz Həsənov Abşeron RPŞ-də xidmət edərkən ən çox şikayət daxil olan polis əməkdaşları siyahısında olduqları üçün, bu gün rəis öz işçisinin müdafiəsinə qalxıb. Bəlkə də, Fariz Həsənov Etibar Abduyevin biz bilmədiyimiz məcaralarının canlı şahididir..? Hansı macəraların..? Bu barədə növbəti yazıda.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Bu gün, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Bu gün, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Bu gün, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Bu gün, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Bu gün, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Bu gün, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Bu gün, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Bu gün, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Bu gün, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Bu gün, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Bu gün, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Bu gün, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Bu gün, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Bu gün, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Bu gün, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Bu gün, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Bu gün, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Bu gün, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Bu gün, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Bu gün, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Bu gün, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Bu gün, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Bu gün, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Bu gün, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Bu gün, 10:44 |
|
|
|
• Ermənilər ictimai nəqliyyatda gediş haqqının artırılmasına kütləvi etiraz edirlər... - VİDEO
Bu gün, 10:17 |
|
|
|
• Günün fotosu: Bu də çörəyin YENİ QİYMƏTİ... - Yeni standarta rast gəlinməyib...
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan yenə “atı arabanın dalına” bağladı - Bakıdan reaksiya
Bu gün, 09:56 |
|
|
|
• Bakının atacağı YÜK... - Görünəni odur ki...
Bu gün, 09:55 |
|
|
|
• Nazirliyin iki vəzifəli şəxsinə ağır itki üz verib
Bu gün, 09:51 |
|
|
|
• "Mənim stəkanımdan, qaşığımından istifadə etməsinlər..." - Evdə də tapşırmışam, xahiş etmişəm...
Bu gün, 09:49 |
|
|
|
• Ermənistan Qafqazı “barıt çəlləyi”nə çevirir - FAKT BUDUR!
Bu gün, 09:46 |
|
|
|
• Cəlilabadda Qarabağ Qazisinin harayı EŞİDİLMİR... - "Vəziyyətim çox pisdir..."
Bu gün, 09:41 |
|
|
|
• “Otlaq sahəsi kimi ayrılan əraziyə pomidor və taxıl əkirlər” - NARAZILIQ VAR...
Bu gün, 09:32 |
|
|
|
• 5 milyard manatlıq təhsilimizin AĞLAMALI HALI... - AKTUAL
Bu gün, 09:26 |
|
|
|
• Sağlam olmayan KİBERÇƏTİRİMİZ... - Süni intellekti təbii iradəmizlə yenə bilərik...
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzur dəhlizi artıq beynəlxalq gündəlikdir - FAKT BUDUR!
Bu gün, 09:16 |
|
|
|
• "Azəriqaz" cəzalandırıldı
Bu gün, 09:08 |
|
|
|
• Bakı və Ankaranın bir layihədə 3 hədəfi - Geqamyan
Bu gün, 09:02 |
|
|
|
• İrandan müharibə anonsu – Bir neçə gün ərzində nə baş verəcək?
Bu gün, 08:55 |
|
|
|
• "132 manatlıq məhsul qeybə çəkilib" - GİLEY
Bu gün, 08:51 |
|
|
|
• Satacağımız almalar da əlimizdə qalıb... - ARAŞDIRMA
Bu gün, 08:41 |
|
|
|
• Bir yandan ərəblər... bir yandan öz brakonyerlərimiz... bir yandan da... - AXI NİYƏ?..
Bu gün, 08:37 |
|
|
|
• Gecə vaxtı yerinə yetirilən işlərə... - Ekspert danışır...
Bu gün, 08:28 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:14 |
|
|
|
• Kremlin Bakıya qarşı hibrid savaşı: nələrdən istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
|