Xocavənddə vəzifələr də inhisara alınıbmış... - İTTİHAM VAR
Tarix: 23-11-2015, 12:18 | Çap et
“Bizim Dövr” qəzetinin redaksiyasına yeni daxil olmuş məlumatlarda Xocavənd rayonunda cərəyan edən qəribə hadisələrdən bəhs olunur. Yox, söhbət heç də hansısa anomal təbiət hadisələrindən getmir. Daha doğrusu, təqdim edilən açıqlamalardan bu rayonda baş verənlərdə həqiqətən də bir anormallığın olduğunu söyləmək olar. Amma bu hal təbiətin deyil, bəzi insanların fəaliyyətilə bağlıdır. Məsələn, məlumatlardan belə bir nəticəyə gəlmək olur ki, bu gün Xocavənd rayonunun sosial sahəsi demək olar ki, bir ailə tərəfindən özəlləşdirilib. Məgər bu normal hal kimi qəbul edilə bilər? Əlbəttə ki, yox. Mənbələr isə bildirirlər ki, rayonda hazırda yaranmış durum məhz belədir. Xocavəndin sosial sahəsini “özəlləşdirən” ailənin başında isə, keçmiş məmur Məmmədəli Bayramov durur. Məlum olduğu kimi bu məmur təqaüdə çıxana qədər Xocavənd rayonu Əhalinin Sosial Müdafiə Mərkəzinə rəhbərlik edirdi. Hələ bu vəzifədə olduğu dövrdə Məmmədəli Bayramovun yarıtmaz fəaliyyətinə dair ən müxtəlif instansiyalara, o cümlədən mətbuata rayondan davamlı olaraq şikayət məktubları daxil olurdu. Həmin məlumatlarda Məmmədəli Bayramovun yol verdiyi özbaşnalıqlardan, aztəminatlı vətəndaşların problemlərinə biganəliyindən, mərkəzdə plastik kartların ilk altı ay müddətində qanuni sahiblərindən saxlanılmasından və ƏSMM rəhbərinin dövlət qulluğuna saxta diplomla girməsindən bəhs edilirdi. Bildirilirdi ki, bu məmurun rəhbərliyi dövründə Xocavənd rayonu ƏSMM özünün xüsusilə yarıtmaz fəaliyyətilə analoji qurumlar arasında daha çox seçilən idarələr sırasındadır. Məmmədəli müəllim təqaüdə çıxanda isə, bir çoxları düşünürdü ki, bu problemlər də artıq öz həllini tapacaq. Lakin bu baş vermədi. Məsələ bundadır ki, təqaüdə çıxan Məmmədəli Bayramov özündən sonra Xocavənd ƏSMM-nin direktoru vəzifəsinə bacanağı Zakir Quliyevin təyin edilməsinə nail ola bilib. Bu minvalla da, mərkəzin fəaliyyətindəki qüsur və nöqsanlar indinin özündə də əvvəllər olduğu kimi davam edir. Bu xüsusda aldığımız açıqlamalardan birində deyilir: “Xocavənd rayonunda yoxsul ailələrin vaxtında ünvanlı sosial yardım almasına indi də Zakir Quliyevin rəhbərliyi altında ƏSMM-də yol verilən kağız süründürməçiliyi, bürokratik əngəllər, məmurların rüşvətxorluğu mane olur. Dövlətin verdiyi yardımdan yararlananların əksəriyyəti əslində buna ehtiyacı olmayanlar olur. Yardıma həqiqi ehtiyacı olan yoxsulların çoxunun isə, hətta bəzən tələb olunan kağızları toplamağa belə gücü çatmır. Mərkəzin özünün, həm də ünvanlı sosial yardım sektorunun fəaliyyətində şəffaflıq təmin olunmur, yardımları təyin edən komissiyaların işində ictimaiyyətin iştirakına yol verilmir...” Digər tərəfdən isə, rayonun sosial sahəsinin Bayramovlar tərəfindən zəbt olunduğunu söyləməklə, biz heç də sadəcə Zakir Quliyevin ƏSMM direktoru vəzifəsinə gətirildiyini nəzərdə tutmuruq. Fikir verin, Dövlət Sosial Müdafiə Fondunun Xocavənd rayon şöbəsinin rəhbəri Elxan Bayramov Məmmədəli müəllimin doğmaca qardaşı oğludur. Həmçinin Məmmədəli müəllimin öz oğlu Elməddin Bayramov rayonun Maliyyə idarəsində, bacanağı Zakir Quliyevin oğlu isə DSMF şöbəsində mütəxəssis kimi çalışırlar. Maraqlıdır ki, mənbə bu “rəhbər və mütəxəssislərin” də, eynən Məmmədəli Bayramovda olduğu kimi, məhz saxta diplomlarla dövlət qulluğuna girdiklərini iddia edir. Digər tərəfdən isə, bütün bu özbaşınalıqlarla bağlı belə bir sual yaranır ki, görəsən dövlətin srateji əhəmiyyət kəsb edən bu mühüm sahəsi ailə podratına alınarkən rayonun rəhbərliyi hara baxırdı? Amma aldığımız açıqlamalarda bu suala da cavab verilir. Mənbə iddia edir ki, Bayramovların bütün bu qanunsuz əməllərinə şərait yaradan da, məhz elə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov özüdür. Vurğulanır ki, Məmmədəli Bayramov hələ vəzifədə olduğu vaxtlardan icra başçısının rəğbətini və himayəsini qazanmağa nail ola bilmişdir. İşlərin “düzgün” qurulması sayəsində isə, bu himayə bu gün artıq bütün “sosial ailə”yə şamil edilmişdir. Materialda adı keçən bütün tərəflərin mövqeyini əks etdirə bilərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvan bu addımı atsa, çökəcək - Kamendatyan
Bu gün, 09:51 |
|
|
|
• Paşinyanın Naxçıvan açıqlamasında Qərbi Azərbaycan xofu... - Görünəni odur ki...
Bu gün, 09:49 |
|
|
|
• Trampın Qəzza təklifi BMT-nin 'iki dövlət' planını batıracaq, ya xilas edəcək? - AKTUAL
Bu gün, 09:45 |
|
|
|
• Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”
Bu gün, 09:34 |
|
|
|
• Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
Bu gün, 08:35 |
|
|
|
• “Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:20 |
|
|
|
• Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında… - "Elə ən çox da..."
Bu gün, 08:10 |
|
|
|
• Şagird yerdəyişməsi: NEQATİV HALLAR - NƏ ETMƏLİ?
Bu gün, 08:03 |
|
|
|
• Bahalaşan çörəyin gətirə biləcəyi UCUZ ÖLÜM... - DİQQƏT
Bu gün, 08:00 |
|
|
|
• "Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir" - deputat
Bu gün, 07:57 |
|
|
|
• 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
Bu gün, 07:53 |
|
|
|
• AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
Bu gün, 07:41 |
|
|
|
• 4 ölkənin Zəngəzur planı: Paşinyan Meğrini masaya gətirdi, Bakı isə… - NƏ BAŞ VERİR?
Bu gün, 07:32 |
|
|
|
• Rusiya "oyundankənar" vəziyyətə salınıb - ŞƏRH
Bu gün, 01:21 |
|
|
|
• "Məktəblər kişi yetişdirə bilmir" - Psixoloqdan ŞOK AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Tramp-Xamenei dialoqu alınacaqmı? - İNCƏLƏMƏ
Bu gün, 00:40 |
|
|
|
• Asan tapılan çətin iş: həm faydalı, həm təhlükəli - AKTUAL
Bu gün, 00:35 |
|
|
|
• "İdrak Texnoloji Transfer" MMC-nin dövlətə 1 milyon manatdan çox vergi borcu var
Bu gün, 00:33 |
|
|
|
• “İcra Hakimiyyətinə getmək olmur, gərək qapıda dayanan qulağıəzik mühafizəçilərin qabağında alçalasan” - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Onun adı şübhəli tenderlərdə hallanır... - İLGİNC İDDİALAR
Bu gün, 00:20 |
|
|
|
• Bu gün Azərbaycanda Gənclər Günüdür
Bu gün, 00:14 |
|
|
|
• Rusiya Ermənistana daha ciddi zərbələr vuracaq - ÇÜNKİ...
Dünən, 19:00 |
|
|
|
• “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi - Təhrifə QƏZƏBLİ reaksiya
Dünən, 17:23 |
|
|
|
• Savcı Sayan Azərbaycan barədə yalan danışan erməniəsilli sabiq deputata dərs verdi
Dünən, 17:21 |
|
|
|
• Ukraynadan Bakıya çağırış: - Vardanyanı cəzalandırın!
Dünən, 16:14 |
|
|
|
• "Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et" - Vəkil Adəm Məmmədov haqda SENSASİON İDDİA
Dünən, 16:11 |
|
|
|
• Almaniyanın sabiq prezidenti Horst Köler vəfat edib
Dünən, 16:09 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında gərginlik anonsu
Dünən, 16:01 |
|
|
|
• Tiflisin ƏNƏNƏVİ ŞƏRƏFSİZLİYİ, YOXSA?.. - Çörəyimizin duzu var... duzu gərək bunların xirtdəyinə tökək...
Dünən, 15:53 |
|
|
|
• “Lotu Quli”nin yaxın dostu həbsxanada intihara cəhd etdi - FOTO
Dünən, 15:48 |
|
|
|
• Niyə 220 manat? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00 |
|
|
|
• Sərhəddə növbəti təxribatlar gözlənilir - ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda "Nimesil"in satışı qadağan edildi
Dünən, 13:01 |
|
|
|
• Missiya arxasında gizlənən İrəvan: - Maraqlar toqquşması qaçılmazdır
Dünən, 12:40 |
|
|
|
• Bakıda 23 il evli olduğu arvadından şübhələndi: “Ona bazarlıq edib, qızıma isə...” - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
• Ermənistan Zəngəzur dirənişindən geri çəkilir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:32 |
|
|
|
• Tanınmış jurnalistə ağır itki üz verib
Dünən, 12:30 |
|
|
|
• Xanım İsmayılqızının səhhətində problem yaranıb
Dünən, 12:28 |
|
|
|
• Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejiminin tətbiqinə başlanılacaq - TASS
Dünən, 12:21 |
|
|
|
• Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
Dünən, 12:20 |
|
|
|
• Arabir duman, zəif çiskin olacaq - belə deyirlər...
Dünən, 12:04 |
|
|
|
• Ermənistan hakimiyyəti Paşinyanın Trampla görüşünə nail ola bilməyib - “Hraparak”
Dünən, 12:00 |
|
|
|
• NATO və Avropa Komissiyasının bölgəmizdə məqsədləri nədir? - İNCƏLƏMƏ
Dünən, 11:59 |
|
|
|
• Rusdilli məktəblər ləğv olunmalıdır? - AKTUAL
Dünən, 11:49 |
|
|
|
• Niyazi Mehdidən xəbər var - "Həkimlər səy göstərirlər..."
Dünən, 11:32 |
|
|
|
• 61 ailənin mənzil problemi: Məsələ iki ildir, həllini tapmır - BAŞÇININ NƏZƏRİNƏ...
Dünən, 11:11 |
|
|
|
• Rusiyadan şok “real Ermənistan” etirafı - “Sizi Qafqaza biz köçürmüşük...”
Dünən, 10:56 |
|
|
|
• `KİTAYSKİ` SÜNİ İNTELLEKT... - NƏ BAŞ VERİR?
Dünən, 10:51 |
|
|
|
• Vilayət Eyvazov Qusarda vətəndaşları qəbul edəcək
Dünən, 10:45 |
|
|
|
• Hİİ-nin Xarici dil mərkəzində buraxılış mərasimi keçirilib
Dünən, 10:44 |
|
|
|
|