MTN-nin Sədərək bazarındakı gözü, qulağı və “vuran əli” kim olub? - Yaşar və Çingiz adlı sahibkarları MTN əməliyyatçıları ilə nə birləşdirib?
Tarix: 9-11-2015, 11:36 | Çap et
“MTN işi” fonunda Moderator.az-a daha bir maraqlı informasiya daxil olub. Məlumatda sabiq MTN rəhbərliyinin Sədərək Ticarət Mərkəzində apardığı əməliyyatlarla bağlı ilginc informasiyalar yer alıb. MTN Sədərək bazarını kimlərin əli ilə, necə nəzarətdə saxlayıb? Mənbənin məlumatına görə, sabiq MTN rəhbərliyi əsas gəlir yerlərindən birini təşkil edən Sədərək bazarını nəzarətdə saxlamaq, hansı sahibkarın maddi durumunun daha qənaətbəxş olduğunu, kimin hədəf seçilməsinin daha çox qazanc gətirəcəyini müəyyənləşdirmək üçün bazar daxilindəki agentura şəbəkəsinin imkanlarından məharətlə istifadə edib. Mənbənin sözlərinə görə, MTN rəhbərliyinə bu işdə yardım edən, sahibkarlar və onların gündəlik alqı-satqısı, maddi durumu ilə bağlı məlumatlandıran Sədərək bazarında sahibkar kimi fəaliyyət göstərən Çingiz adlı şəxs olub: “Bazarda priotexniki vasitələrin satışı ilə məşğul olan Çingiz adlı şəxsin əsas işi sahibkarları, onların ticarət dövriyyəsini müntəzəm şəkildə izləmək, öz biznesini genişləndirən sahibkarlar haqqında MTN əməliyyatçılarına informasiya ötürmək olub. Məhz Çingizin verdiyi informasiyadan yola çıxan MTN əməliyyatçıları, qısa müddətdən sonra uydurma ittihamla həmin sahibkarı iş yerindən birbaşa MTN zirzəmisinə aparıb. MTN-də isə sahibkarlarla bir neçə gün və ya bir neçə aylıq “profilaktiki tədbir” aparılıb və bundan sonra onların hər birindən 100-200 min manat pul alaraq yenidən azadlığa buraxıb. Başqa sözlə desək, Çingiz verdiyi informasiyalarla özünün və biznesinin təhlükəsizliyini təmin etməklə yanaşı, keçmiş MTN rəhbərliyi üçün də “çörək ağacı” rolunu oynayıb”. Yaşar kimdir və onu MTN-ə nə bağlayır? Mənbə Çingizin Sədərək bazarındakı missiyasının ölkə paytaxtında Yaşar adlı sahibkar tərəfindən həyata keçirildiyini bildirib: “Paytaxtda radiator biznesi ilə məşğul olan Yaşar adlı şəxs də şəhərdəki sahibkarlar və onların maddi durumu haqqında MTN-ə müntəzəm surətdə informasiya ötürməklə məşğul olub. Yaşarın verdiyi informasiyalar əsasən kombi-radiator avadanlıqlarının satışı ilə məşğul olan şəxslərlə bağlı olub ki, bunun da şəxsi maraqlara söykənən səbəbi olub. Belə ki, Yaşar MTN-i imkanlı sahibkarlar haqqında məlumatlandırmaq və beləliklə də onların MTN zirzəmisinə gedən “yolunu açmaqla” yanaşı, həm də bununla öz biznes rəqiblərini də sıradan çıxartmağa nail olub. Belə ki, özü də radiator biznesi ilə məşğul olan Yaşar eyni avadanlığın satışını həyata keçirən sahibkarları müflis etdirməklə, rəqabətsiz ortamda, rahat bir şəkildə öz şəxsi biznesini inkişaf etdirib”. Elçin və Mehman adlı MTN əməliyyatçıları hansı missiyanı yerinə yetirib? Bilgili qaynağın sözlərinə görə, Sədərək bazarında sahibkarların həbsi Elçin və Mehman adlı MTN əməliyyatçılarının vasitəsi ilə gerçəkləşib: “Elçin və Mehman adlı əməliyyatçıların başlıca missiyası Çingizin verdiyi məlumat əsasında həbslər həyata keçirmək, iş adamlarını bazarda qandallayaraq MTN zirzəmisinə gətirmək olub. Qısa zamanda bu şəxslər Sədərək bazarında mənfi mənada o qədər məşhurlaşıb ki, onların yaxından-uzaqdan hansısa obyektin yaxınlığından keçməsi belə yaxınlaşmaqda olan bədbəxtlik və uğursuzluq əlaməti hesab olunub. “MTN işi” çərçivəsində bütün qanunsuzluqların getdikcə üzə çıxarıldığı hazırkı dönəmdə sabiq MTN rəhbərliyinin qanunsuz göstərişini icra edən bütün şəxslər kimi, bu adamların da məsuliyyətə cəlb edilməsi zəruridir”. Yasin-Təhsim ikiliyi sahibkarlara necə divan tutub? Mənbə MTN-nin istintaq idarəsinin əməkdaşları Yasin və Təhsim adlı şəxslər haqqında da bəzi faktlar açıqlayıb: “Yasin-Təhsim ikiliyi və bu ikiliyin sahibkarların başına açdığı oyunları paytaxtdakı iş adamları arasında bilməyən yoxdur. Sədərək bazarında həbs edilən sahibkarların da dindirilməsində yaxından iştirak edən bu şəxslər, “rəhbərliyin tapşırığına uyğun olaraq” iş adamlarından fantastik miqyasda pul tələb edib, əks təqdirdə onları etmədikləri cinayətlərə görə məsuliyyətə cəlb edəcəklərini bildiriblər. Yasin-Təhsim cütlüyü üçün xarakterik keyfiyyətlərdən biri də, onların tələb etdikləri pulun məbləğində hər hansı güzəştə getməmələri olub. Başqa sözlə desək, onlar sahibkarlara kəsdikləri “racon”a dəyişilməsi, redaktəsi mümkünsüz olan prinsiplər kimi yanaşıb və bu məsələdə imsəyə güzəştə getməyib”. PS.Yaxın günlərdə oxucuları Yasin-Təhsim ikiliyinin hansı sahibkarları dindirdikləri, habelə iş adamlarına təzyiq göstərən digər MTN əməkdaşlarının adı və “əmək fəaliyyəti” ilə tanış edəcəyik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
|